Müsəlmanlar

Bayram günü qəbir üstünə getmək dini cəhətdən düzgündür?

Sual: Adət-ənənələrimizə əsasən bayram günü səhərlər namazdan sonra qəbristanlığa gedirlər. Bəzi din xadimləri deyirlər ki, qəbir ziyarətini bayram günü deyil, bayramdan bir gün əvvəl, yəni, ərəfə günündə yerinə yetirmək lazımdır. Bu düzdür?

Cavab: Qəbir üstünə getmək, yaxınlarını ziyarət etmək hər hansı bir günə məxsus deyil. İstədiyiniz günü gedə bilərsiz.

Bayramlarda qəbir üstünə getmək İslam dininin buyuruğu deyil. Bu, adət-ənənədir. Bu məsələyə dair dini bir qadağa yoxdur. Bayramlar sevinc və istirahət günləri olduğuna görə bəzi yerlərdə qəbir ziyarətləri ərəfə günündə həyata keçirilir. Bu da bir növ ənənə halını alıb.

Təəssüf ki, bayramlarda bu kimi ziyarətlər səbəbiylə dinimizə ölülərin dini və onlara Quran oxumaq, dua etməkdən ibarət bir iş kimi baxırlar. Hətta bir çox bölgələrdə bu cəhalət səbəbiylə dini bayramımızı, ölüləri olan evlərdə “qara bayram” olaraq adlandırırlar.

Oxşar sual-cavab üçün aşağıdakı linkə tuşlayın:

Qadınların bayram namazında iştirak etməkləri vacibdirmi?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.