Müsəlmanlar

Ramazan ayından 1-2 gün qabaq oruc tutmaq lazımdır?

Sual: Deyirlər ki, Ramazan ayı gəlməmişdən əvvəl 1-2 gün qabaqcadan oruc tutmamaq lazımdır. Bu düzdür?

Cavab: Peyğəmbər əleyhissəlama nisbət edilən bir rəvayətdə belə buyurulur:

“Ramazan ayını bir və ya iki gün əvvəldən orucla qarşılamayın. Ancaq bir şəxsin vərdiş halına gətirdiyi oruc o günə təsadüf edirsə, həmin orucunu tutsun”. ((Buxari, Savm, 14; Müslim, Siyam, 21 (1082); Tirmizi, Siyam, 2.))

 Bir çox alimlər də Ramazan ayından bir-iki gün qabaq oruc tutmağı məkruh hesab edirlər. Biz də onların bu fətvalarına qatılırıq.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.