Müsəlmanlar

Cənnətdə hurilər təkcə kişilərə veriləcəkmi?

Cavab: Quranda bəhs edilən hurilər cənnətin xidmətçiləridir. Yəni, ənənəçilərin iddia etdikləri kimi kişilərin təkcə cinsi ehtiyaclarını qarşılayacaq varlıqlar deyildir. Bu xidmətçilər, cənnətdəki həm kişilərə həm də qadınlara veriləcəkdir.

Hurilər, dünyadakı bütün qadınlardan daha gözəl olduqları Quranda xəbər verilir.[1] Cənnətə düşən bir qadın isə oradaki ən gözəl Huridən qat-qat artıq gözəl olacağı bildirlir. Nəbimizdən gələn bir rəvayətə görə:

“Dünyadakı qadınların Hurilərə nisbətlə üstünlüyü, üzün astara üstünlüyü kimidir.”[2]

Bu səbəblə, cənnətdə bu gözəllikdə zövcəsi olan bir kişinin zövcəsini buraxıb Huriyə meyl etməsi düşünülməz.

Ənənəçilər isə elə bir cənnətdən bəhs edirlər ki, elə bil cənnətə təkcə kişilər girəcək və özlərinə zövcələriylə birlikdə digər sayısız-hesabsız Hurilər veriləcəkdir. Qadınlar da onların durub eyş-işrətlərini seyr edəcəklər.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Bənzər sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

http://www.muselmanlar.com/axir%c9%99t/7803.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Vaqiə surəsi.

[2] Taberani.