Müsəlmanlar
Donuz tükündən düzəldilən fırçaları işlətmək olar?

Donuz tükündən düzəldilən fırçaları işlətmək olar?

Sual: Deyilənə görə üzümüzü qırxdığımız vaxt sabunlamaq məqsədilə istifadə etdiyimiz fırçalar (Rusca: помазок) donuz tükündən hazırlanır. Belə deyilir ki, donuz tükü murdar olduğuna görə üzümüz də natəmiz olur və bu hal namaz qılmağa maneçilik törədir. Sizin bu məsələyə dair fikriniz nədir?

Cavab: Qurani-Kərimdə meytə (leş, ölü heyvan), qan, donuz əti və Allahdan başqasının adı ilə kəsilən heyvanların yeyilməsi haram edilib. Allah Təala bu barədə belə buyurur:

“De ki, mənə vəhy edilənlər içərisində ölü (heyvan), axar qan, donuz əti – o, həqiqətən də murdardır – və ya yoldan çıxıb (günah olaraq) Allahdan başqasının adı ilə kəsilən heyvandan başqa yeyilməsi yeyənə haram qılınan bir şey görmürəm. Bununla yanaşı, məcburiyyət qarşısında qalan kəs həddi aşmadan (başqasının payına əl uzatmadan) və öz zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yeyə bilər. Çünki sənin Rəbbin bağışlayandır və çox mərhəmətlidir” (Ənam, 6/145).

Yuxarıdakı ayədən də məlum olduğu kimi, donuzun əti murdar (rics) kimi xarakterizə edilmiş və bu səbəbə görə haram qılındığı bildirilmişdir. Donuzun dərisini və tükünü də bu hökmə daxil etmək, yəni, onları da bu qəbildən hesab etmək ayəyə nəyi isə əlavə etmək deməkdir. Başqa sözlə desək, donuz tükündən hazırlanan fırçalardan istifadə etmək olar.

Saytımızda bu məsələlərlə əlaqədar geniş bir tədqiqat yazısı mövcuddur. Həmin yazı ilə tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:

http://www.muselmanlar.com/arasdirmalar/950.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.