Ali İmran, İmran ailəsi deməkdir. Surə, 200 ayədən ibarətdir.
بسم الله الرحمن الرحيم
Mərhəmətli, Rəhmli Allahın adıyla!
الم {1}
- ƏLİF! LAM! MİM![1]
اللّهُ لا إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ
- Allah, Ondan başqa ilah yoxdur. Daim diridir, idarə edəndir.[2]
نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقاً لِّمَا بَيْنَ يَدَيْهِ وَأَنزَلَ التَّوْرَاةَ وَالإِنجِيلَ
- Həqiqətləri ehtiva edən, özündən əvvəlkiləri[3] təsdiq edən[4] bu kitabı sənə O nazil etdi. Tövratı və İncili də O nazil etmişdir.
مِن قَبْلُ هُدًى لِّلنَّاسِ وَأَنزَلَ الْفُرْقَانَ إِنَّ الَّذِينَ كَفَرُواْ بِآيَاتِ اللّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ وَاللّهُ عَزِيزٌ ذُو انتِقَامٍ
- Daha əvvəl insanlığın rəhbəri[5] bu (kitablar) Bütün furqanları/doğrunu əyridən ayıran kitabları[6] O nazil etmişdir. O kəslər ki, Allahın ayələrini inkar etdilər, onlar üçün şiddətli bir əzab vardır.[7] Allah Əzizdir, haqqıyla ceza verəndir.[8]
إِنَّ اللّهَ لاَ يَخْفَىَ عَلَيْهِ شَيْءٌ فِي الأَرْضِ وَلاَ فِي السَّمَاء
- Yerdə də göydə də heç bir şey Allaha gizli qalmaz.[9]
هُوَ الَّذِي يُصَوِّرُكُمْ فِي الأَرْحَامِ كَيْفَ يَشَاء لاَ إِلَـهَ إِلاَّ هُوَ الْعَزِيزُ الْحَكِيمُ
- Analarınızın rəhmində, sizə istədiyi surəti verən Odur.[10] Ondan başqa ilah yoxdur. O, Əzizdir, hikmət sahibidir/bütün qərarları doğrudur.
هُوَ الَّذِيَ أَنزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُّحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ في قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاء الْفِتْنَةِ وَابْتِغَاء تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلاَّ اللّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الألْبَابِ
- Kitabı sənə nazil edən Odur. Ayələrinin bir qismi mühkəmdir;[11] onlar kitabın[12] ana ayələrdir. Digərləri mütəşabihdir[13] (mühkəmlərlə bənzərdir). Qəlblərində əyrilik olanlar, fitnə[14] çıxarmaq və onu təvil/yozmaq[15] üçün kitabın, bənzər ayələrinə tabe olurlar. Halbuki onun təvilini/yozumunu təkcə Allah bilir. Bu elmdə[16] dərinləşmiş olanlar belə deyərlər: “Biz bu elmə inandıq, onun hamısı Rəbbimiz qatındadır.” Bu zikrə[17] sağlam düşüncə sahibi olanlardan[18] başqası nail ola bilməz.
رَبَّنَا لاَ تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً إِنَّكَ أَنتَ الْوَهَّابُ
- Ey Rəbbimiz! Bizi yoluna qəbul etdikdən sonra qəlblərimizin dönməsinə yol vermə[19] və bizə Öz tərəfindən bir mərhəmət bəxş et! Şübhəsiz, Sən Vəhhab/mərhəmət bəxş edənsən.
رَبَّنَا إِنَّكَ جَامِعُ النَّاسِ لِيَوْمٍ لاَّ رَيْبَ فِيهِ إِنَّ اللّهَ لاَ يُخْلِفُ الْمِيعَادَ
- Ey Rəbbimiz! (Gələcəyinə) Şübhə edilməyən bir gündə insanları bir araya gətirəcək olan Sənsən. Sən, sözündən dönməzsən.[20]
إِنَّ الَّذِينَ كَفَرُواْ لَن تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلاَ أَوْلاَدُهُم مِّنَ اللّهِ شَيْئًا وَأُولَـئِكَ هُمْ وَقُودُ النَّارِ
- İnkar edənlərə nə malları nə övladları Allahdan gələcək olan şeyə qarşı bir fayda saxlamaz.[21] Onlar, atəşin yanacağıdırlar.
كَدَأْبِ آلِ فِرْعَوْنَ وَالَّذِينَ مِن قَبْلِهِمْ كَذَّبُواْ بِآيَاتِنَا فَأَخَذَهُمُ اللّهُ بِذُنُوبِهِمْ وَاللّهُ شَدِيدُ الْعِقَابِ
- Onların halı, eynilə Firon xanədanın və daha əvvəlkilərin halı kimidir.[22] Onlar ayələrimiz qarşısında yalana sarıldılar.[23] Allah da onları günahları səbəbilə yaxaladı. Allah, şiddətli cəza verəndir.[24]
قُل لِّلَّذِينَ كَفَرُواْ سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَى جَهَنَّمَ وَبِئْسَ الْمِهَادُ
- Kafirlik edənlərə de ki; “Axırda məğlub olacaq və cəhənnəmə doldurulacaqsınız! Orası nə pis bir yerdir!”
قَدْ كَانَ لَكُمْ آيَةٌ فِي فِئَتَيْنِ الْتَقَتَا فِئَةٌ تُقَاتِلُ فِي سَبِيلِ اللّهِ وَأُخْرَى كَافِرَةٌ يَرَوْنَهُم مِّثْلَيْهِمْ رَأْيَ الْعَيْنِ وَاللّهُ يُؤَيِّدُ بِنَصْرِهِ مَن يَشَاء إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لَّأُوْلِي الأَبْصَارِ
- (Bədirdə) Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət vardır. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. (Möminlər) Onlara baxanda özlərindən iki qat çox olduqlarını gözləri ilə görürdülər.[25] Allah, səy göstərəni[26] öz köməyi ilə gücləndirir. Şübhəsiz ki bunda, bəsirət sahibləri üçün həqiqətən alınacaq bir ibrət vardır.
زُيِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوَاتِ مِنَ النِّسَاء وَالْبَنِينَ وَالْقَنَاطِيرِ الْمُقَنطَرَةِ مِنَ الذَّهَبِ وَالْفِضَّةِ وَالْخَيْلِ الْمُسَوَّمَةِ وَالأَنْعَامِ وَالْحَرْثِ ذَلِكَ مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَاللّهُ عِندَهُ حُسْنُ الْمَآبِ
- Qadınlar, oğullar,[27] qızıl-gümüş yığınları, cins atlar, ənam[28] və torpaq məhsullarından ibarət şeylərin cazibəsi, insanlara gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici mənfəətləridir. Yerin ən gözəli isə Allah qatındadır.
قُلْ أَؤُنَبِّئُكُم بِخَيْرٍ مِّن ذَلِكُمْ لِلَّذِينَ اتَّقَوْا عِندَ رَبِّهِمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَأَزْوَاجٌ مُّطَهَّرَةٌ وَرِضْوَانٌ مِّنَ اللّهِ وَاللّهُ بَصِيرٌ بِالْعِبَادِ
- De ki, “Sizə hamısından daha xeyirlisini çatdırımmı? Müttəqilər/Günahlardan çəkinənlər[29] üçün Rəbbi qatında, içindən çaylar axan həmişəlik qalacaqları bağları, pak zövcələr və Allahın rizası vardır. Allah, bəndələrini layiqi şəkildə görəndir.
الَّذِينَ يَقُولُونَ رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ
- O kəslər ki, belə deyirlər: “Rəbbimiz! Biz Sənə inandıq və güvəndik. Günahlarımızı bağışla,[30] bizi o odun əzabından qoru!”
الصَّابِرِينَ وَالصَّادِقِينَ وَالْقَانِتِينَ وَالْمُنفِقِينَ وَالْمُسْتَغْفِرِينَ بِالأَسْحَارِ
- Onlar, səbrli/dirəncli, sadiq, itaətkar, xeyirə xərcləyən və sübh vaxtlarında bağışlanma diləyənlərdir.
شَهِدَ اللّهُ أَنَّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ وَالْمَلاَئِكَةُ وَأُوْلُواْ الْعِلْمِ قَآئِمَاً بِالْقِسْطِ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْعَزِيزُ الْحَكِيمُ
- Allah, Özündən başqa ilah olmadığına şahidlik etdi. Mələklər və elm sahibləri də ədaləti ayakda tutarak buna şəhadət gətirdilər.[31] Ondan başqa ilah yoxdur. O daim üstün və hikmət sahibidir.
إِنَّ الدِّينَ عِندَ اللّهِ الإِسْلاَمُ وَمَا اخْتَلَفَ الَّذِينَ أُوْتُواْ الْكِتَابَ إِلاَّ مِن بَعْدِ مَا جَاءهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ وَمَن يَكْفُرْ بِآيَاتِ اللّهِ فَإِنَّ اللّهِ سَرِيعُ الْحِسَابِ
- Allah qatında din İslamdır.[32] Kitab verilənlər, özlərinə bu bilik[33] gələndən sonra aralarındakı ədavət səbəbiylə[34] ixtilafa düşdülər. Kim Allahın ayələrini görməzlikdə dirənirsə, Allah onun haq-hesabını tez görür.
فَإنْ حَآجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِيَ لِلّهِ وَمَنِ اتَّبَعَنِ وَقُل لِّلَّذِينَ أُوْتُواْ الْكِتَابَ وَالأُمِّيِّينَ أَأَسْلَمْتُمْ فَإِنْ أَسْلَمُواْ فَقَدِ اهْتَدَواْ وَّإِن تَوَلَّوْاْ فَإِنَّمَا عَلَيْكَ الْبَلاَغُ وَاللّهُ بَصِيرٌ بِالْعِبَادِ
- Əgər onlar səninlə mübahisə edərlərsə, de ki: “Mən özümü Allaha təslim etmişəm. Mənə tabe olanlar da həmçinin.” Özlərinə kitab verilənlər ilə ümmilərə/ilahi kitabdan məlumatı olmayanlara,[35] “siz də təslim oldunuzmu?” de. Əgər təslim olsalar, doğru yola gəlmiş olarlar. Yox əgər üz döndərsələr, sənə düşən təkcə təbliğ/ayələri bildirməkdir.[36] Allah, bəndələrini layiqi şəkildə görəndir.
إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ حَقٍّ وَيَقْتُلُونَ الَّذِينَ يَأْمُرُونَ بِالْقِسْطِ مِنَ النَّاسِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ
- Kafirlərə/Allahın ayələrini inkar edib gizləyənlərə, nəbiləri haqsız yerə öldürənlərə[37], ədalətli olmaya səsləyənləri öldürənlərə[38] acı verən əzabın müjdəsini ver!
أُولَـئِكَ الَّذِينَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالآخِرَةِ وَمَا لَهُم مِّن نَّاصِرِينَ
- Onlar, dünyada və axirətdə əməlləri puça çıxacaq olanlardır. Onlara köməklik edənlər də olmayacaqdır.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوْتُواْ نَصِيبًا مِّنَ الْكِتَابِ يُدْعَوْنَ إِلَى كِتَابِ اللّهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلَّى فَرِيقٌ مِّنْهُمْ وَهُم مُّعْرِضُونَ
- Allahın kitabından özlərinə bir pay verilmiş olanları görmürsənmi? Aralarında hökm versin deyə Allahın kitabına çağrılırlar, amma sonra bir qrupu üz çevirərək geri çəkilir.
ذَلِكَ بِأَنَّهُمْ قَالُواْ لَن تَمَسَّنَا النَّارُ إِلاَّ أَيَّامًا مَّعْدُودَاتٍ وَغَرَّهُمْ فِي دِينِهِم مَّا كَانُواْ يَفْتَرُونَ
- Bunun səbəbi onların “O od bizə bir neçə gündən artıq toxunmayacaq!” demələridir.[39] Uydurduqları yalanlar/iftiralar, dinləri barəsində onları aldatmışdır.[40]
فَكَيْفَ إِذَا جَمَعْنَاهُمْ لِيَوْمٍ لاَّ رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لاَ يُظْلَمُونَ
- Gələcəyində şübhə olmayan bir gündə onları topladığımız zaman halları necə olur! O gün hər kəsə qazandığının qarşılığı tam olaraq veriləcək və heç kimə haqsızlıq edilməyəcəkdir.
قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَن تَشَاء وَتَنزِعُ الْمُلْكَ مِمَّن تَشَاء وَتُعِزُّ مَن تَشَاء وَتُذِلُّ مَن تَشَاء بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ
- De: “Ey mülkün sahibi Allahım! Seçdiyinə[41] mülkü verərsən və seçdiyindən də mülkü alarsan. Seçdiyini yüksəldər və seçdiyini də alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Şübhəsiz, Sən hər şeyə bir ölçü qoyarsan.”
تُولِجُ اللَّيْلَ فِي الْنَّهَارِ وَتُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَتُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَتُخْرِجُ الَمَيَّتَ مِنَ الْحَيِّ وَتَرْزُقُ مَن تَشَاء بِغَيْرِ حِسَابٍ
- Gecəni gündüzə keçirirsin, gündüzü gəcəyə keçirirsin.[42] Ölüdən dirini çıxarır, diridən də ölünü çıxarırsan. Seçdiyinə hesabsız ruzi verirsən.
لاَّ يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ أَوْلِيَاء مِن دُوْنِ الْمُؤْمِنِينَ وَمَن يَفْعَلْ ذَلِكَ فَلَيْسَ مِنَ اللّهِ فِي شَيْءٍ إِلاَّ أَن تَتَّقُواْ مِنْهُمْ تُقَاةً وَيُحَذِّرُكُمُ اللّهُ نَفْسَهُ وَإِلَى اللّهِ الْمَصِيرُ
- Möminlər, kafirləri özlərinə möminlərdən yaxın tutmasınlar.[43] Kim bunu edərsə, Allah yanında onun heç bir dəyəri qalmaz. Ancaq onlardan gələcək bir təhlükədən[44] çəkinməniz istisnadır. Allah, sizi Özünə qarşı xəbərdar edir. Dönəcəyiniz yer, Allahın huzurudur.
قُلْ إِن تُخْفُواْ مَا فِي صُدُورِكُمْ أَوْ تُبْدُوهُ يَعْلَمْهُ اللّهُ وَيَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأرْضِ وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
- De ki: “Könlünüzdə olanı[45] gizlətsəniz də açığa çıxarsanız da Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə bir ölçü qoyar.”
يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ مِنْ خَيْرٍ مُّحْضَرًا وَمَا عَمِلَتْ مِن سُوَءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُ أَمَدًا بَعِيدًا وَيُحَذِّرُكُمُ اللّهُ نَفْسَهُ وَاللّهُ رَؤُوفُ بِالْعِبَادِ
- Etdiyi yaxşılıqları və etdiyi pis əməlləri qarşısına hazır qoyulmuş olaraq tapdığı gün hər kəs, pislikləri ilə arasında uzaq bir məsafə olmasını çox arzulayacaqdır. Allah, sizi Özünə qarşı xəbərdar edir. Allah qullarına qarşı çox şəfqətlidir.
قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ {31}
- De: “Əgər siz Allahı sevirsinizsə, mənə tabe olun[46] ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir.”
قُلْ أَطِيعُواْ اللّهَ وَالرَّسُولَ فإِن تَوَلَّوْاْ فَإِنَّ اللّهَ لاَ يُحِبُّ الْكَافِرِينَ {32}
- De ki: “Allaha və rəsuluna/elçisinin gətirdiyinə[47] itaət edin!” Əgər üz çevirsələr (bilsinlər ki), Allah kafirləri sevməz.
إِنَّ اللّهَ اصْطَفَى آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ {33}
- Allah Adəmi, Nuhu, İbrahim ailəsini və İmran ailəsini aləmlər (məxluqat) üzərinə seçilmişlərdən etdi.
ذُرِّيَّةً بَعْضُهَا مِن بَعْضٍ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ {34}
- Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!
إِذْ قَالَتِ امْرَأَةُ عِمْرَانَ رَبِّ إِنِّي نَذَرْتُ لَكَ مَا فِي بَطْنِي مُحَرَّرًا فَتَقَبَّلْ مِنِّي إِنَّكَ أَنتَ السَّمِيعُ الْعَلِيمُ {35}
- Bir gün İmranın arvadı dedi ki; “Rəbbim! Bətnimdə olanı təkcə Sənə istəkli xidmətkar[48] olması üçün nəzir etdim. Məndən qəbul et! Şübhəsiz ki, Sən eşidənsən, bilənsən!”
فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّي وَضَعْتُهَا أُنثَى وَاللّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ الذَّكَرُ كَالأُنثَى وَإِنِّي سَمَّيْتُهَا مَرْيَمَ وِإِنِّي أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ الشَّيْطَانِ الرَّجِيمِ {36}
- Onu doğduğu zaman: “Rəbbim! Mənim doğduğum qız uşağı!”- dedi. Əlbəttə, Allah onun nə doğduğunu daha yaxşı bilir. (İmranın arvadı) “Axı oğlan qız kimi deyil!”[49] Mən onun adını Məryəm qoydum, onun və nəslinin, qovulmuş şeytandan qorunmasını Sənə buraxıram.”
فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقاً قَالَ يَا مَرْيَمُ أَنَّى لَكِ هَذَا قَالَتْ هُوَ مِنْ عِندِ اللّهِ إنَّ اللّهَ يَرْزُقُ مَن يَشَاء بِغَيْرِ حِسَابٍ {37}
- Bunun üzərinə Rəbbi Məryəmi, gözəl bir şəkildə qəbul etdi, gözəl bir bitki kimi yetişdirdi[50] və Zəkəriyyanın himayəsinə buraxdı. Zəkəriyya nə vaxt onun otağına[51] girirdisə, yanında ruzi[52] olduğunu görürdü. “Ey Məryəm! Bu sənə haradan gəldi?” deyə soruşdu. O da “Allah qatından! Allah seçdiyinə hesabsız ruzi verir!” dedi.
هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ قَالَ رَبِّ هَبْ لِي مِن لَّدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاء {38}
- Elə orada Zəkəriyya Rəbbinə dua etdi: “Rəbbim! Mənə öz qatından təmiz bir nəsil bəxş eylə! Şübhəsiz ki, Sən duaları eşidənsən.”
فَنَادَتْهُ الْمَلآئِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللّهَ يُبَشِّرُكَ بِيَحْيَـى مُصَدِّقًا بِكَلِمَةٍ مِّنَ اللّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ الصَّالِحِينَ {39}
- O, otaqda ayaqda durub namaz qılarkən mələklər (Zəkəriyyaya) belə səsləndilər: “Allah sənə, Allaha aid bir sözü (İsanı) təsdiq edəcək[53] rəhbər, şəxsiyyətli və xeyirxah olacaq bir Nəbini, Yəhyanı müjdələyir!”
قَالَ رَبِّ أَنَّىَ يَكُونُ لِي غُلاَمٌ وَقَدْ بَلَغَنِيَ الْكِبَرُ وَامْرَأَتِي عَاقِرٌ قَالَ كَذَلِكَ اللّهُ يَفْعَلُ مَا يَشَاء {40}
- (Zəkəriyya) “Mənim necə oğlum ola bilər? Qocalıq gəlib çatıb, arvadım da qısır/sonsuzdur!”[54] Orası elədir, Allah, nəyi seçərsə onu edər.” dedi.
قَالَ رَبِّ اجْعَل لِّيَ آيَةً قَالَ آيَتُكَ أَلاَّ تُكَلِّمَ النَّاسَ ثَلاَثَةَ أَيَّامٍ إِلاَّ رَمْزًا وَاذْكُر رَّبَّكَ كَثِيرًا وَسَبِّحْ بِالْعَشِيِّ وَالإِبْكَارِ {41}
- (Zəkəriyya) “Rəbbim! Mənim üçün bir ayə/nişanə göstər!” dedi. Allah: “Sənin nişanən, üç gün ərzində insanlarla ancaq işarət dili ilə danışmaq olacaqdır.[55] Rəbbini çox yad et və səhər axşam şənini tərif (ibadət)” dedi.
وَإِذْ قَالَتِ الْمَلاَئِكَةُ يَا مَرْيَمُ إِنَّ اللّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَى نِسَاء الْعَالَمِينَ {42}
- Bir gün Mələklər Məryəmə belə səsləndilər: “Ey Məryəm! Allah səni seçdi, səni tər-təmiz yetişdirdi və seçib aləmlərin (məxluqatın) qadınlarından üstün etdi.
يَا مَرْيَمُ اقْنُتِي لِرَبِّكِ وَاسْجُدِي وَارْكَعِي مَعَ الرَّاكِعِينَ {43}
- Ey Məryəm! Rəbbinə könüldən boyun əy, səcdəyə qapan və rüku edənlərlə bərabər rüku et!”[56]
ذَلِكَ مِنْ أَنبَاء الْغَيْبِ نُوحِيهِ إِلَيكَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يُلْقُون أَقْلاَمَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ {44}
- Bunlar, sənə vəhy yolu ilə bildirdiyimiz qeyb[57] xəbərlərindəndir. Yoxsa, Məryəmi hansının himayəyə götürəcəyi barədə qələmlərini (püşk) atdıqları sırada[58] sən yanlarında deyildin. Bir-biriləriylə mübahisə etdikləri zaman da sən yanlarında deyildin.
إِذْ قَالَتِ الْمَلآئِكَةُ يَا مَرْيَمُ إِنَّ اللّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِّنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ وَجِيهًا فِي الدُّنْيَا وَالآخِرَةِ وَمِنَ الْمُقَرَّبِينَ {45}
- Yenə bir gün Mələklər Məryəmə dedilər ki: “Ey Məryəm! Allah sənə Özündən bir söz (İsanı)[59] müjdələyir. Adı Məryəm oğlu İsa Məsihdir. Dünya və axirətdə şanı uca və Allaha yaxın tutulanlardan olacaqdır.[60]
وَيُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلاً وَمِنَ الصَّالِحِينَ {46}
- Həm beşikdə həm də yetkinlik çağında insanlarla danışacaq[61] və xeyirxah insanlardan olacaqdır.[62]
قَالَتْ رَبِّ أَنَّى يَكُونُ لِي وَلَدٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ قَالَ كَذَلِكِ اللّهُ يَخْلُقُ مَا يَشَاء إِذَا قَضَى أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ {47}
- (Məryəm) dedi: “Rəbbim! Mənim necə uşağım ola bilər? Mənə heç bir insan toxunmadı ki?!” dedi. Rəbb: “Orası elədir!” dedi. Allah, nəyi dilərsə yaradır. Bir işə qərar verərsə, sadəcə “Ol!” deyər, o da yaranır.
وَيُعَلِّمُهُ الْكِتَابَ وَالْحِكْمَةَ وَالتَّوْرَاةَ وَالإِنجِيلَ {48}
وَرَسُولاً إِلَى بَنِي إِسْرَائِيلَ أَنِّي قَدْ جِئْتُكُم بِآيَةٍ مِّن رَّبِّكُمْ أَنِّي أَخْلُقُ لَكُم مِّنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِإِذْنِ اللّهِ وَأُبْرِئُ الأكْمَهَ والأَبْرَصَ وَأُحْيِـي الْمَوْتَى بِإِذْنِ اللّهِ وَأُنَبِّئُكُم بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمْ إِنَّ فِي ذَلِكَ لآيَةً لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ {49}
- İsrail oğullarına elçi olaraq göndəriləcək (və onlara belə deyəcəkdir): “Sizə, Rəbbinizin ayəsi/möcüzəsi ilə gəldim. Sizin üçün palçıqdan quş heykəli düzəldər[65], ona üfləyərəm, o da Allahın izni ilə quş olar. Anadangəlmə koru, cüzam xəstəliyi olanları sağaldar və Allahın izni ilə ölüləri dirildərəm. Evlərinizdə nə yediyinizi və nəyi yığıb saxladığınızı da sizə bildirərəm. Əgər Allaha inanıb güvənirsizsə, bunda həqiqətən sizin üçün bir ayə/möcüzə vardır.
وَمُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَلِأُحِلَّ لَكُم بَعْضَ الَّذِي حُرِّمَ عَلَيْكُمْ وَجِئْتُكُم بِآيَةٍ مِّن رَّبِّكُمْ فَاتَّقُواْ اللّهَ وَأَطِيعُونِ {50}
- Önümdəki Tövratı təsdiq etmək[66] və sizə haram edilmiş[67] bəzi şeyləri halal etmək üçün gəldim. Sizə Rəbbinizin ayəsi/möcüzəsi ilə gəldim. Artıq, Allaha qarşı gəlməkdən çəkinin və Mənə könüldən boyun əyin!
إِنَّ اللّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ هَـذَا صِرَاطٌ مُّسْتَقِيمٌ {51}
- Allah həm mənim Rəbbim/Sahibim həm də sizin Rəbbinizdir. Siz Ona qulluq edin! Doğru yol budur.
فَلَمَّا أَحَسَّ عِيسَى مِنْهُمُ الْكُفْرَ قَالَ مَنْ أَنصَارِي إِلَى اللّهِ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ اللّهِ آمَنَّا بِاللّهِ وَاشْهَدْ بِأَنَّا مُسْلِمُونَ {52}
- İsa, onlardan nakorluq edənləri hiss edincə: “Allah yolunda kim mənim köməkçim olacaqdır?”- deyə səsləndi. Həvarilər[68] dedilər ki: “Bizik Allahın köməkçiləri! Biz Allaha inanıb güvəndik və şahid ol, biz Ona təslim olanlardanıq.”
رَبَّنَا آمَنَّا بِمَا أَنزَلَتْ وَاتَّبَعْنَا الرَّسُولَ فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ {53}
- Rəbbimiz! Biz sənin nazil etdiklərinə inanıb güvəndik və elçinə tabe olduq. Bizi (buna) şahid olanlarla bərabər yaz.
وَمَكَرُواْ وَمَكَرَ اللّهُ وَاللّهُ خَيْرُ الْمَاكِرِينَ {54}
- (İnanmayanlar) Bir plan qurdular; Allah da bir plan qurdu.[69] Allah, plan quranların ən xeyirlisidir.
إِذْ قَالَ اللّهُ يَا عِيسَى إِنِّي مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَيَّ وَمُطَهِّرُكَ مِنَ الَّذِينَ كَفَرُواْ وَجَاعِلُ الَّذِينَ اتَّبَعُوكَ فَوْقَ الَّذِينَ كَفَرُواْ إِلَى يَوْمِ الْقِيَامَةِ ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ {55}
- O vaxt Allah dedi ki: “Ey İsa! Səni vəfat etdirəcəm[70] və dərgahıma yüksəldəcəm.[71] Səni kafirlik edənlərin (iftiralarından) təmizləyəcəm. Sənə tabe olanları, qiyamət gününə qədər kafirlik edənlərdən üstün edəcəyəm.[72] Sonra hüzuruma qayıdacaqsınız. Aranızda ixtilafa düşdüyünüz məsələləri, o zaman qərara bağlayacağam.
فَأَمَّا الَّذِينَ كَفَرُواْ فَأُعَذِّبُهُمْ عَذَابًا شَدِيدًا فِي الدُّنْيَا وَالآخِرَةِ وَمَا لَهُم مِّن نَّاصِرِينَ {56}
- Kafirlərə/inkarçılara gəlincə, onları həm dünyada həm də axirətdə şiddətli[73] bir əzabla cəzalandıracağam. Onların heç köməkçiləri də olmayacaqdır.
وَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُواْ الصَّالِحَاتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَاللّهُ لاَ يُحِبُّ الظَّالِمِينَ {57}
- İnanıb güvənən və xeyirxahlıq edənlərə gəlincə isə (Allah) onların mükafatlarını tam verəcəkdir. Allah, zalımları sevməz!”
ذَلِكَ نَتْلُوهُ عَلَيْكَ مِنَ الآيَاتِ وَالذِّكْرِ الْحَكِيمِ {58}
- Bunlar, sənə bağlantılarıyla oxuduğumuz[74], hikmətlə dolu Quranın ayələrindəndir.
إِنَّ مَثَلَ عِيسَى عِندَ اللّهِ كَمَثَلِ آدَمَ خَلَقَهُ مِن تُرَابٍ ثِمَّ قَالَ لَهُ كُن فَيَكُونُ {59}
- Allah qatında İsanın misalı eynilə Adəmin misalı Adəmi torpaqdan yaratdı sonra ona “Ol!” dedi; o da oldu.[75]
الْحَقُّ مِن رَّبِّكَ فَلاَ تَكُن مِّن الْمُمْتَرِينَ {60}
- Haqq, sənin Rəbbindən gələndir. Elə isə şübhəyə düşənlərdən olma![76]
فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ {61}
- Sənə gələn elmdən sonra kim onun (İsanın) haqqında səninlə mübahisə edərsə, de ki: “Gəlin; uşaqlarımızı və uşaqlarınızı, qadınlarımızı və qadınlarınızı çağıraq, siz də biz də qatılaq! Sonra ürəkdən yalvarıb, Allahın lənətinin yalançıların üzərinə olmasını istəyək.”[77]
إِنَّ هَـذَا لَهُوَ الْقَصَصُ الْحَقُّ وَمَا مِنْ إِلَـهٍ إِلاَّ اللّهُ وَإِنَّ اللّهَ لَهُوَ الْعَزِيزُ الْحَكِيمُ {62}
- Şübhəsiz bu (İsa haqqında) deyilən, haqqın özüdür. Allahdan başqa ilah yoxdur. Əlbəttə Allah, Əzizdir, hikmət sahibi/qərarları doğrudur.
فَإِن تَوَلَّوْاْ فَإِنَّ اللّهَ عَلِيمٌ بِالْمُفْسِدِينَ {63}
- Əgər (dəvətindən) üz döndərərlərsə, əlbəttə Allah o pozğunçuları biləndir.
قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْاْ إِلَى كَلَمَةٍ سَوَاء بَيْنَنَا وَبَيْنَكُمْ أَلاَّ نَعْبُدَ إِلاَّ اللّهَ وَلاَ نُشْرِكَ بِهِ شَيْئًا وَلاَ يَتَّخِذَ بَعْضُنَا بَعْضاً أَرْبَابًا مِّن دُونِ اللّهِ فَإِن تَوَلَّوْاْ فَقُولُواْ اشْهَدُواْ بِأَنَّا مُسْلِمُونَ {64}
- De ki: “Ey Kitab əhli/kitablarında mütəxəssis insanlar![78] Sizinlə bizim aramızda müştərək olan bu sözə gəlin: Allahdan başqa heç bir şeyə[79] qulluq etməyək. Ona heç bir şeyi şərik qoşmayaq. Bəzimiz, bəzilərini Allah ilə araya qoyaraq Rəbb qəbul etməyək!” Əgər yenə də üz döndərərlərsə, onlara deyin ki: “Şahid olun, biz müsəlmanlarıq/Allaha təslim olmuş kəslərik.”
يَا أَهْلَ الْكِتَابِ لِمَ تُحَآجُّونَ فِي إِبْرَاهِيمَ وَمَا أُنزِلَتِ التَّورَاةُ وَالإنجِيلُ إِلاَّ مِن بَعْدِهِ أَفَلاَ تَعْقِلُونَ {65}
- Ey Kitab əhli! İbrahim haqqında niyə mübahisə edirsiz? Tövrat da İncil də ondan sonra nazil oldu. Heç ağlınızı işlətmirsiz?
ها أنتم هَؤُلاء حَاجَجْتُمْ فِيمَا لَكُم بِهِ عِلمٌ فَلِمَ تُحَآجُّونَ فِيمَا لَيْسَ لَكُم بِهِ عِلْمٌ وَاللّهُ يَعْلَمُ وَأَنتُمْ لاَ تَعْلَمُونَ {66}
- Siz, bildiyiniz şeylər haqqında mübahisə edirsiniz. Bəs bilmədiyiniz şeylər haqqında nəyə görə mübahisəyə girişirsiz? Onları bilən Allahdır, siz bilməzsiz.
مَا كَانَ إِبْرَاهِيمُ يَهُودِيًّا وَلاَ نَصْرَانِيًّا وَلَكِن كَانَ حَنِيفًا مُّسْلِمًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ {67}
- İbrahim nə yəhudi nə də xristian deyildi.O, ancaq tək ilaha təslim olmuş biri idi və Müşriklərdən/Allaha şərik qoşanlardan da deyildi.
إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَـذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُواْ وَاللّهُ وَلِيُّ الْمُؤْمِنِينَ {68}
- İnsanların İbrahimə ən yaxın olanları, əlbəttə onun ardınca gedənlər, bu nəbi (Muhəmməd) və ona inanıb güvənənlərdir. Allah, bütün möminlərin vəlisidir/yaxınıdır.[80]
وَدَّت طَّآئِفَةٌ مِّنْ أَهْلِ الْكِتَابِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلاَّ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ {69}
- Kitab əhlindən bir qrup, sizi yolunuzdan azdırmağı çox istər. Ancaq onlar özlərini azdırırlar amma bunun şüurunda deyillər.
يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَأَنتُمْ تَشْهَدُونَ {70}
- Ey Kitab əhli! Nə üçün Allahın ayələrinə göz yumursuz? Üstəlik siz buna (haqq olduğuna) şahidsiniz.[81]
يَا أَهْلَ الْكِتَابِ لِمَ تَلْبِسُونَ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُونَ الْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ {71}
- Ey Kitab əhli! Nə üçün haqqa batıl donu geyindirir və haqqı gizlədirsiz?[82] Üstəlik siz bunu bilə-bilə edirsiz.
وَقَالَت طَّآئِفَةٌ مِّنْ أَهْلِ الْكِتَابِ آمِنُواْ بِالَّذِيَ أُنزِلَ عَلَى الَّذِينَ آمَنُواْ وَجْهَ النَّهَارِ وَاكْفُرُواْ آخِرَهُ لَعَلَّهُمْ يَرْجِعُونَ{72}
- Kitab əhlindən/kitablarında mütəxəssis olanlardan bir qrup belə dedi: “Möminlərə nazil edilənə günün başında inanın, sonunda inkar edin.”[83] Bəlkə (dinlərindən) dönərlər.
وَلاَ تُؤْمِنُواْ إِلاَّ لِمَن تَبِعَ دِينَكُمْ قُلْ إِنَّ الْهُدَى هُدَى اللّهِ أَن يُؤْتَى أَحَدٌ مِّثْلَ مَا أُوتِيتُمْ أَوْ يُحَآجُّوكُمْ عِندَ رَبِّكُمْ قُلْ إِنَّ الْفَضْلَ بِيَدِ اللّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ {73}
- Sizin dininizə tabe olanlardan başqasına inanıb güvənməyin! De ki: “Doğru yol, Allahın göstərdiyi yoldur. Sizə verilənin bənzərinin başqa birinə verilməsinə və ya Rəbbinizin hüzurunda sizə qarşı dəlil gətirməklərinə inanmayın! De: “Lütf, Allahın əlindədir![84] Onu seçdiyinə verir.[85] Allah, imkanları geniş olan və hər şeyi biləndir.
يَخْتَصُّ بِرَحْمَتِهِ مَن يَشَاء وَاللّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ {74}
- O, rəhmətini seçdiyi şəxsə aid edər. Allah, böyük lütf sahibidir.
وَمِنْ أَهْلِ الْكِتَابِ مَنْ إِن تَأْمَنْهُ بِقِنطَارٍ يُؤَدِّهِ إِلَيْكَ وَمِنْهُم مَّنْ إِن تَأْمَنْهُ بِدِينَارٍ لاَّ يُؤَدِّهِ إِلَيْكَ إِلاَّ مَا دُمْتَ عَلَيْهِ قَآئِمًا ذَلِكَ بِأَنَّهُمْ قَالُواْ لَيْسَ عَلَيْنَا فِي الأُمِّيِّينَ سَبِيلٌ وَيَقُولُونَ عَلَى اللّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ {75}
- Kitab əhlindən elə kimsə var ki, ona yığınla (mal) əmanət etsən, onu sənə olduğu kimi qaytarar. Eləsi də var ki, bir dinarı[86] əmanət etsən, başının üstündə durmadığın müddətcə onu sənə qaytarmaz. Bunun səbəbi, “Bizə, ümmilərə[87] qarşı hər hansı bir irad tutulmayacaq”, – deyərlər və onlar Allaha qarşı bilə-bilə yalan söyləyərlər.
بَلَى مَنْ أَوْفَى بِعَهْدِهِ وَاتَّقَى فَإِنَّ اللّهَ يُحِبُّ الْمُتَّقِينَ {76}
- Xeyr! Kim əhdini yerinə yetirsə və günah işləməkdən çəkinərsə bilsin ki, Allah müttəqiləri/günah işləməkdən çəkinənləri sevər.
إِنَّ الَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ اللّهِ وَأَيْمَانِهِمْ ثَمَنًا قَلِيلاً أُوْلَـئِكَ لاَ خَلاَقَ لَهُمْ فِي الآخِرَةِ وَلاَ يُكَلِّمُهُمُ اللّهُ وَلاَ يَنظُرُ إِلَيْهِمْ يَوْمَ الْقِيَامَةِ وَلاَ يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ {77}
- Allaha verdikləri sözü və andlarını, müvəqqəti/ötəri[88] bir mənfəət qarşılığında satanlar ki var, onların axirətdə heç bir payı olmayacaq. Allah, qiyamət günü onlarla danışmaz, üzlərinə baxmaz və onları təmizə çıxarmaz. Onlar üçün acı bir əzab vardır.
وَإِنَّ مِنْهُمْ لَفَرِيقًا يَلْوُونَ أَلْسِنَتَهُم بِالْكِتَابِ لِتَحْسَبُوهُ مِنَ الْكِتَابِ وَمَا هُوَ مِنَ الْكِتَابِ وَيَقُولُونَ هُوَ مِنْ عِندِ اللّهِ وَمَا هُوَ مِنْ عِندِ اللّهِ وَيَقُولُونَ عَلَى اللّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ {78}
- Onlardan bir dəstə, oxuduqlarını kitabdan hesab edəsiniz deyə, kitabı oxuyarkən dillərini əyib bükürlər. Amma (oxuduqları) o kitabdan deyildir. “O, Allah qatındandır!”– deyirlər, amma o, Allah qatından deyildir. Onlar, Allaha qarşı bilə-bilə yalan danışırlar.[89]
مَا كَانَ لِبَشَرٍ أَن يُؤْتِيَهُ اللّهُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُواْ عِبَادًا لِّي مِن دُونِ اللّهِ وَلَـكِن كُونُواْ رَبَّانِيِّينَ بِمَا كُنتُمْ تُعَلِّمُونَ الْكِتَابَ وَبِمَا كُنتُمْ تَدْرُسُونَ {79}
- Allahın kitab, hikmət və nəbilik verdiyi heç bir bəşərə yaraşmaz ki, çıxıb insanlara “Özünü Allahla insanlar arasına qoyub, mənə qul olun!”[90] – desin. Əksinə, o: Öyrətməkdə və üzərində çalışmakda olduğunuz kitab sayəsində Rəbbanilər/Rəbbinizin yoluna adayanlar olun!” – deyər.
وَلاَ يَأْمُرَكُمْ أَن تَتَّخِذُواْ الْمَلاَئِكَةَ وَالنِّبِيِّيْنَ أَرْبَابًا أَيَأْمُرُكُم بِالْكُفْرِ بَعْدَ إِذْ أَنتُم مُّسْلِمُونَ {80}
- O sizə mələkləri və nəbiləri özünüzə Rəbb qəbul edin də deməz. Allaha təslim olduqdan sonra o sizdən kafir olmağı heç istəyərmi?
وَإِذْ أَخَذَ اللّهُ مِيثَاقَ النَّبِيِّيْنَ لَمَا آتَيْتُكُم مِّن كِتَابٍ وَحِكْمَةٍ ثُمَّ جَاءكُمْ رَسُولٌ مُّصَدِّقٌ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِ وَلَتَنصُرُنَّهُ قَالَ أَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَى ذَلِكُمْ إِصْرِي قَالُواْ أَقْرَرْنَا قَالَ فَاشْهَدُواْ وَأَنَاْ مَعَكُم مِّنَ الشَّاهِدِينَ {81}
- Allah, nəbilərdən dəqiq söz aldığı zaman belə dedi: “Sizə kitab və hikmət verdikdən sonra yanınızda olanı təsdiq edən bir rəsul[91] gələrsə, mütləq ona inanacaqsız və yardım edəcəksiz. Bunu qəbul etdinizmi? Bu isri/ağır yükü[92] yükləndinizmi?[93] Onlar da: “Qəbul etdik!” dedilər. Allah: “Elə isə şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm.”[94]
فَمَن تَوَلَّى بَعْدَ ذَلِكَ فَأُوْلَـئِكَ هُمُ الْفَاسِقُونَ {82}
- Artıq bundan sonra kim sözündən dönərsə, məhz onlar yoldan çıxanlardır.
أَفَغَيْرَ دِينِ اللّهِ يَبْغُونَ وَلَهُ أَسْلَمَ مَن فِي السَّمَاوَاتِ وَالأَرْضِ طَوْعًا وَكَرْهًا وَإِلَيْهِ يُرْجَعُونَ {83}
- Allahın dinindən başqa din axtarırlar? Halbuki, göylərdə və yerdə kim varsa, könüllü və məcburi olaraq Ona təslim olmuş[95] və Onun hüzuruna çıxarılacaqlar.[96]
قُلْ آمَنَّا بِاللّهِ وَمَا أُنزِلَ عَلَيْنَا وَمَا أُنزِلَ عَلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَقَ وَيَعْقُوبَ وَالأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَالنَّبِيُّونَ مِن رَّبِّهِمْ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ {84}
- De ki: “Biz Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil edilənlərə, Musaya, İsaya və nəbilərə Rəbbi tərəfindən verilənlərin hamısına inanıb güvəndik. Onlardan heç birini digərindən ayırmarıq.[97] Biz təkcə Ona təslim olanlarıq!”[98]
وَمَن يَبْتَغِ غَيْرَ الإِسْلاَمِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الآخِرَةِ مِنَ الْخَاسِرِينَ {85}
- Kim İslamdan başqa bir din axtarışında olarsa, ondan əsla qəbul edilməz. O, axirətdə ziyana uğrayanlardan olar.
كَيْفَ يَهْدِي اللّهُ قَوْمًا كَفَرُواْ بَعْدَ إِيمَانِهِمْ وَشَهِدُواْ أَنَّ الرَّسُولَ حَقٌّ وَجَاءهُمُ الْبَيِّنَاتُ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ {86}
- İnanıb güvəndikdən, elçinin[99] haqq olduğuna şahid olduqdan və özlərinə açıq-aydın dəlillər gəldikdən sonra kafirliyi/ayələrinə göz yummağı seçən bir cəmiyyəti Allah necə doğru yola yönəldər? Allah, zalım bir cəmiyyəti doğru yoluna yönəltməz!”
أُوْلَـئِكَ جَزَآؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ اللّهِ وَالْمَلآئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ {87}
- Onların cəzası, Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır!”
خَالِدِينَ فِيهَا لاَ يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلاَ هُمْ يُنظَرُونَ {88}
- Həmişəlik lənət içərisində qalacaqlar. Əzabları nə yüngülləşdirilməyəcək nə də onlara möhlət verilməyəcəkdir.[100]
إِلاَّ الَّذِينَ تَابُواْ مِن بَعْدِ ذَلِكَ وَأَصْلَحُواْ فَإِنَّ الله غَفُورٌ رَّحِيمٌ {89}
- Ancaq bundan sonra tövbə edib, xeyirxahlıq edənlər isə istisnadır.[101] Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
إِنَّ الَّذِينَ كَفَرُواْ بَعْدَ إِيمَانِهِمْ ثُمَّ ازْدَادُواْ كُفْرًا لَّن تُقْبَلَ تَوْبَتُهُمْ وَأُوْلَـئِكَ هُمُ الضَّآلُّونَ {90}
- İnanıb güvənmələrinin arxasından kafirliyi seçən və sonra kafirliyini artıranların tövbələri/dönüşləri[102] qəbul edilməyəcəkdir. Məhz onlar yoldan çıxanlardır!
إِنَّ الَّذِينَ كَفَرُواْ وَمَاتُواْ وَهُمْ كُفَّارٌ فَلَن يُقْبَلَ مِنْ أَحَدِهِم مِّلْءُ الأرْضِ ذَهَبًا وَلَوِ افْتَدَى بِهِ أُوْلَـئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ وَمَا لَهُم مِّن نَّاصِرِينَ {91
- Kafirliyi seçən və kafir olaraq ölənlərin hər hansı birindən dünya dolusu qızılı olsa və onu fidyə versə belə qəbul edilməyəcəkdir. Onlar üçün acı bir əzab vardır və onlara köməklik göstərən də olmayacaqdır.[103]
لَن تَنَالُواْ الْبِرَّ حَتَّى تُنفِقُواْ مِمَّا تُحِبُّونَ وَمَا تُنفِقُواْ مِن شَيْءٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ {92}
- Sevdiyiniz şeylərdən xeyirə xərcləmədikcə yaxşılığa nail ola bilməzsiz. Nəyi xeyirə xərclərsəniz, şübhəsiz ki, Allah onu bilir.
كُلُّ الطَّعَامِ كَانَ حِـلاًّ لِّبَنِي إِسْرَائِيلَ إِلاَّ مَا حَرَّمَ إِسْرَائِيلُ عَلَى نَفْسِهِ مِن قَبْلِ أَن تُنَزَّلَ التَّوْرَاةُ قُلْ فَأْتُواْ بِالتَّوْرَاةِ فَاتْلُوهَا إِن كُنتُمْ صَادِقِينَ {93}
- (Yəhudilər dedilər ki)[104] “Tövrat nazil olmamışdan qabaq İsrailin[105] ancaq özünə haram etdiklərindən başqa bütün yeməkləri İsrail oğullarına halal idi.” De ki: “Əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun!”[106]
فَمَنِ افْتَرَىَ عَلَى اللّهِ الْكَذِبَ مِن بَعْدِ ذَلِكَ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ {94}
- Kim bundan (Tövratı oxuduqdan) sonra hələ də bu yalanı Allaha atırsa, məhz onlar zalımlardır.
قُلْ صَدَقَ اللّهُ فَاتَّبِعُواْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ {95}
- De ki: “Allah doğru söylədi. Elə isə hənif olan/doğruluqdan çaşmayan İbrahimin, dini yaşama şəklinə tabe olduq. O, müşriklərdən/Allaha şərik qoşanlardan olmadı.”[107]
إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِّلْعَالَمِينَ {96}
- Şübhəsiz, insanlar üçün bərəkət qaynağı[108] və aləmlər üçün doğru istiqamət (qiblə)[109] kimi tikilən ilk ev (məbəd), Bəkkədə yerləşir.[110]
فِيهِ آيَاتٌ بَيِّـنَاتٌ مَّقَامُ إِبْرَاهِيمَ وَمَن دَخَلَهُ كَانَ آمِنًا وَلِلّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلاً وَمَن كَفَرَ فَإِنَّ الله غَنِيٌّ عَنِ الْعَالَمِينَ {97}
- Orada İbrahimin məqamının[111] açıq nişanələri vardır. Oraya kim daxil olarsa, əmin-amanlıqdadır. İmkan tapıb ora getməyə gücü çatanların, o evi həcc/ziyarət etməsi, insanların Allah qarşısındakı borcudur. Kim buna göz yumarsa, bilsin ki, Allah aləmlərə (heç bir şeyə) möhtac deyildir!
قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَاللّهُ شَهِيدٌ عَلَى مَا تَعْمَلُونَ {98}
- De: Ey kitab əhli/kitablarında mütəxəssis olanlar! Allah sizin əməllərinizin şahidi olduğu halda, nə üçün Allahın ayələrinə göz yumursuz?
قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَصُدُّونَ عَن سَبِيلِ اللّهِ مَنْ آمَنَ تَبْغُونَهَا عِوَجًا وَأَنتُمْ شُهَدَاء وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ {99}
- Doğruluğuna şahid olduğunuz halda, niyə Allahın yolunda bir əyrilik[112] olmasını istəyərək, iman gətirənləri o yoldan döndərməyə çalışırsız? Halbuki, Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوَاْ إِن تُطِيعُواْ فَرِيقًا مِّنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ يَرُدُّوكُم بَعْدَ إِيمَانِكُمْ كَافِرِينَ {100}
- Ey inanıb güvənənlər! Əgər siz, kitab verilənlərdən bir dəstəyə boyun əyərsəniz, sizi inancınızdan döndərib kafir edərlər.
وَكَيْفَ تَكْفُرُونَ وَأَنتُمْ تُتْلَى عَلَيْكُمْ آيَاتُ اللّهِ وَفِيكُمْ رَسُولُهُ وَمَن يَعْتَصِم بِاللّهِ فَقَدْ هُدِيَ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ {101}
- Sizə Allahın ayələri bağlamları ilə birlikdə oxunduğu və Allahın göndərdiyi elçi aranızda olduğu halda, siz necə Allahın ayələrinə göz yummaqda dirənirsiz? Kim Allaha (kitabına) möhkəm sarılarsa, şübhəsiz doğru yola qəbul edilir.”[113]
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ حَقَّ تُقَاتِهِ وَلاَ تَمُوتُنَّ إِلاَّ وَأَنتُم مُّسْلِمُونَ {102}
- Ey inanıb güvənənlər! Allaha qarşı gəlməkdən necə çəkinmək lazımdırsa, elə də çəkinin![114] Son nəfəsinizə qədər Allaha təslim olmağa davam edin!”
وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعًا وَلاَ تَفَرَّقُواْ وَاذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاء فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنتُمْ عَلَىَ شَفَا حُفْرَةٍ مِّنَ النَّارِ فَأَنقَذَكُم مِّنْهَا كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ {103}
- Hamılıqla Allahın ipinə/Qurana[115] möhkəm sarılın və ayrılıb parçalanmayın![116] Allahın sizə olan nemətini ağlınızdan çıxarmayın.[117] Bir vaxtlar bir-birinizin düşmənləri ikən O sizin qəlblərinizi bir-birinə qaynaşdırdı. Onun neməti sayəsində qardaş oldunuz. Oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah, ayələrini sizə bu şəkildə aydınlaşdırır ki, doğru yola gələsiniz.
وَلْتَكُن مِّنكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ {104}
- Sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis işləri qadağan edən bir ümmət/cəmiyyət olsun. Məhz onlar nicat tapacaqlar.
وَلاَ تَكُونُواْ كَالَّذِينَ تَفَرَّقُواْ وَاخْتَلَفُواْ مِن بَعْدِ مَا جَاءهُمُ الْبَيِّنَاتُ وَأُوْلَـئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ {105}
- Özlərinə açıq-aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın![118] Onlar böyük bir əzaba düçar olacaqlar.
يَوْمَ تَبْيَضُّ وُجُوهٌ وَتَسْوَدُّ وُجُوهٌ فَأَمَّا الَّذِينَ اسْوَدَّتْ وُجُوهُهُمْ أَكْفَرْتُم بَعْدَ إِيمَانِكُمْ فَذُوقُواْ الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ {106}
- Bəzi üzlərin ağ, bəzi üzlərin qara olacağı gündə, üzü qaralmışlara belə deyilir: “Siz inandıqdan sonra kafir oldunuz?[119] İndi kafir olduğunuza görə dadın əzabı!”
وَأَمَّا الَّذِينَ ابْيَضَّتْ وُجُوهُهُمْ فَفِي رَحْمَةِ اللّهِ هُمْ فِيهَا خَالِدُونَ {107}
- Üzü ağ olanlara gəlincə, Onlar Allahın mərhəməti içərisində olacaq və orada həmişəlik qalacaqlar.
تِلْكَ آيَاتُ اللّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ وَمَا اللّهُ يُرِيدُ ظُلْمًا لِّلْعَالَمِينَ {108}
- Bunlar Allahın ayələridir; onları sənə olduğu kimi/ həqiqəti ortaya qoyacaq şəkildə oxuyuruq. Allah, aləmlərə (bəşəriyyətə) zülm etmək istəməz.
وَلِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَإِلَى اللّهِ تُرْجَعُ الأُمُورُ {109}
- Göylərdə nə varsa və yerdə nə varsa hamısı Allahındır. Bütün işlər Allaha qayıdacaqdır.
كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَتُؤْمِنُونَ بِاللّهِ وَلَوْ آمَنَ أَهْلُ الْكِتَابِ لَكَانَ خَيْرًا لَّهُم مِّنْهُمُ الْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ الْفَاسِقُونَ {110}
- Siz, insanlar üçün çıxarılmış xeyirli bir ümmət/cəmiyyətsiniz.[120] Yaxşı işlər görür, pis işlərdən çəkindirirsiz və Allaha inanıb güvənirsiz. Əhli-Kitab/kitablarında mütəxəssis olanlar da inanıb güvənsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onlardan inanıb güvənənlər var amma çoxu yoldan çıxmışdır.
لَن يَضُرُّوكُمْ إِلاَّ أَذًى وَإِن يُقَاتِلُوكُمْ يُوَلُّوكُمُ الأَدُبَارَ ثُمَّ لاَ يُنصَرُونَ {111}
- (Yoldan çıxanlar) Sizə əziyyət verməkdən başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə savaşacaq olsalar, arxalarını dönüb qaçarlar. Sonra onlara köməklik də edilməz.
ضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ أَيْنَ مَا ثُقِفُواْ إِلاَّ بِحَبْلٍ مِّنْ اللّهِ وَحَبْلٍ مِّنَ النَّاسِ وَبَآؤُوا بِغَضَبٍ مِّنَ اللّهِ وَضُرِبَتْ عَلَيْهِمُ الْمَسْكَنَةُ ذَلِكَ بِأَنَّهُمْ كَانُواْ يَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَيَقْتُلُونَ الأَنبِيَاء بِغَيْرِ حَقٍّ ذَلِكَ بِمَا عَصَوا وَّكَانُواْ يَعْتَدُونَ {112}
- Allahın himayəsi[121] və ya insanların himayəsi[122] altında olmaları xaric, harada olursa olsunlar, onlara zillət damğası vurulmuşdur.[123] Allahın qəzəbinə məruz qalmış və onlara miskinlik damğası vurulmuşdur. Çünki, Allahın ayələrinə göz yummağa dirənmiş və nəbiləri haqsız yerə öldürməyə çalışmışlar.[124] Bu cəza, Allaha qarşı üsyan etməklərinə və azğın davranışlarına qarşılıqdır.
لَيْسُواْ سَوَاء مِّنْ أَهْلِ الْكِتَابِ أُمَّةٌ قَآئِمَةٌ يَتْلُونَ آيَاتِ اللّهِ آنَاء اللَّيْلِ وَهُمْ يَسْجُدُونَ {113}
- Onların hamısı eyni deyil. Əhli Kitab içərisində dirayətli bir ümmət/cəmiyyət də var. Onlar gecə vaxtları[125] səcdə edərək/namaz qılaraq,[126] Allahın ayələrini oxuyurlar.
يُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَيُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَأُوْلَـئِكَ مِنَ الصَّالِحِينَ {114}
- Allaha və axirət gününə inanır, yaxşı işlər görür, pis işlərdən çəkindirirlər. Xeyirli işlərdə bir-biriylə yarışırlar. Məhz onlar, xeyirxahlardandır.
{115} وما يَفْعَلُواْ مِنْ خَيْرٍ فَلَن يُكْفَرُوْهُ وَاللّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ
- Onların xeyir naminə etdikləri işlərdən heç biri göz-ardı edilməyəcəkdir. Allah, müttəqiləri/günahdan çəkinənləri bilir.
إِنَّ الَّذِينَ كَفَرُواْ لَن تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلاَ أَوْلاَدُهُم مِّنَ اللّهِ شَيْئًا وَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ {116}
- Kafirlik edənlərin/ayələri inkar edənlərin nə malları nə övladları Allah qatında heç bir fayda saxlamayacaqdır. Onlar, od sakinləridir və orada həmişəlik qalacaqlar.
مَثَلُ مَا يُنفِقُونَ فِي هِـذِهِ الْحَيَاةِ الدُّنْيَا كَمَثَلِ رِيحٍ فِيهَا صِرٌّ أَصَابَتْ حَرْثَ قَوْمٍ ظَلَمُواْ أَنفُسَهُمْ فَأَهْلَكَتْهُ وَمَا ظَلَمَهُمُ اللّهُ وَلَـكِنْ أَنفُسَهُمْ يَظْلِمُونَ {117}
- Onların bu dünya həyatında sərf etdikləri şeylər, özlərinə zülm edən bir cəmiyyətin əkinlərini vurub məhv edən soyuq rüzgara bənzəyir.[127] Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər.
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ بِطَانَةً مِّن دُونِكُمْ لاَ يَأْلُونَكُمْ خَبَالاً وَدُّواْ مَا عَنِتُّمْ قَدْ بَدَتِ الْبَغْضَاء مِنْ أَفْوَاهِهِمْ وَمَا تُخْفِي صُدُورُهُمْ أَكْبَرُ قَدْ بَيَّنَّا لَكُمُ الآيَاتِ إِن كُنتُمْ تَعْقِلُونَ {118}
- Ey Allaha inanıb güvənənlər! Sizdən olmayanlardan aranızda sirdaş tutmayın. Onlar sizə qarşı pislik etməkdən əl çəkməzlər. Çətinə düşməyinizi istəyərlər. Nefrətləri danışıqlarından məlum olur. Ürəklərində gizlətdikləri (nefrət) isə daha böyükdür. Əgər ağlınızı işlətsəniz, sizə onların xislətini açıqladığımızı görərsiniz.
هَاأَنتُمْ أُوْلاء تُحِبُّونَهُمْ وَلاَ يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِالْكِتَابِ كُلِّهِ وَإِذَا لَقُوكُمْ قَالُواْ آمَنَّا وَإِذَا خَلَوْاْ عَضُّواْ عَلَيْكُمُ الأَنَامِلَ مِنَ الْغَيْظِ قُلْ مُوتُواْ بِغَيْظِكُمْ إِنَّ اللّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ {119}
- Bəli, siz elə kimsələrsiniz ki, onları sevirsiniz, amma onlar sizi sevməzlər. Siz, bütün kitablara inanırsınız. Onlar sizinlə qarşılaşanda “inandıq!” deyərlər, xəlvətdə olduqda isə sizə qarşı acıxlarından dırnaqlarını gəmirirlər.[128] Onlara de ki, “ölün acığınızdan!” Allah, sinələrdə olanı bilir.
إِن تَمْسَسْكُمْ حَسَنَةٌ تَسُؤْهُمْ وَإِن تُصِبْكُمْ سَيِّئَةٌ يَفْرَحُواْ بِهَا وَإِن تَصْبِرُواْ وَتَتَّقُواْ لاَ يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْئًا إِنَّ اللّهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌ {120}
- Sizə bir xeyir dəyərsə, bu onları məyus edər. Sizə bir fəlakət üz verdikdə isə ona sevinərlər. Əgər səbrli/dirayətli olub Allahdan çəkinərsəniz, onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini elmiylə əhatə edir.
وَإِذْ غَدَوْتَ مِنْ أَهْلِكَ تُبَوِّئُ الْمُؤْمِنِينَ مَقَاعِدَ لِلْقِتَالِ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ {121}
- Sən, səhər tezdən ailəndən ayrılıb, möminləri döyüşmək üçün əlverişli yerlərə yerləşdirirdin. Allah eşidəndir, biləndir!
إِذْ هَمَّت طَّآئِفَتَانِ مِنكُمْ أَن تَفْشَلاَ وَاللّهُ وَلِيُّهُمَا وَعَلَى اللّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ {122}
- Sizdən iki bölüyü məğlubiyyət qorxusu sarmışdı. Halbuki Allah onların yardımçısı idi. Bu səbəblə möminlər yalnız Allaha təvəkkül etməlidirlər!
وَلَقَدْ نَصَرَكُمُ اللّهُ بِبَدْرٍ وَأَنتُمْ أَذِلَّةٌ فَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ {123}
- Bədirdə çarəsiz olduğunuz halda, Allah sizə yardım etdi.[129] Elə isə Allaha qarşı gəlməkdən çəkinin ki, bəlkə şükür edənlərdən olarsınız.
إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَن يَكْفِيكُمْ أَن يُمِدَّكُمْ رَبُّكُم بِثَلاَثَةِ آلاَفٍ مِّنَ الْمَلآئِكَةِ مُنزَلِينَ {124}
- O vaxt möminlərə belə deyirdin: “Rəbbinizin endirdiyi[130] üç min mələklə imdadınıza yetişməsi sizə yetməzmi?”
بَلَى إِن تَصْبِرُواْ وَتَتَّقُواْ وَيَأْتُوكُم مِّن فَوْرِهِمْ هَـذَا يُمْدِدْكُمْ رَبُّكُم بِخَمْسَةِ آلافٍ مِّنَ الْمَلآئِكَةِ مُسَوِّمِينَ {125}
- Bəli, əgər səbr edib/dirayətli davranıb, mühafizə tədbirlərini alarsanız, onlar anidən hücuma keçdikləri zaman Rəbbiniz, yanınızdan ayrılmayan beş min mələklə imdadınıza yetişir.
وَمَا جَعَلَهُ اللّهُ إِلاَّ بُشْرَى لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُم بِهِ وَمَا النَّصْرُ إِلاَّ مِنْ عِندِ اللّهِ الْعَزِيزِ الْحَكِيمِ {126}
- Allah bunu sizin üçün məhz bir müjdə olsun və qəlbləriniz rahatlansın deyə etdi. Zəfər yalnız qüdrətli və hikmət sahibi Allah qatındandır.
لِيَقْطَعَ طَرَفًا مِّنَ الَّذِينَ كَفَرُواْ أَوْ يَكْبِتَهُمْ فَيَنقَلِبُواْ خَآئِبِينَ {127}
- O, Kafirlərin/ayələrə göz yumanların bir bölüyünü qırıb keçirmək və məğlub etmək üçün etdi ki, ümidsiz halda geri dönsünlər.
لَيْسَ لَكَ مِنَ الأَمْرِ شَيْءٌ أَوْ يَتُوبَ عَلَيْهِمْ أَوْ يُعَذَّبَهُمْ فَإِنَّهُمْ ظَالِمُونَ {128}
- Sənin edəcəyin bir şey yoxdur. Allah onların tövbələrini/dönüşlərini qəbul edə bilər ya da zalımlıqlarından ötrü onlara əzab verər.[131]
وَلِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ يَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء وَاللّهُ غَفُورٌ رَّحِيمٌ {129}
- Göylərdə nə varsa və yerdə nə varsa hamısı Allahındır. O, bağışlanmaya layiq olanı bağışlayar, əzaba layiq olana da əzab edər. Allah bağışlayandır, rəhimlidir.
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَأْكُلُواْ الرِّبَا أَضْعَافًا مُّضَاعَفَةً وَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ {130}
- Ey Allaha inanıb güvənənlər! Qat-qat artma xüsusiyyəti olan faizi yeməyin![132] Allaha qarşı gəlməkdən çəkinin ki, bəlkə nicat tapasınız.
وَاتَّقُواْ النَّارَ الَّتِي أُعِدَّتْ لِلْكَافِرِينَ {131}
- Kafirlər/ayələri inkar edənlər üçün hazırlanmış olan o oddan özünüzü qoruyun.
وَأَطِيعُواْ اللّهَ وَالرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ {132}
- Allaha və rəsuluna/elçisinin gətirdiyinə[133] könüllü olaraq boyun əyin ki sizə mərhəmət edilsin.
وَسَارِعُواْ إِلَى مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ {133}
- Rəbbiniz tərəfindən bağışlanmaq[134] və genişliyi göylərlə yer qədər olan cənnəti qazanmaq üçün yarışın. Orası, müttəqilər/günah işləməkdən çəkinənlər üçün hazırlanmışdır.
الَّذِينَ يُنفِقُونَ فِي السَّرَّاء وَالضَّرَّاء وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ {134}
- O müttəqilər ki, bolluqda və qıtlıqda xərcləyir, əsəblərinə hakim olur və insanları əfv edirlər. Allah, gözəl davrananları sevər.
وَالَّذِينَ إِذَا فَعَلُواْ فَاحِشَةً أَوْ ظَلَمُواْ أَنْفُسَهُمْ ذَكَرُواْ اللّهَ فَاسْتَغْفَرُواْ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ الذُّنُوبَ إِلاَّ اللّهُ وَلَمْ يُصِرُّواْ عَلَى مَا فَعَلُواْ وَهُمْ يَعْلَمُونَ {135}
- Onlar, iyrənc bir iş gördükləri, yaxud özlərinə zülm[135] etdikləri zaman Allahı xatırlayar və günahlarının bağışlanmasını istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar, etdikləri (günah) işlərdə bilə-bilə israr etməzlər.
أُوْلَـئِكَ جَزَآؤُهُم مَّغْفِرَةٌ مِّن رَّبِّهِمْ وَجَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَنِعْمَ أَجْرُ الْعَامِلِينَ {136}
- Onların alacağı qarşılıq, Rəbbi tərəfindən bağışlanmaq və həmişəlik olaraq qalacaqları, altından çaylar axan cənnətlər olacaqdır. Bu cür əməl sahiblərinin mükafatı nə gözəldir!
قَدْ خَلَتْ مِن قَبْلِكُمْ سُنَنٌ فَسِيرُواْ فِي الأَرْضِ فَانْظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذَّبِينَ {137}
- Sizdən əvvəl də (ilahi) qanunlar[136] olub keçibdi. Odur ki, yer üzünü gəzib dolaşın və yalana sarılanların aqibətinin necə olduğunu görün![137]
هَـذَا بَيَانٌ لِّلنَّاسِ وَهُدًى وَمَوْعِظَةٌ لِّلْمُتَّقِينَ {138}
- Bu, bütün insanlar üçün bir bəyan, Müttəqilər/günah iş görməkdən çəkinənlər[138] üçün bir rəhbər və bir öyüddür.
وَلاَ تَهِنُوا وَلاَ تَحْزَنُوا وَأَنتُمُ الأَعْلَوْنَ إِن كُنتُم مُّؤْمِنِينَ {139}
- Ruhdan düşməyin və üzülməyin! Əgər möminsinizsə, ən üstün olan sizsiniz.
إِن يَمْسَسْكُمْ قَرْحٌ فَقَدْ مَسَّ الْقَوْمَ قَرْحٌ مِّثْلُهُ وَتِلْكَ الأيَّامُ نُدَاوِلُهَا بَيْنَ النَّاسِ وَلِيَعْلَمَ اللّهُ الَّذِينَ آمَنُواْ وَيَتَّخِذَ مِنكُمْ شُهَدَاء وَاللّهُ لاَ يُحِبُّ الظَّالِمِينَ {140}
- Əgər sizə (Uhudda) bir yara toxunmuşsa, qarşınızdakı o xalqa də (Bədirdə) bənzər bir yara toxundu. Belə günləri, insanlar arasında dövr etdiririk ki, Allah həqiqətən inanıb güvənənləri bilsin/ayırd etsin[139] və sizdən şahidlər tutsun. Allah, zalımları sevməz!
وَلِيُمَحِّصَ اللّهُ الَّذِينَ آمَنُواْ وَيَمْحَقَ الْكَافِرِينَ {141}
- Bir də Allah, inanıb güvənənləri seçib arındırmaq və kafirləri də pərişan etmək üçün bunu edir.
أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُواْ الْجَنَّةَ وَلَمَّا يَعْلَمِ اللّهُ الَّذِينَ جَاهَدُواْ مِنكُمْ وَيَعْلَمَ الصَّابِرِينَ {142}
- Yoxsa, Allah sizdən cihad/hər cür xeyirə cəhd edənləri [140] və səbrli/dirəncli olanları bilib ayırd etmədən cənnətə girəcəyinizi hesab edirsiz?[141]
وَلَقَدْ كُنتُمْ تَمَنَّوْنَ الْمَوْتَ مِن قَبْلِ أَن تَلْقَوْهُ فَقَدْ رَأَيْتُمُوهُ وَأَنتُمْ تَنظُرُونَ {143}
- Siz ki, ölümlə burun-buruna gəlmədən qabaq ölməyi (şəhid olmağı) arzulayırdınız. İndi isə onu görüncə donub qaldınız!
وَمَا مُحَمَّدٌ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ أَفَإِن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ وَمَن يَنقَلِبْ عَلَىَ عَقِبَيْهِ فَلَن يَضُرَّ اللّهَ شَيْئًا وَسَيَجْزِي اللّهُ الشَّاكِرِينَ {144}
- Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib keçdi. Əgər o, ölsə və ya öldürülsə, siz arxasınızı çevirib geri dönəcəksiniz? Kim arxasını çevirib geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri[142] mükafatlandıracaqdır.
وَمَا كَانَ لِنَفْسٍ أَنْ تَمُوتَ إِلاَّ بِإِذْنِ الله كِتَابًا مُّؤَجَّلاً وَمَن يُرِدْ ثَوَابَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَن يُرِدْ ثَوَابَ الآخِرَةِ نُؤْتِهِ مِنْهَا وَسَنَجْزِي الشَّاكِرِينَ {145}
- Heç kim; Allahın icazəsi olmadan, yazılı əcəli gəlmədən ölməz. Kim dünyalıq istəyərsə ona ondan verərik. Kim axirətlik istəyərsə, ona da ondan verərik. Biz, şükür edənləri mükafatlandıracayıq!
وَكَأَيِّن مِّن نَّبِيٍّ قَاتَلَ مَعَهُ رِبِّيُّونَ كَثِيرٌ فَمَا وَهَنُواْ لِمَا أَصَابَهُمْ فِي سَبِيلِ اللّهِ وَمَا ضَعُفُواْ وَمَا اسْتَكَانُواْ وَاللّهُ يُحِبُّ الصَّابِرِينَ {146}
- Neçə-neçə nəbi/peyğəmbər, çox sayıda Rəbbinə bağlı olanlarla bərabər (Allah yolunda) vuruşmuşdur. Onlar, Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də boyun əymişlər. Allah, səbrli/dirayətli olanları sevər.
وَمَا كَانَ قَوْلَهُمْ إِلاَّ أَن قَالُواْ ربَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِي أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ {147}
- Onların dedikləri ancaq: “Rəbbimiz! Günahlarımızı və davranışlarımızdakı hədsizliyi bağışla! Ayaqlarımızı sabit tut! Kafir cəmiyyətə qarşı bizə yardım et!”
فَآتَاهُمُ اللّهُ ثَوَابَ الدُّنْيَا وَحُسْنَ ثَوَابِ الآخِرَةِ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ {148}
- Nəhayət, Allah, onlara dünyadakı mükafatlarını və axirətdəki mükafatın daha gözəlini verdi. Allah, gözəl davrananları sevər.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوَاْ إِن تُطِيعُواْ الَّذِينَ كَفَرُواْ يَرُدُّوكُمْ عَلَى أَعْقَابِكُمْ فَتَنقَلِبُواْ خَاسِرِينَ {149}
- Ey inanıb güvənənlər! Kafirlərə/ayələri inkar edənlərə boyun əyərsəniz, sizi arxası üstə geri qaytarar və ziyana uğramış halda geri dönərsiniz.
بَلِ اللّهُ مَوْلاَكُمْ وَهُوَ خَيْرُ النَّاصِرِينَ {150}
- Əksinə, sizə mövla/yol göstərən[143] Allahdır. O, yardım edənlərin ən xeyirlisidir.
سَنُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُواْ الرُّعْبَ بِمَا أَشْرَكُواْ بِاللّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَمَأْوَاهُمُ النَّارُ وَبِئْسَ مَثْوَى الظَّالِمِينَ {151}
- Haqqında heç bir dəlil nazil etmədiyimiz bir şeyi Allaha şərik qoşmaqları səbəbiylə[144] kafir olan hər kəsin qəlbinə qorxu salacağıq. Onların sığınacaqları yer Atəşdir. Zalımların məskunlaşacağı yer necə də pisdir!
وَلَقَدْ صَدَقَكُمُ اللّهُ وَعْدَهُ إِذْ تَحُسُّونَهُم بِإِذْنِهِ حَتَّى إِذَا فَشِلْتُمْ وَتَنَازَعْتُمْ فِي الأَمْرِ وَعَصَيْتُم مِّن بَعْدِ مَا أَرَاكُم مَّا تُحِبُّونَ مِنكُم مَّن يُرِيدُ الدُّنْيَا وَمِنكُم مَّن يُرِيدُ الآخِرَةَ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ وَلَقَدْ عَفَا عَنكُمْ وَاللّهُ ذُو فَضْلٍ عَلَى الْمُؤْمِنِينَ {152}
- Əlbəttə Allah, sizə verdiyi vədinə sadiq çıxdı. Onun izniylə kafirləri qırıb keçirirdiniz. Əldə etmək istədiyinizi (qəniməti) sizə göstərdikdən sonra acizlik göstərdiniz. Verilən əmrdə mübahisəyə düşdünüz[145] və üsyan etdiniz. Sizdən kimisi dünyanı (əlinə keçəcək qəniməti),[146] kimisi də axirəti istəyirdi. Sonra sizi, əzici bir imtahandan keçirmək üçün onlar qarşısında qalib ikən məğlub hala gətirdi.[147] Amma yenə də sizi əfv etdi. Allah, möminlərə qarşı lütfkardır.
إِذْ تُصْعِدُونَ وَلاَ تَلْوُونَ عَلَى أحَدٍ وَالرَّسُولُ يَدْعُوكُمْ فِي أُخْرَاكُمْ فَأَثَابَكُمْ غَمَّاً بِغَمٍّ لِّكَيْلاَ تَحْزَنُواْ عَلَى مَا فَاتَكُمْ وَلاَ مَا أَصَابَكُمْ وَاللّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ {153}
- Heç kimə baxmadan qaçıb dağa dırmaşdığınız zaman Elçimiz arxanızdan sizə səslənirdi. Allah, sizi qəm üstünə qəmə düçar etdi ki, əlinizdən çıxana və başınıza gələnlərə üzülməyəsiniz.[148] Allah nə etdiklərinizdən xəbərdardır.
ثُمَّ أَنزَلَ عَلَيْكُم مِّن بَعْدِ الْغَمِّ أَمَنَةً نُّعَاسًا يَغْشَى طَآئِفَةً مِّنكُمْ وَطَآئِفَةٌ قَدْ أَهَمَّتْهُمْ أَنفُسُهُمْ يَظُنُّونَ بِاللّهِ غَيْرَ الْحَقِّ ظَنَّ الْجَاهِلِيَّةِ يَقُولُونَ هَل لَّنَا مِنَ الأَمْرِ مِن شَيْءٍ قُلْ إِنَّ الأَمْرَ كُلَّهُ لِلَّهِ يُخْفُونَ فِي أَنفُسِهِم مَّا لاَ يُبْدُونَ لَكَ يَقُولُونَ لَوْ كَانَ لَنَا مِنَ الأَمْرِ شَيْءٌ مَّا قُتِلْنَا هَاهُنَا قُل لَّوْ كُنتُمْ فِي بُيُوتِكُمْ لَبَرَزَ الَّذِينَ كُتِبَ عَلَيْهِمُ الْقَتْلُ إِلَى مَضَاجِعِهِمْ وَلِيَبْتَلِيَ اللّهُ مَا فِي صُدُورِكُمْ وَلِيُمَحَّصَ مَا فِي قُلُوبِكُمْ وَاللّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
- O qəmdən sonra sizə bir güvən duyğusu verdi, sizdən bir qisminizi şirin bir mürgü bürüməkdəydi. Bir qisminiz də öz canının dərdinə düşmüşdü. Allah barəsində haqsız zənnlərə, cahiliyyə[149] düşüncələrinə qapılaraq “bizə nə var bu işdən?” deyirdilər. De: “Bütün işlər Allah üçündür!” Onlar sənə açıb bildirmədiklərini içlərində gizlədir, “Bu işdən bizə bir şey olsaydı, burada öldürülməzdik” deyirdilər. De: “Evlərinizdə də olsaydınız, öldürüləcəkləri yazılmış olanlar, ölüb düşəcəkləri yerə qədər gələrdilər.” Allah, sizin könlünüzdə olanları sınamaq və qəlblərinizdə olanları təmizləmək üçün belə edir. Allah könüllərdə olanı bilir.
إِنَّ الَّذِينَ تَوَلَّوْاْ مِنكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ إِنَّمَا اسْتَزَلَّهُمُ الشَّيْطَانُ بِبَعْضِ مَا كَسَبُواْ وَلَقَدْ عَفَا اللّهُ عَنْهُمْ إِنَّ اللّهَ غَفُورٌ حَلِيمٌ {155}
- İki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri/dönəklik edənləri şeytan, əldə etdikləri bəzi şeylər üzündən azdırmaq istəmişdi. Allah, onları əfv etdi. Şübhəsiz, Allah bağışlayandır, həlimdir.
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَكُونُواْ كَالَّذِينَ كَفَرُواْ وَقَالُواْ لإِخْوَانِهِمْ إِذَا ضَرَبُواْ فِي الأَرْضِ أَوْ كَانُواْ غُزًّى لَّوْ كَانُواْ عِندَنَا مَا مَاتُواْ وَمَا قُتِلُواْ لِيَجْعَلَ اللّهُ ذَلِكَ حَسْرَةً فِي قُلُوبِهِمْ وَاللّهُ يُحْيِـي وَيُمِيتُ وَاللّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ {156}
- Ey inanıb güvənənlər! Səfərə çıxan və ya döyüşə gedən qardaşlarına “əgər yanımızda olsaydılar nə ölər nə də öldürülərdilər” – deyən kafirlər kimi olmayın! Allah bunu qəlblərində bir həsrət yaranması üçün etdi. Həyat verən də, öldürən də Allahdır. Allah nə etdiklərinizi görür.
وَلَئِن قُتِلْتُمْ فِي سَبِيلِ اللّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِّنَ اللّهِ وَرَحْمَةٌ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ {157}
- Allah yolunda öldürülər və ya ölərsinizsə, Allahdan gələn bağışlanma[150] və mərhəmət, onların topladıqlarından daha xeyirlidir.
وَلَئِن مُّتُّمْ أَوْ قُتِلْتُمْ لإِلَى الله تُحْشَرُونَ {158}
- Ölsəniz də, öldürülsəniz də, mütləq Allahın hüzuruna toplanacaqsınız!
فَبِمَا رَحْمَةٍ مِّنَ اللّهِ لِنتَ لَهُمْ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنفَضُّواْ مِنْ حَوْلِكَ فَاعْفُ نْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّهِ إِنَّ اللّهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ {159}
- Allahın mərhəməti sayəsində onlarla mülayim rəftar etdin.[151] Əgər sən kobud və qatı qəlbli olsaydın, ətrafından şübhəsiz ki dağılıb gedərdilər. Artıq onları əfv et və onlar üçün bağışlanmaq dilə! İşdə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə, yalnız Allaha güvən/təvəkkül et! Əlbəttə, Allah güvənənləri/təvəkkül edənləri sevər.
إِن يَنصُرْكُمُ اللّهُ فَلاَ غَالِبَ لَكُمْ وَإِن يَخْذُلْكُمْ فَمَن ذَا الَّذِي يَنصُرُكُم مِّن بَعْدِهِ وَعَلَى اللّهِ فَلْيَتَوَكِّلِ الْمُؤْمِنُونَ {160}
- Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, ondan sonra kim sizə yardım edə bilər? Möminlər, yalnız Allaha güvənsinlər/təvəkkül etsinlər.
وَمَا كَانَ لِنَبِيٍّ أَن يَغُلَّ وَمَن يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ الْقِيَامَةِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لاَ يُظْلَمُونَ {161}
- Bir nəbiyə əmanətə (qənimətə) xəyanət etmək yaraşmaz.[152] Kim əmanətə xəyanət edərsə, qiyamət günü[153] xəyanət etdiyi şeylə gələr. Sonra hər kəsə qazandığının qarşılığı tam ödənər və onlara haqsızlıq edilməz.
أَفَمَنِ اتَّبَعَ رِضْوَانَ اللّهِ كَمَن بَاء بِسَخْطٍ مِّنَ اللّهِ وَمَأْوَاهُ جَهَنَّمُ وَبِئْسَ الْمَصِيرُ {162}
- Allahın rizası ardında olan şəxs, heç Allahın qəzəbinə düçar olan şəxs kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın) yeri Cəhənnəmdir. Ora nə pis dönüş yeridir!
هُمْ دَرَجَاتٌ عِندَ اللّهِ واللّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ {163}
- Onların Allah qatındakı dərəcələri fərqlidir. Allah onların nə etdiklərini görür.
لَقَدْ مَنَّ اللّهُ عَلَى الْمُؤمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولاً مِّنْ أَنفُسِهِمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُواْ مِن قَبْلُ لَفِي ضَلالٍ مُّبِينٍ {164}
- Allah, möminlərə öz işlərindən onlara bir elçi göndərməklə lütf etmişdir. Elçi onlara Allahın ayələrini bağlamlarıyla birlikdə oxuyur, onları təkmilləşdirir, onlara kitabı və hikməti öyrədir. Halbuki onlar bundan əvvəl açıq-aşkar bir zəlalət içərisində idilər.
أَوَلَمَّا أَصَابَتْكُم مُّصِيبَةٌ قَدْ أَصَبْتُم مِّثْلَيْهَا قُلْتُمْ أَنَّى هَـذَا قُلْ هُوَ مِنْ عِندِ أَنْفُسِكُمْ إِنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ {165}
- Onların ikiqat düçar olduqları bir müsibət[154] sizin başınıza gələndə “Bu da haradan oldu?”[155] – dediniz. De ki: “O, sizin özünüzdən qaynaqlandı!” Allah, hər şeyə bir ölçü qoyar.[156]
وَمَا أَصَابَكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ فَبِإِذْنِ اللّهِ وَلِيَعْلَمَ الْمُؤْمِنِينَ {166}
- İki ordunun qarşılaşdığı gün (Uhudda) başınıza nə gəlmişsə, Allahın izni ilə gəlmişdir. Bu, möminləri bilməsi üçündür.
وَلْيَعْلَمَ الَّذِينَ نَافَقُواْ وَقِيلَ لَهُمْ تَعَالَوْاْ قَاتِلُواْ فِي سَبِيلِ اللّهِ أَوِ ادْفَعُواْ قَالُواْ لَوْ نَعْلَمُ قِتَالاً لاَّتَّبَعْنَاكُمْ هُمْ لِلْكُفْرِ يَوْمَئِذٍ أَقْرَبُ مِنْهُمْ لِلإِيمَانِ يَقُولُونَ بِأَفْوَاهِهِم مَّا لَيْسَ فِي قُلُوبِهِمْ وَاللّهُ أَعْلَمُ بِمَا يَكْتُمُونَ {167}
- Münafiqlik/ikiüzlülük edənləri də bilməsi üçündür. Onlara: “Gəlin, Allahın yolunda vuruşun və ya müdafiə olunun!” – deyiləndə, onlar: “Əgər vuruşmağı bilsəydik, sizin ardınızca gələrdik” – demişdilər. Onlar o gün, imandan daha çox küfrə yaxınlaşmış, ağızları ilə qəlblərində olmayanı söyləyirdilər. Halbuki, Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir.
الَّذِينَ قَالُواْ لإِخْوَانِهِمْ وَقَعَدُواْ لَوْ أَطَاعُونَا مَا قُتِلُوا قُلْ فَادْرَؤُوا عَنْ أَنفُسِكُمُ الْمَوْتَ إِن كُنتُمْ صَادِقِينَ {168}
- (Mədinədə) Oturub qardaşları[157] barəsində belə deyirdilər: “Bizə qulaq assaydılar, öldürülməzdilər.” De ki: “Əgər doğru deyirsinmizsə, onda özünüzdən ölümü uzaqlaşdırın görək!”[158]
وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ اللّهِ أَمْوَاتًا بَلْ أَحْيَاء عِندَ رَبِّهِمْ يُرْزَقُونَ {169}
- Allah yolunda öldürülənləri əsla ölü sanma! Əksinə, onlar diridirlər; Rəbbi qatında onlara ruzi verilir.[159]
فَرِحِينَ بِمَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُواْ بِهِم مِّنْ خَلْفِهِمْ أَلاَّ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ {170}
- Onlar, Allahın lütfündən verdikləriylə fərəhlənirlər. Arxalarından hələ özlərinə qatılmamış olanlara da heç bir qorxu olmayacağını və üzülməyəcəklərini müjdələmək istəyərlər.
يَسْتَبْشِرُونَ بِنِعْمَةٍ مِّنَ اللّهِ وَفَضْلٍ وَأَنَّ اللّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُؤْمِنِينَ {171}
- Allahın nemətini, lütfünü və bir də Allahın möminlərə verəcəyi mükafatı boşa çıxarmayacağını müjdələmək istəyərlər.
الَّذِينَ اسْتَجَابُواْ لِلّهِ وَالرَّسُولِ مِن بَعْدِ مَآ أَصَابَهُمُ الْقَرْحُ لِلَّذِينَ أَحْسَنُواْ مِنْهُمْ وَاتَّقَواْ أَجْرٌ عَظِيمٌ {172}
- Yaralandıqdan sonra Allahın və elçisinin dəvətini qəbul edənlərə, onlardan gözəl iş görüb pis işlərdən qorunanlara böyük bir mükafat vardır.
الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَاناً وَقَالُواْ حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ {173}
- Bunlar o kəslərdir ki, insanlar onlara: “Həqiqətən, o adamlar (Məkkə ordusu) sizə qarşı yenidən toplandı, qorxun onlardan” dedikdə, bu söz onların inamını artırdı və belə qarşılıq verdilər: “Allah bizə kifayətdir! O nə gözəl vəkildir/dayaqdır!
فَانقَلَبُواْ بِنِعْمَةٍ مِّنَ اللّهِ وَفَضْلٍ لَّمْ يَمْسَسْهُمْ سُوءٌ وَاتَّبَعُواْ رِضْوَانَ اللّهِ وَاللّهُ ذُو فَضْلٍ عَظِيمٍ {174}
- Sonra onlara heç bir pislik toxunmadan, Allahın neməti və lütfü sayəsində geri döndülər. Allah böyük lütf sahibidir.
إِنَّمَا ذَلِكُمُ الشَّيْطَانُ يُخَوِّفُ أَوْلِيَاءهُ فَلاَ تَخَافُوهُمْ وَخَافُونِ إِن كُنتُم مُّؤْمِنِينَ {175}
- Sizə o sözü gətirən şeytan, yalnız öz yoldaşlarını qorxuda bilər. Elə isə, onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun!
وَلاَ يَحْزُنكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ إِنَّهُمْ لَن يَضُرُّواْ اللّهَ شَيْئاً يُرِيدُ اللّهُ أَلاَّ يَجْعَلَ لَهُمْ حَظًّا فِي الآخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ {176}
- Kafirlikdə yarışanlar[160] səni üzməsin! Əlbəttə onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah onlara axirətdə heç bir pay vermək istəmir. Onlar üçün böyük bir əzab vardır.
إِنَّ الَّذِينَ اشْتَرَوُاْ الْكُفْرَ بِالإِيمَانِ لَن يَضُرُّواْ اللّهَ شَيْئًا وَلهُمْ عَذَابٌ أَلِيمٌ {177}
- Şübhəsiz ki, imanı qarşılığında kafirliyi satın alanlar, Allaha heç bir zərər yetirə bilməzlər. Onlar üçün acı bir əzab vardır.
وَلاَ يَحْسَبَنَّ الَّذِينَ كَفَرُواْ أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُواْ إِثْمًا وَلَهْمُ عَذَابٌ مُّهِينٌ {178}
- Kafirlər/ayələri inkar edənlər, onlara verdiyimiz möhləti özləri üçün xeyirli sanmasınlar! Bizim onlara möhlət verməyimiz, əslində[161] günahlarını artırmaları üçündür.[162] Onlar üçün alçaldıcı bir əzab vardır.
مَّا كَانَ اللّهُ لِيَذَرَ الْمُؤْمِنِينَ عَلَى مَآ أَنتُمْ عَلَيْهِ حَتَّىَ يَمِيزَ الْخَبِيثَ مِنَ الطَّيِّبِ وَمَا كَانَ اللّهُ لِيُطْلِعَكُمْ عَلَى الْغَيْبِ وَلَكِنَّ اللّهَ يَجْتَبِي مِن رُّسُلِهِ مَن يَشَاء فَآمِنُواْ بِاللّهِ وَرُسُلِهِ وَإِن تُؤْمِنُواْ وَتَتَّقُواْ فَلَكُمْ أَجْرٌ عَظِيمٌ {179}
- Allah, möminləri hazırda olduğunuz vəziyyətdə qoyası deyil. Əlbəttə, pisi yaxşıdan ayıracaqdır.[163] Allah, qeybini sizə açacaq da deyil; amma elçilərindən layiq gördüyünü seçər.[164] Elə isə, Allaha və elçilərinə/kitablarına inanıb güvənin. Əgər onlara inanıb güvənər və Allaha qarşı gəlməkdən çəkinərsinizsə, böyük bir mükafata qovuşursunuz.
وَلاَ يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ هُوَ خَيْرًا لَّهُمْ بَلْ هُوَ شَرٌّ لَّهُمْ سَيُطَوَّقُونَ مَا بَخِلُواْ بِهِ يَوْمَ الْقِيَامَةِ وَلِلّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالأَرْضِ وَاللّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ {180}
- Allahın Öz lütfündən bəxş etdiyi şeylərdə xəsislik edənlər, bunun özləri üçün xeyirli olduğunu sanmasınlar. Əksinə, bu onlar üçün şərdir. Xəsislik etdikləri şeylər, qiyamət/məzardan qalxış günü[165] boyunlarına dolandırılacaqdır. Göylərin və yerin mirası Allahındır. Allah, hər bir əməlinizdən xəbərdardır.
لَّقَدْ سَمِعَ اللّهُ قَوْلَ الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ فَقِيرٌ وَنَحْنُ أَغْنِيَاء سَنَكْتُبُ مَا قَالُواْ وَقَتْلَهُمُ الأَنبِيَاء بِغَيْرِ حَقٍّ وَنَقُولُ ذُوقُواْ عَذَابَ الْحَرِيقِ {181}
- “Allah fağırdır, biz isə zənginik!”[166] – deyənlərin sözünü Allah əlbəttə eşitdi. Biz, onların dediklərini və nəbiləri haqsız yerə öldürdüklərini/etibarsızlaşdırdıqlarını yazacaq və belə deyəcəyik: “Dadın yandırıb-yaxan atəşin əzabını!
ذَلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ اللّهَ لَيْسَ بِظَلاَّمٍ لِّلْعَبِيدِ {182}
- Bu, öz əllərinizlə elədiklərinizin qarşılığıdır. Əlbəttə, Allah, bəndələrinə zülm edən deyildir.[167]
الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ عَهِدَ إِلَيْنَا أَلاَّ نُؤْمِنَ لِرَسُولٍ حَتَّىَ يَأْتِيَنَا بِقُرْبَانٍ تَأْكُلُهُ النَّارُ قُلْ قَدْ جَاءكُمْ رُسُلٌ مِّن قَبْلِي بِالْبَيِّنَاتِ وَبِالَّذِي قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِن كُنتُمْ صَادِقِينَ {183}
- Onlar (Yəhudilər) dedilər: “Allah bizə, atəşin yandıracağı bir qurban[168] gətirənə qədər heç bir elçiyə inanmamağımızı əmr etdi.” Onlara de ki: “Məndən əvvəl sizə elçilər açıq-aydın dəlillərlə və dediyiniz (qurbanla) gəlmişdilər. Əgər doğru danışırsınızsa, bəs nə üçün onları öldürdünüz/təsirsiz hala gətirməyə çalışdınız?”
فَإِن كَذَّبُوكَ فَقَدْ كُذِّبَ رُسُلٌ مِّن قَبْلِكَ جَآؤُوا بِالْبَيِّنَاتِ وَالزُّبُرِ وَالْكِتَابِ الْمُنِيرِ {184}
- Əgər səni yalancı sayırlarsa (bil ki), səndən əvvəlki elçiləri də yalancı saymışdılar. Onlar, açıq-aydın sübutlarla və Zəburlarla,[169] aydınladıcı kitabla gəlmişdilər.
كُلُّ نَفْسٍ ذَآئِقَةُ الْمَوْتِ وَإِنَّمَا تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ الْقِيَامَةِ فَمَن زُحْزِحَ عَنِ النَّارِ وَأُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ وَما الْحَيَاةُ الدُّنْيَا إِلاَّ مَتَاعُ الْغُرُورِ {185}
- Hər canlı ölümü dadacaqdır.[170] Şübhəsiz ki, etdiklərinizin qarşılığı sizə qiyamət günü[171] tam olaraq ödənəcəkdir. Kim oddan uzaqlaşdırılır və cənnətə daxil edilərsə, əlbəttə xilas olur. Bu dünya həyatı, aldadıcı bir faydalanmadan başqa bir şey deyildir.
لَتُبْلَوُنَّ فِي أَمْوَالِكُمْ وَأَنفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ وَمِنَ الَّذِينَ أَشْرَكُواْ أَذًى كَثِيرًا وَإِن تَصْبِرُواْ وَتَتَّقُواْ فَإِنَّ ذَلِكَ مِنْ عَزْمِ الأُمُورِ {186}
- Əlbəttə, mallarınızla və canlarınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl özlərinə kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər əlbəttə eşidəcəksiniz. Əgər səbr edər/dirayətli davranır, özünüzü qoruyarsanız (imtahanı qazanarsınız),[172] bilin ki bu, əzmkarlıq tələb edən işlərdəndir.
وَإِذَ أَخَذَ اللّهُ مِيثَاقَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ لَتُبَيِّنُنَّهُ لِلنَّاسِ وَلاَ تَكْتُمُونَهُ فَنَبَذُوهُ وَرَاء ظُهُورِهِمْ وَاشْتَرَوْاْ بِهِ ثَمَناً قَلِيلاً فَبِئْسَ مَا يَشْتَرُونَ {187}
- Allah, kitab verilənlərdən “Bu kitabı insanlara mütləq açıqlayacaq və onu gizlətməyəcəksiniz!” – deyə bir söz almışdı. Verdikləri sözü gözardı etdilər və onu kiçik bir dəyərə satdılar. Onların bu alveri necə də pisdir![173]
لاَ تَحْسَبَنَّ الَّذِينَ يَفْرَحُونَ بِمَا أَتَواْ وَّيُحِبُّونَ أَن يُحْمَدُواْ بِمَا لَمْ يَفْعَلُواْ فَلاَ تَحْسَبَنَّهُمْ بِمَفَازَةٍ مِّنَ الْعَذَابِ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ {188}
- Etdiklərinə görə fərəhlənən və etmədiyi işlərinə görə təriflənməyi sevənlərin əzabdan xilas olacaqlarını sanma![174] Onlar üçün acı bir əzab vardır.
وَلِلّهِ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَاللّهُ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ {189}
- Göylərin və yerin bütün mülkiyyəti Allahındır. Allah, hər şeyə bir ölçü qoyar.
إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ لآيَاتٍ لِّأُوْلِي الألْبَابِ {190}
- Göylərin və yerin yaradılışında, gecə və gündüzün ard-arda yer dəyişməsində, sağlam düşüncə[175] üçün ayələr/dəlillər vardır.[176]
الَّذِينَ يَذْكُرُونَ اللّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىَ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذا بَاطِلاً سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ {191}
- Onlar; ayaqda, oturaraq və yanları üstə (səcdə halında)[177] Allahı xatırlayarlar.[178] Göyün və yerin yaradılışı haqda düşünərlər. “Rəbbimiz! Sən bunu boşuna yaratmadın! Sən bütün nöqsanlardan uzaqsan! Bizi odun əzabından qoru!
رَبَّنَا إِنَّكَ مَن تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ {192}
- Rəbbimiz! Sən hər kimi atəşə atarsan, əlbəttə, onu rüsvay etmisən. Zalımların yardımcıları olmaz.
رَّبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلإِيمَانِ أَنْ آمِنُواْ بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الأبْرَارِ {193}
- Rəbbimiz! Əlbəttə, biz: “Rəbbinizə inanın!” – deyə imana çağıran birinin çağırışını eşitdik, iman gətirdik. Rəbbimiz! Günahlarımızı bağışla, pis işlərimizin üstünü ört. Ruhumuzu yaxşıların yanına al!”[179]
رَبَّنَا وَآتِنَا مَا وَعَدتَّنَا عَلَى رُسُلِكَ وَلاَ تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ إِنَّكَ لاَ تُخْلِفُ الْمِيعَادَ {194}
- Rəbbimiz! Bizə, elçilərin vasitəsilə vəd etdiklərini ver! Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!”
فَاسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّي لاَ أُضِيعُ عَمَلَ عَامِلٍ مِّنكُم مِّن ذَكَرٍ أَوْ أُنثَى بَعْضُكُم مِّن بَعْضٍ فَالَّذِينَ هَاجَرُواْ وَأُخْرِجُواْ مِن دِيَارِهِمْ وَأُوذُواْ فِي سَبِيلِي وَقَاتَلُواْ وَقُتِلُواْ لأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلأُدْخِلَنَّهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ ثَوَابًا مِّن عِندِ اللّهِ وَاللّهُ عِندَهُ حُسْنُ الثَّوَابِ {195}
- Rəbbi onlara belə cavab verir: “Kişi ya da qadın olsun, sizdən heç birinizin əməlini puça çıxarmaram.[180] Bir-birinizdənsiniz (dərgahımda fərqiniz yox). Hicrət edən, yurdundan çıxarılan, yolumda əziyyətə düçar olanların, vuruşanların və o yolda öldürülənlərin pis işlərinin üstünü əlbəttə örtər, dərgahımdan bir əlavə mükafat olaraq altından çaylar axan cənnətlərə yerləşdirəcəm. Gözəl mükafat məhz Allahın dərgahındadır.
لاَ يَغُرَّنَّكَ تَقَلُّبُ الَّذِينَ كَفَرُواْ فِي الْبِلاَدِ {196}
- Kafirlərin diyar-diyar gəzib dolaşması səni aldatmasın![181]
مَتَاعٌ قَلِيلٌ ثُمَّ مَأْوَاهُمْ جَهَنَّمُ وَبِئْسَ الْمِهَادُ {197}
- Bu qısa müddətli bir mənfəətdir. Axırda gəlib qalacaqları yer cəhənnəmdir. Ora nə pis bir yataqdır!
لَكِنِ الَّذِينَ اتَّقَوْاْ رَبَّهُمْ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا نُزُلاً مِّنْ عِندِ اللّهِ وَمَا عِندَ اللّهِ خَيْرٌ لِّلأَبْرَارِ {198}
- Rəbbinə qarşı günah işləməkdən qorunanlara gəlincə, onlara Allah qatından bir ziyafət olaraq orada qalacaqları, altından çaylar axan cənnətlər vardır. Allah qatında olan şeylər yaxşılar üçün daha xeyirlidir.
وَإِنَّ مِنْ أَهْلِ الْكِتَابِ لَمَن يُؤْمِنُ بِاللّهِ وَمَا أُنزِلَ إِلَيْكُمْ وَمَآ أُنزِلَ إِلَيْهِمْ خَاشِعِينَ لِلّهِ لاَ يَشْتَرُونَ بِآيَاتِ اللّهِ ثَمَنًا قَلِيلاً أُوْلَـئِكَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ إِنَّ اللّهَ سَرِيعُ الْحِسَابِ {199}
- Əhli Kitab/kitablarında mütəxəssis olanların içərisində Allaha, sizə nazil olana və özlərinə nazil olana, Allaha dərin hörmət bəsləyərək inanıb güvənirlər. Onlar, Allahın ayələrini keçici bir dəyərə qarşılıq satmazlar. Onların, Rəbbi/Sahibi qatında mükafatları vardır. Şübhəsiz, Allah çox tez haqq-hesaba çəkəndir.
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اصْبِرُواْ وَصَابِرُواْ وَرَابِطُواْ وَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ {200}
- Ey inanıb güvənənlər! Səbr edin/dirayətli olun, səbrdə yarışın, oyanıq olun və Allaha qarşı gəlməkdən çəkinin ki, umduğunuza qovuşasınız.
[1] Bunlara “hurufu muqatta”, yəni tək-tək oxunan hərflər deyilir. Bunların Nəbimizdən soruşulmaması, onların bilinən bir mənası olduğunu göstərir. Yoxsa müşriklər bunu dillərinə dolayar, Nəbimizi hər zaman narahat edərdilər. Bu hərflərlə əlaqəli suallar, İslamın Ərəb yarımadası xaricinə yayılmasından sonra başlamışdır. Türkcədə belə bir ifadə tərzi yoxdur. Bu hərflərlə başlayan 29 surədən 25-ində Qurana, dördündə də mühüm bir mövzuya diqqət çəkməsi, onların diqqətlərini cəlb etmək üçün işlədildiyi başa düşülür (Doğrusunu Allah bilir).
[2] Qəyyum, yaratdıqlarına hakim olan və onları qoruyub nəzarətdə saxlayan deməkdir.
[3] Maidə 48-ci ayə səbəbilə bu məal verilmişdir.
[4] Quran, bütün nəbilərə verilmiş kitabları təsdiq edir və onun mahiyyətini qoruyur. Onlara edilən əlavələr və əksiltmələri ancaq Quran sübut edə bilər (Maidə 48). Quranın əvvəlki kitabları təsdiq edici mahiyyətinə dair ayələrə baxmaq üçün: Bəqərə, 2/41, 89, 91; Ali-İmran 3/3; Nisa 4/47; Ənam 6/92; Yusuf 10/37; Yusif 12/111.
[5] “Rəhbər” deyə tərcümə etdiyimiz “hüda” kəlməsi, hidayət kökündəndir. Hidayət, mülayim formada yol göstərməkdir (Müfrədat). Allahın hidayəti dörd növdür: Birincisi varlığını, birliyini və hər şeydən yaxın olduğunu hər vəsilə ilə göstərməsidir. Bu səbəblə Allah, səhv yola düşənləri bir növ xəbərdar edir (Şəms 91/8-10; Ənam 6/125) və Özünü ikinci sıraya qoyub başqasına ilk sıraya almasını müşriklik sayar və əsla bağışlamaz (“Nisə” 4/48, 115-117). İkincisi, yaxşılığı pislikdən ayırd etmə qabiliyyəti verdiyi insana, doğrunu tapmasına rəhbərlik etməsidir (“Zariat” 51/20-21). Üçüncüsü, nazil etdiyi kitablarla yol göstərməsidir. Bu səbəblə o kitabların hər biri bir hüda yəni rəhbərdir (Bəqərə 2/2, 38). Dördüncüsü, də doğru seçim edən hər kəsi yoluna qəbul etməsi və doğru yolda olduğunu təsdiq etməsidir (İbrahim 14/4).
[6] Furqan, düzü əyridən və ya doğrunu yanlışdan ayırma və ya ayıran mənasındadır. Bu kəlmənin cəmi olmadığı üçün yerinə görə tək yerinə görə cəm mənası verilir. Furqan, Allahın nazil etdiyi bütün kitabların ortaq xüsusiyyətidir (Ənbiya 21/48). Allah, özünü günahlardan qoruyan möminlərə də furqan yəni doğrunu əyridən ayırma xüsusiyyəti verir (Ənfal 8/29).
[7] Şədid, “güclü bağla bağlı” mənasındadır. Allah, verəcəyi cəzanı bəndənin günahına bağlamışdır (Ənam 6/160).
[8] Ayədə keçən انتِقَام = intiqam, cinayətlə cəza arasındakı dənkliyi/bərabərliyi tam qurmaq mənasına gəlir (əl-Ayn).
[9] Ənam 6/59, Yunus 10/61, Nəml 27/75, Səbə 34/3.
[10] Bu ayə, hər insanın özünəməxsus ölçülərinin əzəldən deyil, ana rəhmində müəyyənləşdiyini bildirməkdədir. Bu da qədərçilərin insanla əlaqəli əzəldən var olduğu iddialarının məsnədsiz olduğunu göstərir (Məryəm 19/67; İnsan 76/1-2).
[11] Mühkəm ayə, bir mövzuda hökm bildirən ayədir. O hökm, başqa ayələrdə təfərrüatlı olaraq izah edilir (Hud 11/1-2).
[12] كتاب = Kitab sözünün kök mənası, bir şeyi bir şeyə əlavə etməkdir (Məqayis). Ərəb dilində, sözləri əlavə edərək yazılan hər cür yazıya kitab deyilir (Müfrədat). Qurani Kərim, mühkəmlər yəni qısa və yığcam hökmlər ehtiva edən ayələrdən və onların bənzəri olub onları izah edən mütəşabih ayələrdən ibarətdir. Məsələn ayənin birində: “Allah sözün ən gözəlini, mütəşabih və məsani kitab olaraq nazil etmişdir” (Zümər 39/23). Məsani, “ikili, cüt” mənasına gəlir. Quranın bir bütöv halında nazil olmadığı məlumdur. Bu və bənzər ayələr, onun özündən kitablr meydana gətirəcək şəkildə nazil olduğunu, doğru hökmə yəni hikmətə bu şəkildə nail ola biləcəyini göstərir.
[13] Mütəşabih, bənzəyən deməkdir. Bir birinə bənzəyən iki şeydən birinə mütəşabih deyilir. Bu kəlimə, səkkiz ayədə keçər: Bəqərə 25, 70, 118; Ali-İmran 7; Ənam 99, 141; Rad 16 və Zümər 23.
[14] Fitnə, qızılı içindəki əlavə maddələrdən ayırmaq üçün atəşə salmaqdır (Müfrədat). Quranda bu kəlimə, imtahan (Əraf 155), aldatma (Əraf 27), cəhənnəm əzabı (Zariyat 1014) və döyüş (Bəqərə 216) mənalarında işlədilir.
[15] تَأْوِيلِ =təvil, “evl” kökündən törəmişdir. Bir şeyi arzu edən hədəfə çevirmək mənasına gəlir (Müfrədat). Allahın ayələr arasında qurduğu bağı göstərir.
[16] Bu elm, ayələri ayələrlə izah etmə elmidir (Əraf 7/52). Əvvəlki kitablara inananların alimləri arasında da bu elmi bilənlər var idi (Nisa 4/162).
[17] Zikr əlaqələri ilə birlikdə düşünülüb öyrənilən doğru biliyi istifadəyə hazır tutmaq, ağla gətirmək və ya söyləməkdir (Mufrədat). Doğru biliyin mənbəyi, Allahın ayələridir. Allahın ayələri iki cürdür; Təbiət Allahın yaratdığı ayələrdən, Quran da endirdiyi ayələrdən meydana gəlir. Hər ikisindən əldə edilən doğru bilik zikirdir (Ənbiya 21/24, Ənam 6/80). İnsanı ancaq bu bilik rahatlaşdırır (Rad 13/28).
[18] “Sağlam düşüncə sahibi olanlar” deyə məna verdiyimiz ifadə “ulul-əlbab”dır. Bax: Bəqərə 2/179-un dipnotu.
[19] Yola gəlmək də yoldan çıxmaq da insanın qərarına bağlıdır (Saf 61/5). Bununla yanaşı, bu ayədəki dua, hər şeydə olduğu kimi doğru yolda qalmaq üçün də Allahın dəstəyinə ehtiyacımız olduğunu göstərir.
[20] “Sən, sözündən dönməzsən.” Məalının əsli “Allah sözündən dönməz” şəklindədir. Burada iltifat sənəti var. Lüğətdə əymək, bükmək, çevirmək mənasındakı “left = لفت” kökündən törəyən iltifat, bir şeyi yönəldiyi tərəfdən başqa bir tərəfə çevirmək mənasına gəlir. Termin olaraq iltifat, üslubla əlaqəli ədəbi bir sənətdir. Dinləyicinin diqqətini canlı tutmağı məqsəd bilir. Türkcə də bənzər məqsədlərlə, danışanda şəxsi dəyişdirmək, təki cəm əvəzliyi ilə ifadə etmək üçün bu iltifatdan istifadə edilir. Hər dilin özünəməxsus iltifat sənəti olduğu üçün, türkçəmizə bunu olduğu şəkliylə axtara bilmirik. Bu səbəblə məalda keçən ifadəni olduğu kimi sözlü deyil, mahiyyəti etibarilə nə mənaya gəldiyi ifadə edilmişdir.
[21] Maidə 5/36.
[22] Nəml 27/13-14.
[23] كذب = feili, Quranda həm lazım/keçişsiz həm də mütəaddi/keçişli olaraq işlədilir. Laim olaraq işlədildiyi yerlərdə çox yalan söyləmək (Ənam 6/148; Yunus 10/39) mənasındadır. Mütəaddi olduğu yerlərdə isə yalanlamaq mənasındadır (Ali-İmran 3/184; Hicr 15/80; Şuara 26/176).
[24] Şədid kəliməsi üçün baxın: Ali İmran 3/4-cu ayənin dipnotu.
[25] Bədir döyüşündə müşriklər kafirlərin iki qatından çox idi. Amma onlara iki qat göstərildi ki, müşriklərlə döyüşməkdən çəkinməsinlər. Çünki, möminlərə özlərindən iki qat artıq düşmənlə döyüşmək əmri verilmişdi (Ənfal 8/65-66). Müsəlmanların Məkkə ordusu ilə karvan arasında qalması (Ənfal 8/42), düşmənin yuxuda Rəsulullaha az göstərilməsi (Ənfal 8/43), müsəlmanların üç min mələklə dəstəklənməsi (Ali-İmran 3/124), onların rahatlaması üçün o gün rahatlayıcı bir mürgüyə tutması, sərinlədici bir yağışın yağdırılması da (Ənfal 8/11) Allahın onlara olan yardımlarından idi.
[26] “Şaə” ( شاء ) feili “bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Allahın bir şey etməsi o şeyi var etməsi, insanın bir şey etməsi də o şey üçün lazım olan səyi göstərməsidir (“Mufrədat”). Allah, hər şeyi bir ölçüyə görə var edər (Qəmər 54/49, Rad 13/48). Allah hər kəsin doğru yolda olmasını istəyər (Nisə 4/26) amma təkcə doğru işlər görəni doğru yolda sayar (Nur 24/46). Buna görə “şaə” feilinin icraçısı bəndə olarsa “seçib etdi”, Allah olarsa, “seçib yaratdı” mənasına gəlir. Allah, insanlara seçimlərinə görə davranma hürriyyəti verməsəydi, heç kimsə yanlış bir iş görə bilməz və imtahan deyə də bir şey olmazdı (Nəhl 16/93, Yunus 10/99). Yanlış bir qədər anlayışını İslama yerləşdirmək istəyənlər, böyük bir təhrifə yol verərək şaə ( شاء ) feilinə hər yerdə iradə yəni “istəmək və diləmək” mənasını vermiş və bunu təfsirlərə hətta sözlüklərə belə yerləşdirərək, bir çox ayənin məalını pozmuşlar.
[27] Ayədə iki cinsdən təkcə qadın, dəyərli mədənlər içərisindən təkcə qızıl və gümüş, heyvanlar içərisindən təkcə at və ənam, bir çox qazancın içərisindən təkcə təsərrüfat məhsulları üzə çıxarıldığı kimi uşaqlardan da oğlan uşağı ön plana çıxarılmışdır. Bunun da səbəbi insanların tarix boyu öz mirasının və ya nəslinin oğlan uşağından davam etdiyini düşünməsi ola bilər.
[28] Ənam; qoyun, keçi, inək və dəvə cinsinə deyilir (Ənam 6/143-144).
[29] Müttəqi, günahlardan çəkinərək təbii halını qoruyan şəxsdir.
[30] İstiğfar, “söz və davranışla məğfirət tələb etmək”dir. Məğfirət isə, Allahın, bəndəsini əzabdan qorumasıdır (Müfrədat). “Başı qoruyan zirehli dəbilqə” mənasındakı “miğfər” sözü də eyni kökdəndir.
[31] Allahın varlığı və birliyi məsələsində heç kimin şübhəsi yoxdur. İlah sayılanlar, Allah ilə araya qoyulan vasitələrdir. Heykəllərin ilah olmadığı məlumdur və heç kim onların ilah olduğunu müdafiə etmir. (Ənbiya 21/52-56). İnsanların Allah ilə araya qoyduğu vasitələrin ilah sayılması isə, onlara Allaha aid səlahiyyətlərin verilməsilə olmuşdur ki, bu səlahiyyətlərdən bəziləri; dində hökm vermə, halal-haram qoyma, ayəni nəsx etmə, bəşərüstü güc və bilikləri ehtiva etmə kimi halların verilməsi, ikinci bir ilah qəbul etmə mənasına gəlir.
[32] İslam, təslim olmaq deməkdir. Allaha təslim olana “müslim”, dilimizdəki ifadəsilə “müsəlman”deyilir. Bütün nəbilər insanları İslama çağırmışlar (Ali-İmran 3/81).
[33] Bu bilik, əvvəlki kitabları təsdiq edən yeni kitabın yəni Quranın gəlməsi ilə əlaqəlidir (Ali-İmran 3/81)
[34] Bəqərə 2/213; Şura 42/14; Casiyə 45/17.
[35] Bu ayəyə görə ümmilər, özlərinə ilahi kitablar verilməmiş olanlardır. Quranın nazil olduğu dövrdəki Məkkə cəmiyyətinə ümmi deyilməsi də əllərində ilahi kitabın olmamasındandır. İnandıqları ilahi kitabın mahiyyətini bilməyənlərə də ümmi deyillir (Bəqərə 2/78).
[36] Maidə 5/67.
[37] قتل = Qatələ feilinin kök mənası öldürməkdir amma etibarsızlaşdırma mənasına da gəlir (Müfrədat). Ayədə həm nəbiləri həm də doğruluqdan ayrılmamasını istəyənləri etibarsızlaşdırmaq üçün görülən davranışın geniş zaman zərfində ifadə edilməsi, bu işin həmişə görüldüyünü göstərir. Müsəlmanlar, nəbi və rəsul kəlimələrinin nə mənaya gəldiyinə diqqət etmədikləri üçün, nəbinin hər sözünü vəhy qəbul etmiş və onu nümunə alınacaq bir şəxsiyyət olmaqdan çıxarmış, bir növ ilahlıq məqamına gətirmişlər. Bu, bizdən əvvəlki din mənsublarında da görülən faicədir.
[38] Onlara istinad edilən bəzi sözlərlə həm onların şəxsiyyətini öldürməyə həm də müsəlmanları yoldan çıxarmağa çalışırlar. Əli, Ömər və İbn Abbas, (Allah onlardan razı olsun) ən çox iftiraya məruz qalanlardandır.
[39] Yəhudilərin bu iddiaları Tövrata əsaslanmamaqdadır. Bu iddia, onların “Sözlü Tövrat dedikləri “Talmud”da yer alır. Ənənə dini mənsublarının Qurandan əlavə mənbələrindən olan “hədis” qeyri mətluvun qarşılığıdır. Talmuda görə “Pislərin cəhənnəmdəki mühakiməsi 12 ayda tamamlanır. Bu müddət içində günahlarının qarşılığı ödənmiş olur.” (TB, Shabbat 33b).
[40] Bəqərə 2/80.
[41] شاء = Şaə feili ilə əlaqəli Bəqərə surəsi 20-ci ayənin dipnotuna baxın.
[42] Gecə ilə gündüz, günəş və ay kimi öz oxu ətrafında fırlanan varlıqlardır (Yasin 36/40). Dünyanın günəş arasındakı bucağın daim dəyişməsi, gecə ilə gündüzün uzanıb qısalmasına səbəb olur. Gecə gündüzün içinə girəndə gecə qısalır, gündüz uzanır. Gündüz gecənin içinə girəndə də gecə uzanır, gündüz qısalır. Kosmosdan çəkilən şəkilləri incələyənlər gecə ilə gündüzün, həmişə olduğunu görə bilərlər (Həcc 22/61; Loğman 31/29; Hədid 57/6).
[43] Dininizdən ötrü öldürməyə təşəbbüs etməmiş, bizi yaşadığımız yerdən çıxarmamış və ya çıxaranlara köməklik göstərməmiş kafirlərlə dostluq etmək qadağan deyildir (Mümtəhinə 60/8-9). Dostluq etməkdəki qadağa, Mümtəhinə surəsinin 1-ci və 9-cu ayəsində düşmənlik edənlərlə əlaqəlidir.
[44] Ayədə keçən “تُقَاةً” “qoruma” mənasına gəlir (Lisanul-Ərəb). Bu məsdərdən əmələ gələn təqiyyə kəliməsi “açıq və ehtimal təhlükədən qorunmaq məqsədilə inancını gizlənməsi” olaraq tərif edilmişdir. Can təhlükəsi olanda insanın qəlbindəkini gizləməsilə əlaqəli ayə belədir: “Qəlbi imanla dolu olduğu halda (küfrə) məcbur edilən istisna olmaqla, kim iman etdikdən sonra Allahı inkar edər və qəlbini küfrə açarsa, onlara Allahdan bir qəzəb gələr. Onlar üçün böyük bir əzab vardır.” (Nəhl 16/106).
Belə bir rüxsətin dəlili nəbimizin Ammar b. Yasirə verdiyi tövsiyədə də görülməkdədir: Ammar b. Yasiri Məkkədə müşriklər tərəfindən ana-atasıyla bərabər tutulur. Onlara Muhəmməd əleyhissəlamın gətirdiyi dinə inandıqları üçün əziyyət edirlər. Nəticədə ana-atasını Ammarın gözü önündə öldürüb şəhid edirlər. Bunu görən Ammar, müşriklərin işgəncələrinə tab gətirə bilmir və onların istəyi kimi; Muhəmməddən xoşu gəlmədiyini, Lat və Uzza adındakı ilahlarını tərif edir. Ammarı sərbəst buraxırlar və o da birbaşa Muhəmməd əleyhissəlama gəlib başına gələnləri danışır: “Mən həlak oldum ey Allahın elçisi! deyəndə, peyğəmbər ondan soruşar: “Qəlbin buna nə deyir?” Ammar cavab verir: “İmanla dolu!”. Bunun üzərinə peyğəmbər: “Əgər bir daha səni tutarlarsa eyni şəkildə davran” deyir. (İbn Sad, Tabaqat, c. III, s. 249.)
Lakin Şiə, bu rüxsəti bir əzimətə çevirib, əqidədə əsla tərk edilməyəcək bir fərzə çeviriblər. Şiə bunu artıq dinlərinin ana prinsiplərindən biri halına gətirib, ölüm təhlükəsi kimi istisna hallarında deyil, ümumi olaraq düşməni olaraq gördüyü hər yerdə tətbiq yoluna getmişlər. Nəticədə bir müsəlmanın Quranda təqva olaraq gördüyü bir çox şeyi Şiə, təqiyyə olaraq görməyə başlamışdır. Məsələn, peyğəmbər təqiyyə ilə əlaqəli belə dediyini iddia edirlər: “Təqiyyə, mənim və atalarımın dinidir; təqiyyəsi olmayanın dini, imanı da yoxdur. Dinin onda doqquzu təqiyyədir. Siz, Allahın dini üzərəsiz. Hər kim bunu gizlədərsə, Allah onu əziz edər. Hər kim də bunu açığa vurarsa, Allah onu zəlil edər.” (Küleyni, əl-Kafi, “Babut-Takiyye”, c. II. s. 220.)
İmam Əliyə isə belə bir söz istinad edərlər: “Təqiyyə, möminin ən fəzilətli əməlidir. Təqiyyəsi olmayanın dini də yoxdur.” (Küleyni, e.q.ə., c. II/220) Nəticə etibarilə, Yəhudilikdə olan və insan şəxsiyyətinə zidd Kriptoculuq/gizliliyin həddi aşan bir versiyonu Şiəlikdə mövcuddur.
[45] İçimizdən hər şey keçə bilər. Biz, içimizdən keçirdiklərimizdən deyil, içimizə yerləşdirdiyimiz şeylərdən məsuliyyət daşıyırıq (Bəqərə 2/284).
[46] Yusuf 12/108; Əhqaf 46/9.
[47] Rəsul (رسول), birinə göndərilən söz mənasına gəldiyi kimi “o sözü çatdırmaq üçün göndərilən elçi” mənasına da gəlir (Müfrədat). Allahın elçilərinin vəzifəsi, Allahın sözlərini insanlara çatdırmaqdır. Bu səbəblə Quranda keçən Allahın rəsulu (رسول اللّه) ifadələrində əsl vurgu ayələrədir. Elçi aramızda olmadığı üçün hazırda əsl muxatəb Qurandır (Əli-İmran 3/144) Rəsul kəliməsinə əlavə olaraq “onun gətirdiklərinə” ifadəsinə buna görə yer verilmişdir (Maidə 5/67, Nəhl 16/35).
[48] Ayədəki مُحَرَّر =muharrar, hür olaraq, yəni ailəsinə və başqa bir yerə məxsus olmadan yalnızca sırf bir şeyə aid olmaq mənasındadır.
[49] Deməli, bir oğlan uşağı olacağını düşünmüşdü. Yəhudi cəmiyyətində məbəd xidmətçiləri (kahinlər) və elm adamları (hahamlar) kişilərdən olur. İmranın arvadı da oğlan uşağı düşüncəsiylə uşağını nəzir etmək istəmişdi. Ancaq qız uşağı olduğunu görüncə adağını/nəzirini necə yerinə yetirəcəyini bilmədiyi üçün belə bir təəccüb ifadəsi işlətmişdir.
[50] Məryəm anamızı bitkiyə bənzətmə səbəbi: Bitkilər digər canlılar kimi hərəkət edib gəzməz və torpağa bağlı qalaraq yaşayırlar. Ehtiyacları olan torpaq, su və hava olduqları yerdən qarşılanır.
[51] Mehrab, otaq və insanların toplandığı yer və s. mənalarına gəlir (Lisanul-Ərəb) Məryəm 19/11.
[52] İstər maddi istərsə mənəvi olsun, insanın ehtiyaclarını təmin edən hər şeyə ruzi deyilir. (Bəqərə 2/22; Hud 11/88; Həcc 22/58).
[53] Bu söz, Allahın “ol” əmridir (Ali-İmran 3/47, 59). O əmr, Məryəmin bətnində İsanın atasız olaraq yaranması əmridir.
[54] Zəkəriyya əleyhissəlam, özündən sonra yerinə keçəcək bir övlad istəməkdədir. Ancaq arvadı qısır, özü də çox qocaldığı üçün bu uşağı, Məryəmin evlənib uşaq sahibi olmasını gözlədiyi anlaşılır. Gözlədiyi uşağın öz uşağı olacağı müjdələnəndə, heyrətə düşdüyü görülür (Məryəm 19/1-9).
[55] Burada “işarət dili” olaraq ifadə edilən ünsiyyət şəklinə Məryəm 19/11-ci ayədə “vəhy” deyilmişdir. Çünki, vəhyin bir mənası da budur (Müfrədat).
[56] “Rüku edənlərlə bərabər rüku et!” yəni, namazını camaatla qıl. “Rüku edənlər” ifadəsi, Ərəb dilində hər iki cinsə də şamildir. Məryəm əleyhissəlama verilən bu əmr, qadınların da camaatla namaz qılacağının açıq dəlilidir.
[57] Var olduğu halda hiss orqanlarından uzaq olana və ya insanın bilmədiyi şeylərə “qeyb” deyilir (Müfrədat).
[58] Çubuq deyə tərcümə etdiyimiz “qələm” kəliməsi Ərəbcə “sərt bir şeydən qoparılan parça” mənasına gəlir (Müfrədat).
[59] Bu söz, Allahın “ol” əmridir (Ali-İmran 3/47, 59). O əmr, Məryəmin bətnində İsanın atasız olaraq yaranması əmridir.
[60] Ənənədəki inanca görə nəbilərin ismət sifəti vardır yəni günahdan qorunmuşlardır. Halbuki heç bir nəbi, günahdan qorunmuş deyildir. Onlar günahlardan öz səyləri ilə qorunaraq insanlara nümunə olmuşlar (Nisa 4/172-173; Zümər 39/65-66).
[61] Maidə 5/110; Məryəm 19/29-33.
[62] Bunlar, İsa əleyhissəlamın sahib olduğu xüsusiyyətlərdir. Əslində hər insan ən gözəl xüsusiyyətlərlə yaradılır (Tin 95/4-5).
[63] Hikmət, Allahın kitabından doğru hökm çıxarma və həll yolunu tapma qaydasıdır.
[64] Tövrat və İncil, eyni Quran kimi içərisində hikmət ehtiva edən kitablardır. Bu səbəblə bunlar, kitab və hikmətin atfı təfsiri yəni açıqlamalarıdır.
[65] Yaratma iki cürdür. Biri, yoxdan var etmək (Ənam 6/101). İkincisi, bir şeydən başqa bir şeyi istehsal etməkdir. Bu cür yaratmağa insanlar da qadirdir. İsa əleyhissəlamın gördüyü iş, ikincisinə daxildir (Möminun 23/14).
[66] Matta İncilində İsaya aid belə bir söz keçər: “Müqəddəs qanunu (Tövratı) ya da elçilərin sözlərini etibarsız etmək üçün gəldiyimi sanmayın. Mən, etibarsız etməyə deyil, etibarı tamamlamağa gəldim. Sizə düzünü deyim, göy və yer ortadan qalxmadan, Müqəddəs qanundan kiçik bir hərf ya da nöqtə belə əksilməyəcək. Bu səbəblə, bu əmrlərin ən kiçiyindən birini kim pozar və başqalarına o qaydada öyrədərsə, göylərin hökranlığında ən kiçik sayılacaq. Amma bu əmrləri kim yerinə yetirər və başqalarına öyrədərsə, göylərin hökmranlığında böyük sayılacaq” (Matta 5/17-19).
[67] Yəhudilərə xüsusi olaraq nəyin haram edildiyini görmək üçün Ali-İmran 93-cü ayənin dipnotuna baxın.
[68] İncildə həvarilərin sayı on ikidir. Bunlardan İsaya xəyanət edən Yahuda İskayotdur (Matta 10/2-4).
[69] “Plan qurma” deyə tərcümə etdiyimiz المكر =məkr, birini hədəfindən çevirmə mənasındadır (Müfrədat). İnsan və cin şeytanları, insanı doğru yoldan çevirmək üçün planlar qurar. Bu, onların məkridir. Uca Allah, onların planlarından xilas olma yollarını göstərir ki, bu da Allahın məkridir (Tövbə 9/115).
[70] Vəfat, Zümər 42-ayədə də ifadə edildiyi kimi, işi bitən ruhun bədəndən ayrılmasıdr. Allah ruhu iki şəkildə vəfat etdirir, biri yuxuda digəri də öldüyü vaxt.Yuxuda olan insanın ruhu, oyananda, ölənin ruhu da bədən yenidən yaradılanda geri dönər (Möminun 23/100; Təkvir 81/7). İsa əleyhissəlam, ruhu ayrıldıqdan sonra ilk danışığı axirətdə olacağı üçün (Maidə 117), bu ayədəki vəfat, onun öldüyünü və bir daha dünyaya təkrar gəlməyəcəyini göstərir.
[71] Ölən hər insanın ruhu göyə yüksəlir ancaq göy qapıları kafirlərə açılmaz (Əraf 7/40).
[72] Qiyamət sözü, ayağa qalxmaq və qalxış deməkdir. Qiyamət günü, insanların yenidən dirilib qəbirlərindən qalxdığı gündür.
[73] Şədid kəliməsinə verilən məna üçün baxın: Ali-İmran 3/4.
[74] Dərmək, seçib toplamaq, bir araya gətirməkdir. Bu, ərəb dilindəki tilavətin kök mənasıdır (Məqayis). Qurani Kərim, Uca Allahın ilk insandan bəri nazil etdiyi ayələrin Allah tərəfindən hazırlanan son dərləmə kimidir. Allah, əvvəlki kitabların əsas hökmlərini son kitabında olduğu kimi qorumuş və belə demişdir: “Allah Nuha nə əmr etmişsə onu, sizin üçün bu dinin qaydası (şəriəti) etdi. Sənə vəhy etdiyimiz, İbrahimə, Musaya və İsaya əmr etdiyimiz budur: “Bu dini ayaqda tutun və bir birinizdən ayrı düşməyin” (Şura 42/13).
Allah, əvvəlki kitabların bəzi hökmlərini Qurana almamış və belə demişdir: “Ey kitab əhli! Kitabda gizlədiyiniz bir çox şeyi sizin üçün ortaya çıxaran,bir çoxuna da toxunmayan elçimiz/kitabımız gəldi. Sizə Alladan bir nur və açıq bir kitab gəldi” (Maidə 5/15). Əvvəlki kitabda olan bəzi hökmlər isə daha yaxşısı ilə dəyişdirilmişdir. Məsələn, Müsəlmanlar ilk öncə orucu, əvvəlki ümmətlər kimi tutduğu halda (Bəqərə 2/183) daha sonra bəzi asanlıqlara gedilmişdir (Bəqərə 2/187).
[75] Bu ayəyə görə İsanın atasız dünyaya gəlməsi, Kilsənin iddi etdiyi kimi onun ilah olmasına gətirib çıxarmaz. Adəmin də atası yoxdur. İsanın anası Məryəm, Adəmin anası isə torpaqdır (Nuh 71/17; Səcdə 32/7-9; Müminun 23/12-14).
[76] Şura 42/15-16.
[77] Nəcran Xristianlarından bir heyət, Hicri 9-cu ildə (Miladi 631) Mədinəyə gəlib Nəbimizlə görüşdü. Ayələri görüb inkar edincə, bu ayə nazil oldu.
[78] Əllərində Qurandan əvvəl nazil olmuş bir kitab olan cəmiyyətlər üçün iki fərqli ifadə işlədilir. Bunlardan biri “əlləzinə utul-Kitab” digər ifadə isə “əhli-Kitab”dır. “Əhli-Kitab”, əllərində Allahın kitabı olan cəmiyyətlər içərisində, kitablar üzərində mütəxəssisləşmiş, alim insanları ifadə etmək üçün işlədilir. Bunlar Allahın ayələrini, doğruluğuna şahidlik edəcək dərəcədə öyrənmiş, həqiqətləri və onları necə gizlədəciyini bilən insanlar üçün həmişə əhli-Kitab kəliməsi işlədilməkdədir (Bəqərə 2/109; Ali-İmran 3/70,71,98,99; Maidə 5/15)
[79] “Allahdan başqa heç bir şeyə” ifadəsi, hər hansı canlı ya da cansız varlıqlara qul olmağı qadağan etdiyi kimi, hər hansı bir ideologiyaya belə qul olmağı qadağan etməkdədir. Hər hansı bir insanın sözünə qeydsiz şərtsiz tabe olmaq, Allahı ya da Onun sözünü ikinci plana atıb həmin insana qul olmaq deməkdir. Quranda bildirilən açıq ayələrə baxmayaraq, din xadimlərinin sözlərinə, fətvalarına qeydsiz şərtsiz tabe olmaq, onları ilah ya da rəbb hesab etməkdir ki, bu da insanı şirkə yuvarlayır (Furqan 25/43; Casiyə 45/23).
[80] Vəli, cəmi “əvliya, övliya”dır. Araya başqa heç bir şey girməyəcək tərzdə bir birinə yaxın olan iki şeydən hər birinə deyilir. Buradan hərəkətlə qohumluq, dostluq, köməklik və inanc yönündən ortaya çıxan yaxınlıq da məcaz olaraq bu kəlimə ilə ifadə edilir (Müfrədat). İnsana sinir hüceyrələrindən yaxın olan Allah, onun vəlisi yəni ən yaxınıdır (Kaf 50/16). Ayələr açıq-aşkar olduğu halda təriqətçilər bir vəlayət məqamı icad edir, o məqama vəli və ya evliya deyə qəbul etdikləri şəxslər yerləşdirilərək onlar bir vəsilə/vasitəçi olaraq görülür. Beləliklə Allah ikinci sıraya qoyulur və tövbə edilmədiyi təqdirdə əsla əfv edilməyəcək şirk günahına girilmiş olur. (Bəqərə 2/257, Nisa 4/48,116, Əraf 7/3,30, Səcdə 32/4, Əhqaf 46/4-6).)
[81] Şahidlik ya görərək ya da bəsirətlə olur. Züleyxa, Yusifin özünə ilişdiyini iddia edəndə Yusif bunu rədd edər: Yusif dedi: “O məni yoldan çıxartmaq istədi!” (Züleyxanın) qohumlarından biri belə şahidlik etdi: “Əgər Yusifin köynəyi qabaqdan cırılmışsa, deməli, (Züleyxa) doğru deyir, o isə yalançılardandır.” (Yusuf 12/26). Buradakı şahid, hadisəni görən deyil, cinayətdə mütəxəssis olan biridir. Əhli-Kitab/kitablarında mütəxəssis olanlar da Quranı, Tövrat ilə qarşılaşdıranda onun Allahın ayələrindən ibarət olduğuna şahid olurlar.
[82] Bəqərə 2/42.
[83] Bunlar, təşkilatlı şəkildə səhər mömin, axşam da kafir olduqlarını dilə gətirirdilər. Belə davranmalarına baxmayaraq onlara hər hansı bir cəza tətbiq edilməmişdir Qurandakı din hürriyyəti budur (Bəqərə 2/256)
[84] Bu, bir məcazdır. Məcaz, bir həqiqəti sözün əsl mənasının xaricində anlatma sənətidir.
[85] Uca Allah, insana lütfün də bəlanın da nə olduğunu göstərib. İnsan, hansına çalışarsa onu Allahdan əldə edər.
[86] Dinar, Rəsulullah (s.a.v.) dövründə pul kimi istifadə edilən Bizans qızılıdır. Bu pullardan bu gün İstanbul arxeoloji muzeylərində olanların ən ağırı 4.35 qramdır.
[87] Yəhudilər də Xristianlar da özlərini çox üstün tutur və özlərindən olmayanlara dəyər verməzlər (Bəqərə 2/111, 113, 135).
[88] قليل = qalil, bir şeyin az və müvəqqəti olduğu mənasına gəlir (Məqayis).
[89] Bəqərə 2/79.
[90] Zümər 39/65; Haqqa 69/44-46.
[91] Uca Allah, bu ayədə nəbilərə, rəsula inanmaq və ona dəstək olmaq əmri vermişdir. Nəbi və rəsul qavramlarının yaxşı başa düşülməsi yönündən bu, çox mühümdür. Rəsul, “Birinə göndərilən söz mənasına gəldiyi kimi, o sözü çatdırmaq üçün göndərilən elçi mənasına da gəlir (Müfrədat). Allahın elçilərinin əsas vəzifəsi, onun sözlərini insanlara çatdırmaqdır. Bu səbəblə Quranda keçən Allahın rəsulu sözləri ilə əsl qəsd olunan şeyin təbliğ etdiyi ayələr olduğu açıqdır. Bu ayədəki “yanınızda olanı təsdiq edən bir rəsul” ifadəsinin bir bənzəri Bəqərə 101-də “yanlarında olanı təsdiq edən bir rəsul” şəkildə keçər. Ayələri bir bütünlük içərisində oxuduğumuz zaman rəsul sözünün əsasən kitab mənasında olduğunu görməkdəyik.
[92] İsr, gələcək bir nəbiyə inanmaq vəzifəsidir. Son nəbimizlə birlikdə isr yükü də aradan qalxmışdır (Əraf 7/157). Bəqərə 286-da etdiyimiz dua, bu lütfü xatırlatmaq üçündür.
[93] Tövratdakı ifadə belədir: “Onlara qardaşları (İsmail oğulları) arasından sənin kimi bir peyğəmbər çıxaracağam. Sözlərimi onun ağzından eşidəcəksiniz. Buyruqlarımın hamısını onlara bildirəcək. Adımla danışan bu peyğəmbərin çatdırdığı sözləri eşitməyəni Mən cəzalandıracağam.” (Təsniyə 18/18-19). İncildə də bu ifadələr keçər: İndi isə məni göndərənin yanına gedirəm. Sizə həqiqəti deyirəm, mənim gedişim sizin xeyrinizədir. Getməsəm, köməkçi sizə gəlməz… Sizə daha çox deyəcəklərim var amma indi bunlara qatlana bilməzsiz. Nə var ki, o yəni həqiqətin ruhu gələndə, sizi hər həqiqətə yönəldəcək. O özbaşına danışmayacaq, yalnız eşitdiklərini deyəcək və gələcəkdə olanları sizə çatdıracaq. O, məni ucaldacaq.” (İncil Yuhanna 6/5-14).
[94] Allahın nəbilərdən söz alması, onlara nazil etdiyi kitablar vasitəsilə ümmətlərindən söz almasıdır. Verdikləri bu sözə əsasən bu gün bütün ümmətlər, Qurana iman etməklə mükəlləfdirlər. Çünki Quran, əvvəlki kitabları təsdiq edər yəni onların Allahın kitabı olduqlarını təsdiq edər (Bəqərə 2/40-41, 91,101; Ali-İmran 3/3-4, 50; Maidə 5/48-49; Ənam 6/92; Fatır 35/31; Əhqaf 46/12; Saf 61/6-9). Bizim vəzifəmiz eyni zamanda təsdiq yönünü də irəli sürərək, insanları Qurana çağırmaqdır.
[95] Allahın qoyduğu təbiət qanunlarına hər kəs məcburi şəkildə boyun əyər. Ona ərəb dilində itaət deyilməz. İtaət, könüllü olaraq boyun əyməkdir. Allahın dininə könüllü olaraq boyun əyənlər, fitrətinə tabe olmuş və doğru yola girmişlər. Rum 33/30.
[96] Rad 13/15; Həcc 22/18; Füssilət 41/11.
[97] Göründüyü kimi bütün nəbilərə kitab verilmişdir. Ənənəvi din anlayışı isə bu ayədə deyilənin əksinə; hər Nəbiyə kitab verilmədiyini iddia edər.
[98] Allaha təslim olmaq, Onun kitabına tabe olmaqla olur. O kitablar, kiçik dəyişikliklər xaricində eyni mühtəvaya sahibdir (Ənbiya 21/24).
[99] Rəsul üçün baxın: Ali-İmran 3/32-ci ayənin dipnotu.
[100] Bəqərə 2/162; Ənam 6/8; Ənbiya 21/40.
[101] Tövbə edib, getdiyi əyri yolu tərk edən və yaxşı işlər görən insanların etdiyi günah nə olursa olsun Allah o günahı bağışlayar (Zümər 39/53).
[102] Bu tövbə/dönüş, ölmək üzərə olan insanın tövbəsidir (Möminun 23/99-100). Bunun misalı Firondur. (Yunus 10/90-91, Nəml 27/14). Ölüm gəlmədən tövbə edənin tövbəsi qəbul edilir (Nisa 4/17-18).
[103] Maidə 5/36; Yunus 10/54; Rad 13/18; Zümər 39/47.
[104] Mötərizədə yəhudiləri göstərməyimizin səbəbi, iddianın onlara aid olması ilə bağlıdır.
[105] Yəqub əleyhissəlamın ləqəbi İsraildir. Buna görə də onun nəslindən gələnlərə İsrail oğulları deyilir. Ənənə dini mənsubları, Tövratın təkcə Musa əleyhissəlama nazil olduğunu düşünürlər. Halbuki bu barədə Quranda heç bir dəlil yoxdur. Tövrat, İsa əleyhissəlama qədər İsrail oğullarının nəbilərinə verilən kitabların ümumi adıdır. Bu səbəblə İncilə, “yeni Əhd” də deyilir.
[106] Uca Allah: “Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. İnək və kiçik baş heyvanların da bel və bağırsaqlarına yapışmış olan piy və yağları haram etdik. Bu, azğınlıqları səbəbilə onlara verdiyimiz cəzadır” (Ənam 6/146). Azğınlıq səbəblərinin də nə olduğunu Nisa 160-161-ci ayələrində görə bilərsiz. Tövratda Yəhudilər, quruda yaşayan heyvanlardan təkcə cüt dırnaqlı olub, gövşəyən/gövşək qaytaran heyvanları yeyə bilərlər. Cüt dırnaqlı olmayan dəvə, dovşan və gövşəməyən donuz haramdır (Baxın: Təsniyə 14; Levililər 11).
[107] Bəqərə 2/135, 258; Mümtəhinə 60/4.
[108] Kəbə və ətrafı mühüm bir ticarət mərkəzidir. Həcc, can və mal təhlükəsizliyinin ən yüksək səviyyəyə gətirildiyi haram aylarda yerinə yetirilir (Bəqərə 2/197; Tövbə 9/36). Zülqadə 1-ci günündən 20-sinə qədər Ərafat yaxınlarında “Ukaz” yarmarkası, Zülhiccənin 1-ci günündən 9-cu gününə qədər Mina yaxınlarında “Zülməcaz” yarmarkası qurulur. Sonra Minaya gedərək, Həcc vəzifəsinə başlanır. İbrahim əleyhissəlamın nəslindən gələn Qüreyşlilər, Kəbəni ibadətə açıq tutdu (Tövbə 9/19). Muhəmməd əleyhissəlam da bu yarmarkalara qatılmış və insanları Allahaın dininə çağırmışdı.
[109] İlk qiblə Kəbədir. Qiblə, Beytülməqdisə Süleyman əleyhissəlam zamanında (Tövrat, I Krallar 8/28-30, II Tarixlər 6/19-21), son Nəbi Muhəmməd əleyhissəlam dövründə yaşayanlar üçün bir imtahan olsun deyə dəyişmişdir (Bəqərə 2/142-150).
[110] İnsanlar üçün qurulan ilk Beyt, Bəkkədədir. Bəkkə, əkin bitməyən bir vadidir (İbrahim 14/37). Tövratda oraya Bəkkə Vadisi deyilir (Məzmurlar 84/4-7). Bəkkə deyilməsi, bir birini əzəcək şəkildə meydana gələn izdiham səbəbilədir (Müfrədat). Həcc ibadəti əsnasında bi izdiham; Ərafat, Müzdəlifə, Mina, Kəbə, Səfa və Mərvədə yaranır. Bəkkə vadisinin içində yer alan şəhərin adı Məkkədir. Məkkə üçün “Məscidi Haram” ifadəsi də işlədilir (Tövbə 9/7). Kəbəyə də beyt deyilir (Bəqərə 2/127; Maidə 5/2, 97).
[111] Zənn edildiyi kimi “Məqamı-İbrahim”, Kəbənin yanında qorunan 50 cm uzunluğundakı daş deyildir. Məqam, durulan yer və ya yerlər deməkdir ki, bu yerlər İbrahimin ibadət üçün durduğu yerlərin işarələridir. Bunlar; Ərafat, Müzdəlifə, Mina, Kəbə, Səfa və Mərvədir. Həcc ibadəti buralarda yerinə yetirilir. Nuh tufanında Kəbə yıxılmış, həcc ibadətinin yerləri unudulmuşdu. İbrahim əleyhissəlam, Kəbəni yenidən inşa edincə: “Bizə həcc ibadətini yerinə yetirəcəyimiz yerləri göstər” (Bəqərə 2/128) deyə dua etmiş, Allah da göstərmişdi. Nuh tufanından sonra ilk həcci o yerinə yetirdiyi üçün “Məqamı-İbrahim” onun həcc ibadəti üçün durduğu yerlərə “Məqamı İbrahim” adı verilmiş və insanlar o yerlərin haralar olduğunu ondan öyrənmişlər.
[112] Əyrilik deyə ifadə etdiyimiz عوج = ivəc, çox diqqət etmədikcə bilinməyəcək bir əyrilikdir (Müfrədat). Bəzi din xadimləri, insanları Allah yolundan azdırmaq üçün, doğrulara çox yaxın görünən əyriliklərə baş vururlar. Bu səbəblə ən təhlükəli əyrilik, doğruya ən çox bənzəyəndir.
[113] “Sıradi-Müstəqim” doğru yolda olmaq, Allahın kitabına sarılmaqla mümkündür (Bax: Zuxruf 43).
[114] Hər insan, uşaq yaşlarından etibarən yetkinlik çağına çatana qədər əldə etdiyi müşahidələr və gördüyü əsərlərlə, kainatın sahibinin uca yaradan olduğunu anlayır. Belə ki, Quranda ifadə edildiyi üzrə, Allahın ona: “Mən sənin Rəbbin deyiləmmi?” (Əraf 7/172) dediyinə şahid olur. Hər bir insan, Allahın kitabı ilə qarşılaşırsa, öz biliyi və təcrübəsilə onun, Allahın kitabı olduğunu idrak edər. Öz fitrətini qoruyan ona inanır. Amma öz mənfəətlərini ilk sıraya alan, ayələri görmək istəməz və bilərəkəyri yola düşər. Bu, onun yoldan çıxmasıdır (Rad 13/25).
[115] “Həblullah/Allahın ipi” ifadəsinə Quran deməyimizin səbəbi bu ayələrdir: “Sən, sənə vəhy olunana/Qurana sarıl! Çünki sən doğru yoldasan. O, həm sənin üçün həm də xalqın üçün doğru bilikdir. Ondan hesaba çəkiləcəkdiniz” (Zuxruf 43/43-44) Əlavə olaraq, Nisa 4/146, 175; Ənam 6/155; Əraf 7/3; Zümər 39/55. Nəbimiz belə demişdir: “Quran, Allahın sağlam ipidir” (Tirmizi, Fəzailul-Quran, hədis: 2906).
[116] Ənam 6/159. Demək ki, birlik olmaq istəyən sadəcə Allahın kitabına sarılmalıdır.
[117] Zikrə bu cür tərcümə etməyimizin səbəbi: Zikr, əlaqələri ilə birlikdə düşünülüb öyrənilən doğru biliyi istifadəyə hazır tutmaq, ağla gətirmək və ya söyləməkdir (Mufrədat). Doğru biliyin mənbəyi, Allahın ayələridir. Allahın ayələri isə iki cürdür; Allahın yaratdığı ayələr (təbiət) və nazil etdiyi ayələr (Quran). Hər ikisindən əldə edilən doğru bilik zikirdir (Ənbiya 21/24, Ənam 6/80). İnsanı ancaq bu bilik rahatladır (Rad 13/28). Allahı zikr etmək; onu, kitabını və yaratdığı ayələri diqqətə almaq, ağıldan çıxarmamaq və onların üzərində düşünməkdir. İnsan bunlardan bildiyi qədəriylə məsuliyyət daşıyır (Bəqərə 2/209).
[118] Ənam 6/159; Rum 30/32.
[119] Küfr, örtmək; kafir, örtən deməkdir. Allahın hər şeyin sahibi və yaradıcısı olduğunu, qoyduğu qanunlara tabe olmaq lazım olduğunu bilməyən yoxdur. İnsanın həyat tərzi o qanunlara tərs düşərsə, tabe olmaq çətinləşir və onlara göz yummağa başlayır. Belələri, üstünü örtdüyü imanın özünə yetdiyini, amma Allaha təslim ola bilmədiyini düşünür (Hicr 15/2-3).
[120] Əraf 7/159, 181.
[121] Mümtəhinə 60/8-9.
[122] Tövbə 9/4, 7.
[123] Bəqərə 2/61.
[124] Bunlar, Muhəmməd əleyhissəlama bir çox iftiralar ataraq, onun nəbiliyini öldürməyə çalışmaqdadırlar (Ali-İmran 3/21).
[125] Gecə, 3 bölümdən ibarətdir. Birinci və ikinci bölümü alaqaranlıqdır. İkisinin ortası və ən uzun bölümü, gecənin ortasıdır. Axşamın alaqaranlığının birinci bölümü axşam, ikinci bölümü isə işa/xüftən vaxtıdır. Gecənin sübhə qədər olan bölümü isə, təhəccüd namazının vaxtıdır. Sübhdən günəş çıxana qədər olan vaxt, sübh namazı vaxtıdır. (Müzzəmmil 73/20; Hud 11/114; İsra 17/78-79; Ta-ha 20/130)
[126] Bənzər ayə: “Gecənin bir qismində ona səcdə et (namaz qıl). Gecənin uzun bölümündə də ona ibadət et” (İnsan 76/26).
[127] Qələm 68/17-33.
[128] Bəqərə 2/75.
[129] Ənam 8/43-44.
[130] İltifat, baxın: Ali-İmran 3/9-cu ayənin dipnotu.
[131] Uca Allah, elçilərinə ancaq sözlərini çatdırmaq (təbliğ), açıq izah (bəyan) və xəbərdarlıq vəzifəsi vermişdir. Heç bir elçinin kimisə qorumaq vəzifəsi yoxdur (Ənam 6/107; Şura 42/48, Hud 11/12.
[132] Hər faizin qatlanaraq artma xüsusiyyəti var. Məsələn %5 faizlə alınan borc vaxtında ödənməzsə, onun faizi qatlanaraq artar və bir müddət sonra ana sərmayəni keçər.
[133] Rəsul kəliməsinə verilən məna üçün baxın: Ali-İmran 3/32-ci ayənin dipnotu.
[134] Məğfirət üçün baxın: Ali-İmran 3/16.
[135] “Özlərinə zülm”, yəni özünə qarşı edilən hər cür haqsızlıq. İnsan, daha çox özü-özünə haqsızlıq edər. Bu səbəblə, “bir insanın ən böyük düşməni elə özüdür” demişlər.
[136] Sünnə, bütün nəbilər üçün müəyyən etdiyi yolu, sıradi-müstəqimi ifadə edər (Əhzab 33/38). Bu qavram, üç ayədə sünnətullah/Allahın sünnəsi olaraq keçər (Əhzab 33/38, 62; Fəth 48/23).
[137] Dünyanı gəzən, tarixçilər və arxeoloqlar, keçmişdə olanları necə və hansı səbəblərdən həlak olduqlarını yaxşı bilərlər.
[138] “Müttəqi” özünü qoruyan şəxsdir (Lisanul-Ərəb). Belə birisi yanlış işlərdən öz fitrətini qoruyur. Hər hansı varlığı Allaha bərabər tutmaz (Nisə 4/48, 116-121). Quran ilə qarşılaşınca onu özünə rəhbər tutur. Həmişə dürüst və fədakar olmağa çalışır (Bəqərə 2/177, Zümər 39/32-33).
[139] İnanmaq, güvənməkdir. Allahın varlığına və birliyinə hər kəs inanır. Ancaq insanların çoxu, mənfəətlərinə tərs düşən şeylərdə Allahı, Onun buyruqlarını ikinci sıraya qoyar və imtahandan keçməz. Allahın əmrlərinə tabeçilik göstərmədəki güvənsizlik, imansızlığın dəlilidir. Ayədə ifadə edilən iman kəliməsinə bu nəzərlə baxılarsa, verilən mesaj daha doğru anlaşılar.
[140] Cihad (جهاد), düşmənin, şeytanın və ya arzu və həvəslərinin təsirinə düşmədən Allahın əmrinə tabe olmaq üçün aparılan hər cür mübarizədir (Müfrədat). Allah yolunda savaş, cihadın ən mühüm bir parçasıdır.
[141] Bəqərə 2/155, 214; Tövbə 9/16; Nur 24/47-50; Ənkəbut 29/2; Qiyamət 75/36.
[142] Şükür, qədr-qiymət bilmək və edilən yaxşılıqları qarşılıqsız buraxmamaqdır. Buna, vəzifəsini yerinə yetirmək də deyə bilərik.
[143] Vəli, “yaxın, sahib, himayəçi, yoldaş, yol göstərən, qoruyucu” kimi bir çox mənalara gəlir. Vəli kəliməsi üçün Bəqərə 107-ci ayənin dipnotuna baxın.
[144] Bu ayə, hər kafirin eyni zamanda müşrik olduğunu da göstərməkdədir.
[145] Mübahisəyə səbəb olan əmr bu idi: “Ey inanıb güvənənlər! Kafirlərlə döyüş meydanında qarşılaşanda olmaya arxanıza dönüb qaçasız. Yenidən döyüşmək üçün bir bir kənara çəkilmək ya da bir birliyə qatılmaq xaricində kim o gün arxasını çevirirsə, Allahın qəzəbinə düçar olar. Onun yeri cəhənnəmdir. O, necə də pis dönüş yeridir.” (Ənfal 8/15-16).
[146] Bunlar münafiqlərdir (Tövbə 9/47-48).
[147] Oxşar hadisə Bədirdə baş vermişdi. Amma Allah əvvəlcədən zəfər sözü verdiyi üçün (Rum 30/1-5) onlara qalibiyyət bəxş etmişdi (Ənfal 8/67-69).
[148] Allah sizi, hər şeyinizi itirəcək vəziyyətə saldı ki, daha sonra az zərərlə xilas olmağınıza sevinəsiniz. Ölümü göstərdi ki, yaraya razı olasız.
[149] “Cahiliyyə” termini, Ərəblərdə İslamdan qabaq dini həyat tərzini ifadə üçün işlədilirdi. Bu kəlimə eyni zamanda insanların və cəmiyyətlərin günah və üsyanlarını ifadə edər.
[150] Bağışlanma üçün baxın: Ali-İmran 3/16-cı ayənin dipnotu.
[151] Uhud döyüşünə çıxış əsnasında peyğəmbərimizə qarşı edilən xəyanətin yükü çəkiləcək kimi deyildi. Bəzisi döyüşə çıxmadı (Ali-İmran 3/167-168), bəzisi də yola çıxandan sonra geri döndü (Ali-İmran 3/155). Döyüş başladıqdan sonra isə düşmənə zərbə endirilib geri çəkilməyə məcbur edildiyi əsnada hələ düşməni tam təsirsiz hala salmadan, qənimət toplama qadağasını (Muhəmməd 47/4) qulaqardına vurararaq bir çoxu qənimətə yönəldi (Ali-İmran 3/152). Bu fürsəti dəyərləndirən düşmən geri döndü və müsəlmanlar bu dəfə məğlub oldular. Hər kəs özünü qurtarmağa çalışdı. Peyğəmbəri tək başına buraxıb dağa dırmaşdılar. (Ali-İmran 3/153). Sonra da onun qənimət malını mənimsədiyi iddiaları ortaya atıldı (Ali-İmran 3/161). Amma o, bunlara baş qoşmadan, çevrəsindəkilərə yumşaq davranmağa davam edərək ideal bir nümunə göstərdi.
[152] Özlərini müsəlman olaraq göstərənlər, peyğəmbərimizin xalqın malından oğurladığını iddia edirlər. Ətraflı məlumat üçün bir üstdəki dipnota baxın.
[153] Qiyamət günü, insanların yenidən dirilib qəbirlərindən qalxdığı gündür.
[154] Müsəlmanlar Bədirdə 70 nəfəri öldürmüş, 70 nəfəri də əsir almışdı (İbn Kəsir).
[155] Uhud məğlubiyyətinin səbəbi, yuxarıdakı ayələrdə göstərilmişdi (Ali-İmran 3/152-153)
[156] Allahın savaş ilə əlaqəli olaraq qoyduğu ölçülərə rəayət etməyənlər, savaşda məğlub olar (Ənfal 8/15-68; Muhəmməd 47/4).
[157] Tövbə 9/42-50.
[158] Ali-İmran 3/154.
[159] Ərəb dilində ruzi, insanın ehtiyac duyduğu hər şeyi ifadə etdiyi üçün tərcümə bu şəkildə edilmişdir (Yasin 36/20-27).
[160] Maidə 5/41.
[161] Allah, bütün kafirlərin yola gəlməsini istəyər (Tövbə 9/12-15). Allah onlara bunun üçün fürsət verir amma onlar bu fürsətdən tövbə etmək üçün istifadə etmək yerinə, günahlarını artıqmaq üçün istifadə etdilər. Yenə də Allah, ölənə qədər tövbə imkanı vermişdir (Nisa 4/117-18).
[162] Allah, insanları vəsfləndirmədən, cəzalandırmadan əvvəl onlara möhlət verir və xəbərdarlıq edir (Şəms 91/8-10). Bir qismi tövbə edər/dönər, bir qismi isə doğrulardan uzaqlaşmaqda və günahlarını artırmaqda davam edər.
[163] Ənkəbud 29/2-3.
[164] Buradakı elçilər, Allahın kitab nazil edərək qeybini açdığı nəbilər yəni Allahın elçiləri olduğu başa düşülür. Bənzər/mütəşabih ayə üçün baxın: Cin 72/26-28).
[165] Qiyamət günü, insanların yenidən dirilib qəbirlərindən qalxdığı gündür.
[166] Allahın sədəqə və zəkat vermə əmrindən narahat olanların baxış tərzi əks edilmişdir.
[167] Nisa 4/40; Ənfal 8/51; Füssilət 41/46.
[168] Tövrata görə, Allah İsrail oğullarına qurban təqdim etdikləri təqdirdə Allahın ucalığının onlara görünəcəyini vəd edər. Tövratda bu hadisə belə ifadə edilir: “Harun, əllərini xalqa doğru uzadaraq onları bərəkətləndirdi və aşağı düşdü. Musa və Harun, görüşmə çadırına getdilər. Çölə çıxanda xalqı bərəkətləndirdilər. O zaman Rəbbi ucalığı xalqa göründü. Rəbb bir atəş göndərdi. Atəş, qurbanın üstündəki yandırılacaq qurbanı, yağları yandırıb külə çevirdi. Bunu görən xalq, sevinclə bağıraraq üz-üstə yerə qapandı.” (Levililər 9/22-24).
[169] Zəburlar deyə tərcümə etdiyimiz (ez-Zübür =الزُّبر), zəburun cəmidir, hikmət dolu kitablar mənasındadır (Zəccac, “Məanil-Quran və irabuhu). Bu Zəburlardan biri də Davud əleyhissəlama verilmişdir (Nisa 4/163; İsra 17/55). Zəbur, Davud əleyhissəlama verilən kitabın xüsusi adı olmadığı üçün əz-Zəbur olaraq keçməməkdədir. əz-Zəbur kəliməsi təkcə bir yerdə keçər ki, burda da Davud əleyhissəlam daxil olmaqla bütün nəbilərə verilən kitabları ifadəedər (Ənbiya 21/105).
[170] Ənbiya 21/34-35; Ənkəbut 29/57.
[171] Qiyamət günü, insanların yenidən dirilib qəbirlərindən qalxdığı gündür.
[172] Bəqərə 2/155; Ali-İmran 3/120.
[173] Bəqərə 2/159-162; Nisa 4/77; Tövbə 9/38.
[174] Kitabdan özlərinə sərf edəni təbliğ edib, sərf etməyəni də gizləyərək ənənəni din anlayışlarını davam etdirdikləri üçün tərif almaq istəyirlər. Dini xidmətlə mükəlləf şəxslər xüsusiylə özlərini (dini qoruduqlarını düşünərək) muhafazəkarlar olaraq xatırlanmalarını istəyərlər.
[175] “Ağlı səlim sahibləri” deyə tərcümə etdiyimiz ifadə “ulul-Əlbab”dır. Bəqərə 2/179-cu ayənin dipnotuna baxın.
[176] Allahın ayələri ikiyə ayrılır: Biri yaradılmış ayələrdir ki, bunlar kainatdakı bütün varlıqlardır. İkincisi endirilmiş ayələrdir ki, onlar ilahi kitablardadır (Füssilət 41/52-53, Şura 42/13-14). Yaradılmış ayələr, endirilən ayələrin doğruluğunu göstərir. Çünki həm kainatı yaradan həm də onunla əlaqəli ən doğru məlumatları verən Allahdır. Yaradılmış və endirilmiş ayələr arasında tərslik olmaz, əksinə qopmaz bir bağ vardır. Elmin mənbəyi, Allahın yaratdığı ayələrdir. Bu sahədə Allahın yaratdığı ayələrdən də faydalanılsa, elmdə xəyalların üstündə bir tərəqqi yaşanacaqdır.
[177] İnsanın yan tərəfləri, qolları və ayaqlarıdır. Rükuda və səcdədə gövdə, qolların və ayaqların üstündə olur.
[178] Zikr haqqında ətraflı məlumat üçün Ali-İmran 7-ci ayənin dipnotu.
[179] Vəfat, ruhun bədəndən çıxmasıdır (Baxın: Ali-İmran 3/55-ci ayənin dipnotu)
[180] Bəqərə 2/186; Mömin 40/60.
[181] Mömin 40/4-6.