Müsəlmanlar

Mələklər iradəsiz varlıqlardırmı?

Cavab: Xeyr. Mələklər iradəli varlıqlardır. Bunu Allahın kitabında görməkdəyik:

“Vaxtilə sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam”, – demişdi. Onlar belə demişdilər: “Orada nizam-intizamı pozacaq, qan tökəcək birinimi yaradacaqsan? Halbuki biz Sənə şükür edərək şəninə təriflər deyir və Səni müqəddəs tuturuq!” Allah: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm”, – demişdi. (Bəqərə 30)

Mələklər öz səhvlərini başa düşüb etiraf etdilər və Allahın yaratdığına boyun əydilər. Lakin, İblis kibirləndi, etirazında inad etdi və Allahın dərgahından qovuldu.

Mələklər daim bizi dəstəkləyən, İblis isə əngəlləyənlərdən oldu.

Quranda mələklərin dəstəyini ifadə edən ayələrdən biri belədir:

“Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə dəstək (xeyir-dua) verirlər.” (Əhzab, 33/56.)

Oxşar sual-cavab üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/6733.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.