Müsəlmanlar

Qeyri-müsəlmanların bayramlarını təbrik etmək olarmı?

Cavab: Biz, bizimlə eyni cəmiyyətdə yaşayanlarla, qonşularımızla yaxşı münasibətdə olmalıyıq. Onların təbrik ediləcək bayramları olduğu kimi təbrik edilməyəcək yəni şirk bayramları da vardır.
Başqa millətlərin, din mənsublarının bayramlarını qəbul etməsək də, onların bizə və dinimizə qarşı olmayan bayramlarını təbrik edə bilərik. Təbrik edilə biləcək bayramlarından məsələn hər hansı millətin azadlıq, zəfər bayramları ola bilər. Xüsusilə dünyada beynəlmiləl qəbul edilmiş yeni il şənliyidir ki, biz onu bir bayram olaraq qəbul etməsək də keçirməsək də (artıq onların bu təqvimindən istəməsək də istifadə edirik) bizi bu yeni il münasibətiylə təbrik edənə müvəffəqiyyət arzu edənə xoş qarşılıq verməyimizdə bir problem yoxdur.
Təbrik edilməyəcək bayramları isə bizə və dinimizə zidd olan bayramlarıdır ki, bunlardan biri Xristianların pasxa bayramıdır. Bu bayramları ilə əlaqəli məlumatı saytımızda görə bilərsiz:

Pasxa nədir? Xristianların bu bayramı nəyə əsaslanır?

 

Qısacası; Əslində nə Xristianların İsa əleyhissəlam ilə əlaqəsi qalmayıb (və yeni ili artıq onun anadan olma münasibətilə deyil, təqvim dəyişikliyi səbəbilə qeyd edirlər), nə də bu ümmətin Muhəmməd əleyhissəlamla bir əlaqəsi yoxdu. Hər iki ümmət öz din xadimlərinin əli ilə tutduqları yolu dəyişdirərək, müxtəlif adlar altında fəaliyyət göstərir. Allahın kitabına bağlı qalan və onunla əməl edən müsəlmanlar isə çox az sayıdadır.
Mövzuyla əlaqəli oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Yeni il və Mövlüd keçirməyin dinimizdəki yeri nədir?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.