Müsəlmanlar
Kəbəni görən insana Həcc ziyarəti vacib olur?

Kəbəni görən insana Həcc ziyarəti vacib olur?

Həcc ibadəti lazımi şərtləri yerinə yetirə bilən hər bir müsəlmana vacibdir. Quranda belə deyilir:

“Ona tərəf yol tapa bilənlərin Kəbəni həcc etməkləri Allahın insanların üzərində haqqıdır” (Ali-İmran, 3/97).

Oraya yol tapa bilənlər həcc günlərində orada olanlardır. Ömrə ziyarətinə gedənlər həmin günlərdə orada olmadıqlarına görə həcc onlara vacib olmur.