Müsəlmanlar
Muhəmməd peyğəmbər Cənnətdə Məryəm ana ilə evlənəcək?

Muhəmməd peyğəmbər Cənnətdə Məryəm ana ilə evlənəcək?

Sual: Bir din xadimi mövizə edərkən dedi ki, peyğəmbərimiz Cənnətdə Məryəm anamızla evlənəcək. O, bu sözlərinə sübut kimi bir hədisi qeyd etdi. Görəsən, bu düzdür? Dində belə bir şey var?

Cavab: Təbərani kimi bəzi mənbələrdə rəvayət edilir ki, Muhəmməd peyğəmbər (s. a. v.) Cənnətdə Məryəm anamız, Fironun möminə arvadı Asiyə və Musa peyğəmbərin bacısı Gülsüm ilə evlənəcək. Hədis alimləri bu hədisin dəlil kimi götürülməyəcək, yəni, əsas tutulmayacaq qədər zəif olduğunu bildiriblər. ((Əl-Heysəmi, Məcməuz-Zəvaid və Mənbəul-Fəvaid, 9-cu cild, s. 218.))

Cənnət və Cəhənnəm kimi axirət məsələlərindən bəhs edən bu kimi rəvayətlər mütləq səhih (mötəbər) hədislərə əsaslanmalıdır. Çünki belə məsələlərdə bu kimi zəif hədislərə etibar etmək olmaz.