Müsəlmanlar

Əhli Kitabın öz kitablarından və Qurandan xəbərləri varmı?

Sual: Əhli Kitabın öz kitablarından və ya Qurandan xəbərləri varmı?

Cavab: Əhli Kitab kəliməsi bizim dildə də başa düşülən bir ifadədir. Yəni, kitab əhli və öz kitabını yaxşı bilən mənasında işlədilir. Quranda Tövratı və İncili yaxşı bilənlər, bu ifadə ilə tanıdılır.

Yəhudi və xristianlardan ibarət sadə xalqın çoxu eynilə müsəlmanlar kimi öz kitablarından xəbərsizdir. Onlara öyrətmək də istəmirlər.

Yəhudi və Xristian din xadimləri, eynilə müsəlman din xadimləri kimi Allah’ın kitabını xalqdan gizlədirlər. Quran, onların bu xüsusiyyətlərini belə ifşa edir:

“Allah’ın nazil etdiyi kitabda olanları gizlədənlərin və onun müqabilində bir az mənfəət əldə edənlərin yedikləri qarınlarında ancaq oda dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir!” (Bəqərə, 2/174.)

Yəhudi din xadimləri öz xalqını, Xristian din xadimləri öz xalqını və Müsəlman din xadimlərinin əksəriyyəti də öz xalqını Allah’ın kitabından uzaqlaşdırmaqda və “siz bu kitabı başa düşməzsiz! Ən doğrusu siz bizi təqlid edin ya da məzhəbimizə uyun!” – deyərək, onları Allah və dini adına qandırmaqdadırlar.

Bilavasitə, din xadimlərinin əksəriyyəti təəsüf ki, Allah’ın kitabının qarşısında ən böyük maneəyə çevrilmişlər.

Din xadimləri və dinlərin təhrifi haqda ətraflı məlumat almaq istəyənlər aşağıdakı keçidə daxil olsunlar:

http://www.muselmanlar.com/elanlar-xeberler/7333.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.