Müsəlmanlar

Yoluxucu xəstəliklər Allahın imtahanıdır?

SUAL: Yoluxucu xəstəliklərin səbəbi insanlardır, yoxsa bu Allahın imtahanıdır?


CAVAB:

Uca Allah Quranda belə buyurur: “İnsanların öz əlləri ilə etdiklərinə görə quruda və dənizdə pozulmalar olur. Bu, etdiklərinin bir hissəsini dadmaları üçündür. Bəlkə əl çəkərlər” (“Rum” surəsi, 30/41).

Bu gün çox ciddi fəsadların olduğunu görürük. Dənizlərin, atmosferin çirkləndiyinin şahidi oluruq. Müsəlman olaraq biz də çox diqqətli olmalıyıq. Bütün insanlara doğruları və həqiqətləri öyrətməliyik.

Qeyd etdiyimiz ayədə Allah insanların başına gələnləri “etdiklərinin bir hissəsini dadmaları üçün” olduğunu buyurur. Buradan aydın olur ki, həmin pozuntulardan təkcə həmin fəsadı edən və ya edənlər deyil, hamı narahat olur.

Ayədə qeyd edilir ki, “bəlkə etdiklərindən əl çəkərlər”… Təəssüflər olsun ki, insanlar mənfəətlərini əsas qəbul etdiklərinə görə etdiklərindən də asanlıqla əl çəkmirlər.

Həqiqətən, vəziyyət heç də ürəkaçan deyil. Hazırda Avropada, Amerikada demək olar ki, səhiyyə, tibbi sığorta sistemi çöküb.

Təqaüdə çıxmaq anlayışı formalaşdırılıb. İnsanlar müəyyən yaşdan sonra, xüsusilə də daha çox faydalı ola biləcəkləri bir anda evlərinə məhkum edilirlər. Düzgün tibbi sığorta sistemi təsis edilmədiyi üçün insanların ehtiyacları aradan qaldırıla bilmir.

İndi sistemi təkrar nəzərdən keçirmək və səhvləri aradan qaldırmaq üçün ümumi vəziyyəti formalaşdırmaq lazımdır. Bunu həyata keçirmək də müsəlmanların üstünə düşən bir vəzifədir.