Müsəlmanlar
Başqa model maşın öhdəliyi götürmək düzgündür?

Başqa model maşın öhdəliyi götürmək düzgündür?

Sual: Mən bir nəfərdən 2009 model maşın almaq istəyirəm. Mənə verdiyi həmin maşının müqabilində gələn il ona eyni markadan 2011 model maşın alsam, olar? Bu işdə faiz var?

2011 model maşının xüsusiyyətləri və qiyməti indidən məlum ola bilməz. Bu, gələcək zamana aid bir haldır; bir növ, qeyri-müəyyən və məchuldur. Ona görə də bu cür al-ver etmək və öhdəlik götürmək fasiddir. Sizin həmin şəxsə borcunuz o maşının hazırkı qiyməti ilə məhduddur. O vaxta qədər pulun dəyəri azalsa, borcunuzu onunla birlikdə ödəməlisiniz. Bunun xaricində bir borcunuz olmaz.