Müsəlmanlar

İmalə orucu pozur?

Sual: Mən indi orucluyam və buna görə bağırsaqlarımın ucbatından bayıra çıxmağa çətinlik çəkirəm. Bu, məni narahat edir. Görəsən indi oruclu ola-ola aptekdən imalə vasitəsi (klizma) alıb tətbiq etsəm, orucum pozular?

Cavab: Din İşləri Ali İcmasının imalə ilə əlaqədar qərarı aşağıdakı kimidir:

“İmalə etdirmək məsələsində iki hal var: Qalın bağırsaqlarda su, qlükoza və bəzi minerallar əmildiyinə görə tərkibində qida olan mayenin bağırsaqlara verilməsi və ya orucu batil edən qədər su əmiləcək şəklində verilən suyun bağırsaqda qalması halında oruc pozulur. Ancaq suyun bağırsaqlara daxil edilməsindən sonra orada qalmadan bağırsaqların dərhal təmizlənməsi halında verilən suyla birlikdə bağırsaqlarda olan ifrazatın xaricə çıxarıldığı və bu vaxt əmilən su da çox az olduğuna görə oruc pozulmur”.

Bizim fikrimizcə isə hər iki halda da oruc batil olmaz. Çünki imalə olunmaq yemək-işmək qəbilindən bir şey kimi qiymətləndirilən bir məsələ deyil.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.