Müsəlmanlar
Şəkil çəkənlər həmişəlik Cəhənnəmdə qalacaqlar?

Şəkil çəkənlər həmişəlik Cəhənnəmdə qalacaqlar?

Sual: Mən rəsm müəllimiyəm. İndiyə qədər işimlə əlaqədar olaraq çoxlu şəkil çəkdim. Ancaq oxuduğum hədislərdə deyilirdi ki, şəkil çəkənlər Cəhənnəmə düşüb həmişəlik orada qalacaqlar. Odur ki, şəkil çəkməyi bir kənara buraxdım, artıq çəkmirəm. Amma nə edəcəyimi də bilmirəm. Mənə bir yol göstərsəydiniz, yaxşı olardı.

Cavab: Əgər siz həqiqətən də tövbə etdinizsə, bu o deməkdir ki, artıq qorxmalı heç nə yoxdur. Çünki Allah Qurani-Kərimdə belə buyurur:

De: “Ey özlərinə pislik edib həddini aşan bəndələrim! Allahın rəhmətindən ümidinizi kəsməyin. Allah bütün günahları bağışlayar. Çünki O, çox bağışlayan, çox mərhəmət edəndir!”. (Zumər, 39/53)

“Allah özünə şərik qoşulmasını bağışlamaz. Ondan başqa günahları dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşursa (şirkə düşürsə), o kimsə haqq yoldan tamamilə çıxmışdır”. (Nisa, 4/116)

Bu ayələrdən belə çıxır ki, ancaq və ancaq şirk günahı (tövbə edilmədikcə) bağışlanmayacaq. Bunun xaricində qalan günahları isə Allah Təala istədiyi şəxslər üçün bağışlayacaq. Beləliklə, siz tövbə etdikdən sonra gözəl işlər görməlisiniz.

“Kim tövbə edib saleh əməllərlə məşğul olsa, heç şübhə yoxdur ki, o, Allahın hüzuruna tövbəsi qəbul edilmiş olaraq qayıdar.” (Furqan, 25/71)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.