Müsəlmanlar
Müsəlmanlar çətin vəziyyətdə olduqları halda, Həcc üçün pul yığmaq düzdür?

Müsəlmanlar çətin vəziyyətdə olduqları halda, Həcc üçün pul yığmaq düzdür?

Sual: Dünyada müsəlmanlar ac olduqları halda, misal üçün, Fələstin qan ağladığı halda, Həccə getmək üçün pul yığmaq düzdür?

Allahın əmrləri haqqında: “Bu ondan vacibdir”, “O bundan sonra lazımdır”, “Bu ondan üstündür” və sairə kimi fikirlər söyləmək və beləcə, nəyi isə təyin etmək müsəlmanların işi deyil. Müsəlman bir insan həm Həcc ibadətini, həm də digər vəzifələrini yerinə yetirməlidir. Müsəlman belə bir məsuliyyət daşıyır. Bir ibadəti yerinə yetirmək üçün başqa bir ibadəti tərk etmək lazım deyil. Buna görə də indiki dövrdə bir müsəlman həm Həcc ziyarətinə getmək üçün pul yığmalı, həm də digər müsəlmanlara kömək etməlidir.