Müsəlmanlar

Uzun müddət ayrı yaşamaqla boşanma meydana gəlirmi?

Sual: Boşanma niyyəti ilə başlayan 4 illik bir ayrılıqdan sonra, rəsmi olaraq hələ də boşanmamış olanların təkrar bir araya gəlmək istəməsinin dini hökmü nədir? Təzədən dini nikah kəsmək lazımdırmı?

Cavab: Əgər boşanmalarına dair məhkəmə qərarlarını gözləyirlərsə, yəni, məhkəmədən onların rəsmi boşandıqlarına dair qərar çıxmamışsa, nikahları davam edir deməkdir və istədikləri an bu boşanma davalarına son qoyub, ailə yuvalarını davam etdirə bilərlər. O zaman nə təzədən nikah qıymağa nə də mehir verməyə ehtiyac yoxdur.

Yox əgər, Allahın kitabında Talaq surəsində göstərildiyi kimi şahidlərin hüzurunda kişi arvadını boşamışsa ya da qadın iftida yolu ilə[1], əri istəməsə də məhkəməyə baş vurub boşanmışsa, o zaman yenidən nikaha və mehrə ehtiyac vardır.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/2282.html

https://www.muselmanlar.com/fitvalar/6528.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

 

[1] İftida ilə əlaqəli ətraflı məlumat üçün baxın: https://www.muselmanlar.com/fitvalar/152.html