Müsəlmanlar
Qadınların bədənlərindəki tükləri aldırmağı düzgündür?

Qadınların bədənlərindəki tükləri aldırmağı düzgündür?

Sual: Qadınların epilyasiya vasitəsilə bədənlərindəki arzuolunmaz tükləri aldırmağı düzgündür? Dində buna necə baxılır?

Cavab: Qadınların qadınlara övrəti göbəklə diz qapaqlarının arasındakı yerləridir. Bir qadın istər şəhvətlə, istərsə də şəhvətsiz olaraq başqa bir qadının həmin yerlərinə baxa bilməz. Elə buna görə də qadınlar bir-birinin yanında göbəkləri ilə diz qapaqlarının arasını örtməlidirlər. Bu, onlara fərzdir (vacib). Başqa sözlə, bədənin bu hissəsini qadın bərbərin yanında epilyasiya üçün açmamaq lazımdır. Eyni şey epilyasiya xaricindəki işlər üçün də qüvvədədir. Bədənin həmin nahiyəsindən başqa hissələrinə epilyasiya etdirməyin bir eybi yoxdur. Bu məsələlərlə əlaqədar olaraq saytımızdakı Təsəttür-Hicab bölməsinə baxa bilərsiniz.

http://www.muselmanlar.com/fitvalar/1943.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.