Müsəlmanlar

Bir kişi, zina edən arvadını öldürə bilər?

Cavab: Uca Rəbbimiz Nur surəsinin 6-cı ayəsində, arvadının zina etdiyini irəli sürən kişiyə bunu əmr edər:

“Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə şəhadət verməlidir.”

Əvvəlki ayədə əgər isbat edə bilməsə və arvadı da bunu inkar etsə, həmin kişi 80 qırbacla cəzalandırılır. O cümlədən sonrakı ayələrdə kişinin bu cəzadan və arvadın da 100 qırbac cəzasından xilas olma yolları da göstərilmişdir. Yəni, Allahı şahid gətirib lənətləşirlər:

“Beşinci dəfə isə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!” (deməsi). Qadının da ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahı şahid tutması cəzanı ondan dəf edər.”

Ayələrdən gördüyümüz kimi, bir kişi öz arvadını başqa biri ilə zina edəndə tutsa belə, kişinin onu öldürməsinə və ya başqa bir yola baş vurmasına icazə verilməməkdədir.

Amma təəssüf ki, ənənədə kişi xeylağı bu və buna bənzər çirkin işləri görəndə o qədər də pis reaksiya vermirlər. Bəs deyin görüm həmin kişi kiminlə görür o pis işləri?

Əlbəttə zina, ən böyük günah, ən böyük haramdır və ağır bir hadisədir. Lakin, bütün bu hadisələrin ən doğru və ən gözəl yolunu Rəbbimiz göstərmişdir. Bu səbəblə biz, Onun göstərdiyi yolla hərəkət etmək məcburiyyətindəyik. Duyğularımıza və əsəblərimizə məğlub olub, əbədi peşmanlıq çəkəcəyimiz hərəkətlərə yol verməməliyik.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/5729.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.