Müsəlmanlar

Qız uşağına Sara adı qoymaq olar?

Sual: Mənim 1 yaşında bir qızım var. Adı Saradır. Uşağa bu adı qoyduğum vaxt adının dini cəhətdən münasib bir ad olmağını nəzərə almağa çalışdım. Amma bir neçə gün bundan əvvəl bir nəfər yaxın adam mənə dedi ki, Sara adı İslam dininə müvafiq deyil. Görəsən, bu düzdür? Əgər belədirsə, qızımın adını dəyişdirməliyəm?

Cavab: Mənbələrdə qeyd edilir ki, Sara adı Fars mənşəli olub xalis, qarışığı olmayan və təmiz kimi mənalar daşıyır. İslam dininə əsasən uşağa ad qoyulduğu vaxt həmin adın mənasının dinə zidd olub olmadığını nəzərə almaq lazımdır. Çünki həqiqətən də, mənasına görə dinə zidd olan adlar var. Sara adı o adlardan deyil. İbrahim peyğəmbərin (ə. s.) xanımının da adı Sara olub. Deməli, bu gözəl adı dəyişdirməyinizə ehtiyac yoxdur.

Sara adı uşaqlara əsasən əcnəbi ölkələrdə çox qoyulur. Ona görə bəzi insanlar buna pis baxırlar. Siz bu cür şeylərə əhəmiyyət verməyin. Əcnəbi məmləkətlərlə müştərək cəhətlərimizin olması olduqca təbii bir haldır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.