Müsəlmanlar
Namaz üstündə vaxt çıxsa, namaz batil olur?

Namaz üstündə vaxt çıxsa, namaz batil olur?

Sual: Bir şəxs namaz qılır. O namazı qıldığı vaxt namazın vaxtı tamam olub çıxır. Bu halda onun namazı səhihdir, yoxsa batil olub pozulur?

Cavab: Xeyr, bu halda namaz pozulmur. Əgər namazın bir rükəti qılınıbsa, namazı başa vurmaq, yəni, axıra qədər qılıb tamamlamaq lazımdır.

Əbu Hüreyrədən nəql olunan bir hədisə əsasən peyğəmbər (s. a. v. ) belə demişdir:

“Kim gün çıxmamışdan qabaq sübh namazının bir rükətinə çatsa, sübh namazına çatmış olur. Kim günəş batmamışdan əvvəl ikindi (əsr) namazından bir rükətə çatsa, ikindi namazına çatmış olur”. ((Buxari, Məvaqit (namaz vaxtları), 28; Müslim, Məsacid (məscidlər), 163.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.