Müsəlmanlar

Müsəlman olmayanların Kəbəni ziyarət etməsi qadağandırmı?

Sual: Qeyri-müsəlmanların Kəbəni görmək məqsədi ilə ziyarət etməkləri, Məscidi-Harama girmələri doğrudurmu?

Cavab: Uca Allah, Tövbə surəsinin 28-ci ayəsində: “Ey müminlər! O müşriklər bir pislikdir. Bu ildən sonra Məscidi Harama yaxınlaşmasınlar.” bildirilir. Ayədə ifadə edilən “o müşriklər”in kim olduqları həmin surənin başında bildirdiyi şəxslər, peyğəmbər əleyhissəlamla müqavilə bağlayıb, sonra bu müqaviləni pozanlardır. Bu müşriklərin müsəlmanlarla savaşdıqları üçün və müqaviləni pozduqları üçün 4 ay daha Məkkədə qalmaqlarına icazə verilir. Ondan sonra ya müsəlman olarlar ya da Məkkəni tərk etməkləri əmr edilməkdədir.

Ənənə dini mənsubları, burada ifadə edilən müşriklər kəlməsini ümumi götürərək, yer üzündəki müşriklərin Kəbəyə girməklərinin qadağan olduğuna fətva vermişlər. Onların bu fətvaları Qurani Kərimə ziddir. Çünki Tövbə surəsinin 4-cü ayəsində: “Ancaq müşriklərdən saziş bağladıqlarınız, sonra da əhdlərində sizə qarşı heç bir nöqsana yol verməmiş və sizin əlehinizə heç kimə kömək etməmiş kəslər bu hökmün xaricindədir…” buyurulmaqdadır.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/7551.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.