Müsəlmanlar
Toy gecəsi iki rükət namaz qılmaq vacibdir?

Toy gecəsi iki rükət namaz qılmaq vacibdir?

Sual: Zifaf gecəsi qılınan iki rükət namazın dindəki yeri nədir? Mütləq qılınmalıdır? Əvvəllər heç evlənməmiş, ancaq qız uşağı olmayan bir gəlin bu namazı qılmalıdır?

Cavab: Mənbələrdə toy gecəsi qılınan namazla əlaqədar hər hansı bir buyuruq yoxdur. Sadəcə olaraq məlumat var ki, bəzi əshabələr bu namazı qılıblar və qılınmağını məsləhət görüblər. Buna baxıb, həmin namazın müstəhəb olduğunu demək olar.

Bu namazı qılan insanın kişi və qadın və ya dul, ya da bakirə (qız uşağı) olmağının bir fərqi yoxdur. Qılındığı vaxt savab qazanılan, qılınmadığı vaxt isə günahı olmayan həmin namazı kim istəyirsə, qıla bilər. Cavabdehlik və məcburiyyət yoxdur. İstəkdən asılıdır.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.