Müsəlmanlar
Əmtəə birjasında iş görmək halaldır?

Əmtəə birjasında iş görmək halaldır?

Sual: Məlum olduğu kimi, əmtəə birjası qızıl, gümüş, mis, təbii qaz, arpa, buğda, neft, pambıq, qarğıdalı, qənd, kofe və sairə kimi əmtəə mallarının alış və satışının həyata keçirildiyi bazarlar deməkdir. Belə ki, əmtəə birjasında dəmirin qiyməti qalxdıqda bazarlardakı qiymət də artır. Bu, digər məhsullar üçün də belədir. Mən də istəyirəm ki, internet vasitəsilə bir əmtəə məhsulu alım və vaxtı gələndə əmtəə birjasında satım. İslamda buna icazə var?

Cavab: Əmtəə birjalarında aparılan əməliyyatların dini baxımdan icazə verilməyən cəhətləri olduğu kimi, icazə verilən tərəfləri də var. Ancaq unutmamaq lazımdır ki, bu cür birjalarda görülən işlərin təqribən 98 %-i (statistika bunu göstərir) spekulyativ xarakterlidir. Buna görə də bu faiz caiz olmayan, yəni, İslama əsasən icazə verilməyən hissəni təşkil edir.

Əlavə olaraq, qızıl və gümüş kimi pul xüsusiyyətinə malik olan malları bu kimi birjalardan almaq və orada satmaq (əməliyyatların təbiəti baxımından vədəli olduğuna görə) caiz deyil.

Bunun xaricində dinimiz tərəfindən qadağan edilməmiş malların ancaq vədə günü başa çatdığı vaxt əldə olan və yaxud anbardakı malı təmsil edən sənəd vasitəsilə hüquqi qaydada təhvil alınması ilə həyata keçirilən alış-satış əməliyyatları caizdir.

Suala cavab verdi: Servet Bayındır (İstanbul Universitetinin dosenti, Türkiyə).

15.10.2010

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.