Müsəlmanlar
Kişilərin çeçələ barmaqlarına xına qoymağı haramdır?

Kişilərin çeçələ barmaqlarına xına qoymağı haramdır?

Xeyr, haram deyil. Bu məsələ adət-ənənə ilə əlaqədardır. Bu məsələdə kişilərin qadınlara oxşamağa çalışmaqlarından danışmaq mümkün deyil. Yəni, bunda belə bir pis cəhət yoxdur.

Pis olan şey kişilərin eynilə qadınlar kimi geyinməyi, bəzənib-düzənməyi və onlara oxşamağa çalışmağıdır.

Adət-ənənələrimiz arasında özünə xüsusi bir yer tutan bu xınaqoyma adətinin hədislərdə qadağan edilən məsələ ilə bir əlaqəsi yoxdur.