Müsəlmanlar

Axirətdə insanlara işlədikləri günahlar soruşulacaqmı?

Sual: Qəsas surəsi 78 və Rəhman surəsi 39-cu ayədə günahkarlara qiyamətdə günahları soruşulmayacağı bildirilməkdədir. Amma Hicr surəsi 92-ci ayədə isə soruşulacağından xəbər verilməkdədir. Bəs nə üçün bir tərəfdə sorulacağından, digər tərəfdə isə sorulmayacağından bəhs edilir?

Cavab: Axirətdə günahkarlara, dünyada nə etdikləri barədə soruşulmayacaq. Çünkü dünyada nə ediblərsə, böyük-kiçik nəzərdən qaçırılmadan əməl dəftərinə onsuz da tək-tək yazılıbdır. Buna görə nə elədikləri bir də təkrar onlara soruşulmayacaq; fəqət nə üçün günah elədikləri mütləq soruşulacaqdır. Ayələrdəki fərqlilik elə buradan qaynaqlanır. Yəni insanlar, dünyada elədikləri bütün işlərin hesabını axirətdə verəcəkdir.

Mövzuyla əlaqəli ayələr bunlardır:

“Biz, mütləq elçi göndərilən ümməti və göndərilmiş elçiləri sorğu-suala tutacağıq. Onlara (etdikləri əməlləri barədə) Öz elmimizlə bildirəcəyik. Onsuz da onlara uzaq deyildik.” (Əraf, 7/6-7.)

“Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq, Törətdikləri əməllər barəsində.” (Hicr, 15/92-93.)

“Onlar özlərinə verdiyimiz ruzidən heç nə dərk etmək qabiliyyətində olmayanlara pay ayırırlar. Allaha and olsun ki, atdığınız iftiralara görə mütləq sorğu-sual olunacaqsınız.” (Nəhl, 16/56.)

“(Mələklərə belə əmr olunacaq:) “Allah ilə öz aralarına yerləşdirdiyi yoldaşlarını, ibadət etdiklərini və zalımları toplayın bir yerə! Onları Cəhənnəm yoluna yönəldin. Orada saxlayın. Çünki onlar sorğu-sual olunacaqlar”. (Saffat, 37/22-24.)

“Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.” (Təkasur, 102/8.)

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.