Müsəlmanlar

Həzrəti Yaqubun qızı var idi? Var idisə, adı nə idi?

Sual: Yaqub peyğəmbərin qızı olub? Əgər olubsa, adı nə idi? Mən heç bir mənbədə belə bir məlumat görməmişəm. Bəlkə də, onun heç qızı olmayıb. Bu barədə məlumat versəniz, şad olaram.

Cavab: Qurani-Kərimdə deyilir ki, Yaqub peyğəmbərin Yusuf adlı və ondan başqa da 11 oğlu olub. Quranda onun oğullarından ancaq Yusufun adı açıq-aydın çəkilir. Digər uşaqlarının adlarından və yaxud hər hansı bir qızı olub olmamağından danışılmır.

Lakin Tövrata baxdıqda məlum olur ki, Yaqub peyğəmbərin Lea adlı xanımından adı Dina olan bir qızı olub. ((Tövrat, “Yaradılış” bölməsi, 30:21 və 46:15.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.