Müsəlmanlar
Məkkədə olduqda neçə Ömrə etmək münasibdir?

Məkkədə olduqda neçə Ömrə etmək münasibdir?

Sual: Məlumdur ki, insanlar Ömrəyə getdikləri vaxt ehrama daxil olub Ömrəni yerinə yetirirlər. Sonra isə miqat yerinə bir neçə dəfə gedir, təzədən ehrama girir və təzədən Ömrə edirlər. Ömrəni bu cür təkrar etmək düzdür?

Cavab: Rəsulullahın (s. a. v.) Həcc və Ömrəsində belə bir hadisə olmayıb. Buna bircə misal var. Belə ki, Aişə anamız Vida həccində Ömrə edə bilməyib. Rəsulullah (s. a. v.) çadıra gedib görür ki, o, qəmgindir, ağlayır. Nə üçün ağladığını soruşduqda cavab verir ki, biz artıq Mədinəyə qayıdırq. Mənim eltilərim deyəcəklər ki, biz həm Həcc, həm də Ömrəni yerinə yetirdik. Bu isə mənə pis təsir edir. Məsələni belə görən peyğəmbər (s. a. v.) qohumu Abdurrahmana tapşırır ki, Aişə anamızı apar, ehrama girsin və Ömrəni yerinə yetirsin. Məsələ bununla da başa çatır.

Əsas Ömrə buradan gedib yerinə yetirdiyinizdir. Ondan sonra görülməli olan iş əgər orada qalacaqsınızsa, Kəbəni təvaf etmək, orada namaz qılmaq və Quran oxumaqdır. Qalmayacaqsınızsa, öz iş-gücünüzlə məşğul olmaqdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Həcc və Ömrə barədə ətraflı məlumatla burada tanış olmaq mümkündür:

http://www.muselmanlar.com/fitvalar/hecc-omre

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.