Müsəlmanlar

Quranın “Ulul-əlbab” dediyi şəxslər kimlərdi?

Cavab: “Ulul-əlbab” sözünün ərəb dilindəki tərcüməsi, “ağıl sahibləri” deməkdir. Biz belələrinə “aqil insanlar” da deyirik. Quranda bunları xüsusi belə bir vəsflə tərif edilməsi, bu insanların ağıllı hərəkət etməkləri və sağlam istiqamətli olmaları səbəbilədir. Allah, Zümər surəsi 18-ci ayəsində “Ulul-əlbab” bu cür tərif edilir:

“O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Elə istiqaməti sağlam olanlar da məhz onlardır.”

Ayədən də görüdüyümüz kimi; bu şəxslər sözə qulaq asar və ən yaxşısı nə isə ona ən gözəl şəkildə itaət edərlər. Əlbəttə ki, sözün ən yaxşısı da Allahın dedikləridir. Allahın dediklərinə qeydsiz-şərtsiz təslim olanları da Uca Allah Quranda bu cür vəsfləndirir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/6930.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.