Sual: Bəqərə surəsi 102-ci ayəsində sehr-cadu edənlərin kafir olduqları bildirilir. Sehrbazlıq etmək kafirlikdirmi? İman ilə əməl fərqli şeylər deyilmi?
Cavab: Bəqərə surəsi 102-ci ayədə: “Onlar, Süleymanın hakimiyyətinin əleyhinə şeytanların oxuduqları şeylərə tabe oldular. Süleyman kafir olmadı, amma insanlara həmin sehrli sözləri öyrədən şeytanlar kafir oldular…”
Sehr, bir şeyi olduğu formasından fərqli şəkildə göstərmək, aldatmaq və hiylədir (Lisanul-Ərəb).
Quran, sehrin tam bir oyun və aldatmaca olduğunu açıq-aşkar göstərir. Bilavasitə, sehbazlıq etmək böyük günah sayılır.
Əlbəttə, inancı haqq üzrə olan bir mömin, batıl olan şeyi haqq deyə təqdim etməməli və insanları aldatmamalıdır. Çünki bu, böyük bir günahdır. Əgər Quranda qadağan edilən bir şeyi inkar edərsə, o zaman kafir olmuş olar.
Məsələn, sehrbazlar Musa (ə.s.)-ın möcüzəsi ilə qarşılaşanda onun haqq olduğunu görüncə, işlədikləri günahdan tövbə edir və müsəlman olurlar. Əgər bütün bu həqiqətləri görüb, onun üstünü örtməyə çalışsaydılar, yəni kafirlik etsəydilər o zaman kafir olmuş olardılar.
Muhəmməd peyğəmbər (s. a. v.) belə demişdir:
“Fəlakətə aparan 7 şeydən uzaq durun”.
Bu sözün üstündən insanlar soruşdular ki, o şeylər nədən ibarətdir?
Peyğəmbər cavab verdi:
“Allaha şərik qoşmaq, sehr-cadu, haqsız yerə Allahın toxunulmaz etdiyi bir cana qıymaq, faiz yemək, yetimin malını yemək, düşmənə hamılıqla hücum etmək lazım olduğu halda, müharibədən yayınmaq və pis yolla heç bir əlaqəsi olmayan namuslu mömin qadınlara zina böhtanı atmaq.” (Buxari, Səhih, vəsaya, 23; Müslim, Səhih, İman, 145 (89)
Allaha şərik qoşmaq xaricində, bütün bu sadalananlar böyük günahlardan sayılır. Allaha şərik qoşan isə eyni zamanda müşrik olmuş olur.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:
https://www.muselmanlar.com/fitvalar/662.html
https://www.muselmanlar.com/elanlar-xeberler/11821.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.




