Müsəlmanlar
Bir kişi özündən böyük qadınla ailə qura bilər?

Bir kişi özündən böyük qadınla ailə qura bilər?

Sual: Bir kişinin özündən yaşca böyük bir qadınla evlənməyi dini cəhətdən düzgündür?

Cavab: Ailə qurmaq istəyən insanların aralarında yaş fərqi olmağının heç bir eybi yoxdur. Həm kişi yaşca böyük ola bilər, həm də qadın. Necə ki, peyğəmbərimiz (s. a. v.) Xədicə anamızla evləndiyi vaxt özü 25, Xədicə isə 40 yaşında idi. Aralarında düz 15 yaş fərq var idi. Üstəlik də bu peyğəmbərin birinci dəfə evlənməyi idi. Həzrəti Xədicə isə əvvəllər 2 dəfə ərə getmiş və 2 uşağı olan bir xanım idi.

Bu məsələ ilə əlaqədar geniş məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/2195.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.