Müsəlmanlar
Başıaçıq gəzmək dəstəmazı pozur?

Başıaçıq gəzmək dəstəmazı pozur?

Sual: Mən namaz qılıram amma namaz xaricində başıaçıq gəzirəm. Bu halda qıldığım namazlar qəbul olar? Bir də mən dəstəmazlı olduğum vaxtda baçıaçıq gəzirəm. Bu halda dəstəmazım pozular?

Namaz qılmaq da Allahın buyuruğudur, başı örtmək də. Namaz qılmaqla Allahın bir buyuruğunu yerinə yetirdiyiniz kimi başınızı örtməklə də Allahın digər bir buyuruğuna tabe olmalısınız.

Fərz (vacib) olan əməllərdən birini yerinə yetirib digərini yerinə yetirə bilməmək yerinə yetirilən əmələ zərər gətirmir. Namaz qılsanız, Allahın bir buyuruğunu yerinə yetirmiş olarsınız. Başınızı örtməməyiniz namazınıza mane olmur. Dəstəmazınıza da bir xələl gətirməz.