Müsəlmanlar

İslam dinində qadının işləməyinə necə baxılır?

Sual: İslam dininə əsasən qadın işləyə bilər? Əgər işləyə bilərsə, hansı şəraitdə?

Cavab: Qadın ərə getdikdən etibarən bütün dolanışıq xərcləri ərinin öhdəsinə düşür. Bunun müqabilində qadının da əri qarşısında yerinə yetirməli olduğu bir sıra öhdəlikləri var. Həmin öhdəlikləri yerinə yetirmək qadının borcudur. Əgər bir qadın öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə və ərinin icazəsi ilə işləmək istəsə, işləyə bilər.  Lakin bunun bir sıra şərtləri var. Belə ki, qadının görəcəyi iş dini cəhətdən münasib olmalı, işlədiyi yerin müsəlman bir qadına uyğun şəraiti olmalıdır.

Oxşar sual-cavab üçün aşağıdakı linki tuşlayın:

İşləyən qadının dini yöndən pullarını ərinə vermək məcburiyyəti varmı?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.