Müsəlmanlar

İslam dövləti qurmağın tək yolu cihad etməkdir?

Cavab: Sualınıza bir neçə nümunə verməklə başlamaq istəyirəm:

Musa əleyhissəlam, Firon idarə etdiyi ən zalım dövlətdə yaşadı. Lakin Allah, Musanı Fironun dövlətinə qarşı deyil, birbaşa özünə təbliğ üçün göndərmişdi.[1] Musa və xalqı ölümlə üz-üzə gələndə Allahın əmriylə yaşadıqları yerdən çıxdılar.

Fironun arvadı (Asiya) Müsəlman idi və eyni dövlətdə, eyni sarayda arvadı olaraq həyatını sürdürdü. Allah, Quranda bu qadını tərif etməkdədir.[2] Bir başqa nümunə;

Nuh əleyhissəlamın arvadı və oğlu kafir idi. Fəqət Nuh əleyhissəlam, nə arvadını boşamadı nə də oğlundan üz döndərmədi. Onlara Allahın qəzəbi gələnə qədər nəsihət və xəbərdarlıq etdi.[3]

Nəcaşi, öz ölkəsini Allahın şəriəti ilə idarə etmirdi. Fəqət, Rəsulullah (ə.s.), onun idarə etdiyi ölkəyə öz səhabəsini (əminamanlıqlarını qorumaq üçün) göndərir. Rəsulullahın Nəcaşi öldükdən sonra qiyabi cənazə namazını da qıldırdığı rəvayət edilməkdədir.[4]

Heç bir peyğəmbər, İslam dövləti qurmaq cəhdində olmamışdır. Bütün elçilərin və möminlərin Allah yolundakı cihadı/cəhdi, İslam dövlətinin qurulmasına yönəlik deyil, İslam dininin hakim olmasına yönəlik olmuşdur. Yəni, insanları təkcə Allaha qul olmağa və Onun hökmünə uymağa çağırmışlar. Bu çağırdıqları; bir cəmiyyətdə istər dövlət olsun istər olmasın, hər yerdə, hər ailədə və hər şəraitdə yerinə yetiriləcək şeylərdir.

İslam dininin hakim olmasına yönəlik olmuşdur. Yəni, insanları təkcə Allaha qul olmağa və Onun hökmünə uymağa çağırmışlar. Bu çağırdıqları; bir cəmiyyətdə istər dövlət olsun istər olmasın, hər yerdə, hər ailədə və hər şəraitdə yerinə yetiriləcək şeylərdir.

Bu səbəblə kitabımız bizi İslam dövlətinin deyil, İslam dininin hakim olmasına təşviq edər və buradakı məqsədi; hər kəsin azad şəkildə inanmasına,  inancına görə təzyiqə, təcavüzə və zülmə uğramamasına, insanın insanı qul etməməsinə, hər hansı bir yerdə, dövlətdə qorxmadan çəkinmədən öz inancını rahat şəkildə dilə gətirərək; “mən Müsəlmanam!” ya da “mən kafirəm!, mən Yəhudiyəm, Xristianam! Məcusiyəm!” ya da “mən heç bir dinə mənsub deyiləm!”- deyə biləcək səviyyəyə gətirməkdir. Yəni, Allahın insana verdiyi inanc və yaşama hürriyyətinə toxunmamağı məqsəd bilir.

Qurani Kərimdə insanların bu hürriyyətini əlindən almaq istəyənlərə qarşı belə buyurulur:

وَقَاتِلُوهُمْ حَتَّىٰ لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ لِلَّهِ ۖ فَإِنِ انْتَهَوْا فَلَا عُدْوَانَ إِلَّا عَلَى الظَّالِمِينَ

“Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun! Əgər son qoysalar, (bilin ki) düşmənçilik ancaq zalımlara qarşı olur.” (Bəqərə, 2/193).

Ayədə din ancaq Allaha məxsus edilənədək ifadəsi, dini bir müsəlmana, bir yəhudiyə ya da bir xristiana deyil, təkcə Allaha məxsus etməyin əhəmiyyəti vurğulanmaqdadır. Hərkəsin dini Allahla özü arasındaki hür iradəsinə bağlanmalı, heç kim zorla dindar ya da zorla dinsiz edilməməlidir. Hər bir cəmiyyətdə Allahın qoyduğu azad nizam hakim olmalıdır ki, hər kəs öz seçimini hər hansı təzyiqə məruz qalmadan, çəkinmədən və utanmadan özü edə bilsin.

Allah, dünyada istəyənin Yezid kimi istəyənin də Hüseyn kimi yaşamasını sərbəst buraxmışdır. Heç bir peyğəmbər nə Yezid kimilərini yox etmək nə Hüseyn kimilərini taxta gətirmək nə də yer üzündə hakimiyyət qurmaq üçün göndərilməmişdir. İslam, təkcə siyasi sahədə deyil, hər sahədə qəlblərə taxt quran beynəlxalq bir dindir. Bu dini təkcə siyasətə və əhli beyt davasına (!) endirməyə çalışmaq həm İslamı qavramamaq həm də müsəlmanlar arasında fitnə-fəsad yaratmağa qapı açmaqdır. Bu kimi fikirlər, sonradan dini öz siyasətlərinə alət etmək istəyənlərin uydurduqları bidətlərdir.

Sualınız barədə ətraflı məlumatı aşağıdakı linkdən “Müsəlman olmağın şərti” kitabımızdan əldə edə bilərsiz:

https://www.muselmanlar.com/genel/11457.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax. Naziat, 79/17-20.

[2] Bax. Qasas, 28/9, Təhrim, 66/11.

[3] Bax. Təhrim, 66/10; Hud, 11/42-43.

[4] Buxari, “Cənaiz”.