Müsəlmanlar
Qadın ərini adı ilə çağıra bilər?

Qadın ərini adı ilə çağıra bilər?

Sual: Bir qadının öz ərini adı ilə çağırmağı haramdır?

Cavab: Dində ər-arvadın bir-birini adları ilə çağırmaqlarını qadağan edən hər hansı bir hökm yoxdur. Haqqında qadağan edici hər hansı bir dəlil-sübut olmayan bu kimi hallar dində mübah əməllər kimi qəbul olunur. Yəni, belə hərəkətləri etmək nə günahdır, nə də savab.

Bu, adət-ənənə ilə əlaqədar bir haldır. Əgər bir cəmiyyət, şəhər, qəsəbə, kənd və sairə kimi yerdə ər-arvadın bir-birini öz adları ilə çağırmağı ayıb bir şey kimi qəbul olunursa, bu adətə əsasən hərəkət etmək lazımdır. Əgər bu, bir cəmiyyətdə normal bir hal kimi qəbul olunursa, o vaxt bu adəti əsas götürmək ən münasib şeydir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.