Müsəlmanlar

İsra surəsi

İsra surəsi 111 ayədən ibarətdir. Surənin adı, birinci ayədə keçən “İsra” yəni, “Gecə vaxtı yol getmək” sözündən alınmışdır.

بسم الله الرحمن الرحيم

Mərhəmətli, Rəhmli Allahın adıyla!

سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلاً مِّنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا إِنَّهُ هُوَ السَّمِيعُ البَصِيرُ {1}

  1. Ayələrimizdən bir qismini göstərmək üçün bəndəsini bir gecə Məscidi-Haramdan ətrafını bərəkətləndirdiyimiz Məscidi Əqsaya[1]/ən uzaq məscidə çıxaran[2] Allah, şanı ucadır/bütün əksikliklərdən uzaqdır. Heç şübhəsiz, O, daim eşidən və görəndir.

 

وَآتَيْنَا مُوسَى الْكِتَابَ وَجَعَلْنَاهُ هُدًى لِّبَنِي إِسْرَائِيلَ أَلاَّ تَتَّخِذُواْ مِن دُونِي وَكِيلاً

  1. Biz Musaya kitab verdik və olmaya “mənimlə aranıza bir vəkil qoymayın!”- deyə, onu İsrail oğullarına bir rəhbər təyin etdik.[3]

 

ذُرِّيَّةَ مَنْ حَمَلْنَا مَعَ نُوحٍ إِنَّهُ كَانَ عَبْدًا شَكُورًا

  1. Ey Nuh ilə birlikdə (gəmidə) daşıdıqlarımızın nəslindən gələnlər![4] Nuh, vəzifəsini tam olaraq icra edən[5] bir bəndə idi.

 

وَقَضَيْنَا إِلَى بَنِي إِسْرَائِيلَ فِي الْكِتَابِ لَتُفْسِدُنَّ فِي الأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِيرًا

  1. Biz o kitabda İsrail oğullarına bunun qərarını verdik: “ Yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və təkəbbürlənərək, dikbaşlıq edəcəksiniz.”

 

فَإِذَا جَاء وَعْدُ أُولاهُمَا بَعَثْنَا عَلَيْكُمْ عِبَادًا لَّنَا أُوْلِي بَأْسٍ شَدِيدٍ فَجَاسُواْ خِلاَلَ الدِّيَارِ وَكَانَ وَعْدًا مَّفْعُولاً

  1. Birincisinin vaxtı gələndə üstünüzə çox güçlü acımasız bəndələrimizi göndərdik. Onlar da yurdlarınızı didik-didik etdilər. Bu, yerinə yetirilməli bir vəd idi.[6]

 

ثُمَّ رَدَدْنَا لَكُمُ الْكَرَّةَ عَلَيْهِمْ وَأَمْدَدْنَاكُم بِأَمْوَالٍ وَبَنِينَ وَجَعَلْنَاكُمْ أَكْثَرَ نَفِيرًا

  1. Sonra sizi təkrar onlara qarşı üstün hala gətirəcək, mallar və övladlarla sizi gücləndirəcək və güçlü fərd sayınızı çoxaldacayıq.

 

إِنْ أَحْسَنتُمْ أَحْسَنتُمْ لِأَنفُسِكُمْ وَإِنْ أَسَأْتُمْ فَلَهَا فَإِذَا جَاء وَعْدُ الآخِرَةِ لِيَسُوؤُواْ وُجُوهَكُمْ وَلِيَدْخُلُواْ الْمَسْجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٍ وَلِيُتَبِّرُواْ مَا عَلَوْاْ تَتْبِيرًا

  1. Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş olarsınız. Pislik etsəniz onu da öz əleyhinizə etmiş olarsınız. Son təhdidin zamanı gəlincə (yer üzündə fitnə-fəsad çıxardığınıza görə), üzünüzü qara etmələri və daha əvvəl girdikləri kimi o Məscidə (Beytul Məqdisə) girsinlər və ələ keçirdikləri hər şeyi məhv etsinlər deyə (bəndələrimizi təkrar üstünüzə göndərəcəyik).[7]

 

عَسَى رَبُّكُمْ أَن يَرْحَمَكُمْ وَإِنْ عُدتُّمْ عُدْنَا وَجَعَلْنَا جَهَنَّمَ لِلْكَافِرِينَ حَصِيرًا

  1. Bəlkə Rəbbiniz sizə rəhm edər. Əgər yenə dönsəniz, Biz də dönərik (sizi yenə cəzalandırarıq).[8] Biz cəhənnəmi kafirlər üçün bir zindan etdik.

 

إِنَّ هَـذَا الْقُرْآنَ يِهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ وَيُبَشِّرُ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا كَبِيرًا

  1. Bu Quran, ən doğru olanı göstərir.[9] Xeyirxah işlər görən möminlərə, özləri üçün böyük bir mükafat olduğunu müjdələyir.[10]

 

وأَنَّ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا

  1. Axirətə inanmayanlar üçün isə ağrılı-acılı bir əzab hazırlamışıq.[11]

 

وَيَدْعُ الإِنسَانُ بِالشَّرِّ دُعَاءهُ بِالْخَيْرِ وَكَانَ الإِنسَانُ عَجُولاً

  1. İnsan, sanki xeyri istəyirmiş kimi şərri istəyir.[12] Bəli, insan çox tələskəndir.[13]

 

وَجَعَلْنَا اللَّيْلَ وَالنَّهَارَ آيَتَيْنِ فَمَحَوْنَا آيَةَ اللَّيْلِ وَجَعَلْنَا آيَةَ النَّهَارِ مُبْصِرَةً لِتَبْتَغُواْ فَضْلاً مِّن رَّبِّكُمْ وَلِتَعْلَمُواْ عَدَدَ السِّنِينَ وَالْحِسَابَ وَكُلَّ شَيْءٍ فَصَّلْنَاهُ تَفْصِيلاً

  1. Gecəni və gündüzü iki ayə/əlamət olaraq yaratdıq.[14] Sonra gecənin əlamətini (qaranlıq olma şərtini) qaldırdıq.[15] Həm Rəbbinizin lütfünü axtarasınız həm də illərin sayını və hesabı biləsiniz deyə,[16] gündüzün əlamətini aydınladıcı etdik.[17] Biz hər şeyi müfəssəl/ətraflı izah etdik.[18]

 

وَكُلَّ إِنسَانٍ أَلْزَمْنَاهُ طَآئِرَهُ فِي عُنُقِهِ وَنُخْرِجُ لَهُ يَوْمَ الْقِيَامَةِ كِتَابًا يَلْقَاهُ مَنشُورًا

  1. Biz hər insanın əməlini boynundan asar[19] və qiyamət/məzardan qalxma günü önünə açıq bir şəkildə qarşılayacaq kitab/əməl dəftəri qoyarıq.[20]

 

اقْرَأْ كَتَابَكَ كَفَى بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسِيبًا

  1. Oxu kitabını/əməl dəftərini!”- deyərik. “Bu gün öz hesabını çəkməyə özün-özünə kifayətsən.”[21]

 

مَّنِ اهْتَدَى فَإِنَّمَا يَهْتَدي لِنَفْسِهِ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا وَلاَ تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّى نَبْعَثَ رَسُولاً

  1. Kim doğru yola gəlmişsə, yalnız özü üçün gəlmişdir. Kim də yoldan çıxmışsa, yalnız öz əleyhinə çıxmış olar.[22] Heç bir günahkar, başqasının günahını yüklənməz.[23] Biz bir elçi/kitab[24] göndərmədən əzab etmərik![25]

 

وَإِذَا أَرَدْنَا أَن نُّهْلِكَ قَرْيَةً أَمَرْنَا مُتْرَفِيهَا فَفَسَقُواْ فِيهَا فَحَقَّ عَلَيْهَا الْقَوْلُ فَدَمَّرْنَاهَا تَدْمِيرًا

  1. (Günaha dalmış) Bir məmləkəti həlak etmək istədiyimiz zaman oranın naz-nemət içində yaşayan azğın başçılarına (elçilərimizi göndərərək) əmrlərimizi çatdırırıq. Onlar isə buna məhəl qoymayıb fəsad/pozğunluq çıxarırlar.[26] Artıq onların üzərinə (əzab) sözü haqq olur.[27] Beləliklə, oranı yerlə yeksan edərik.

 

وَكَمْ أَهْلَكْنَا مِنَ الْقُرُونِ مِن بَعْدِ نُوحٍ وَكَفَى بِرَبِّكَ بِذُنُوبِ عِبَادِهِ خَبِيرًَا بَصِيرًا

  1. Nuhdan sonra neçə-neçə nəsilləri həlak etdik.[28] Bəndələrinin günahlarını bilən və görən olaraq Rəbbin kifayətdir.

 

مَّن كَانَ يُرِيدُ الْعَاجِلَةَ عَجَّلْنَا لَهُ فِيهَا مَا نَشَاء لِمَن نُّرِيدُ ثُمَّ جَعَلْنَا لَهُ جَهَنَّمَ يَصْلاهَا مَذْمُومًا مَّدْحُورًا

  1. Kim (təkcə) tez bir zamanda əlinə keçəcək olanı dünyanı/ istəyərsə, istədiyimiz kəsə lazım olan qədərini tezliklə verərik. Sonra isə cəhənnəmi ona məskən edərik,[29] oraya qınanmış, qovulmuş olaraq atılır.

 

وَمَنْ أَرَادَ الآخِرَةَ وَسَعَى لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُولَئِكَ كَانَ سَعْيُهُم مَّشْكُورًا

  1. Kim də axirəti istər və bir mömin olaraq onun üçün lazımınca səy göstərərsə, bax onların səylərinin qarşılığı veriləcəkdir.[30]

 

كُلاًّ نُّمِدُّ هَـؤُلاء وَهَـؤُلاء مِنْ عَطَاء رَبِّكَ وَمَا كَانَ عَطَاء رَبِّكَ مَحْظُورًا

  1. Bunların hər ikisinə Rəbbinin nemətindən verərik.[31] Rəbbinin heməti (heç kəsə) qadağan deyil.

 

انظُرْ كَيْفَ فَضَّلْنَا بَعْضَهُمْ عَلَى بَعْضٍ وَلَلآخِرَةُ أَكْبَرُ دَرَجَاتٍ وَأَكْبَرُ تَفْضِيلاً

  1. Onlardan bəzisini bəzisindən necə üstün tuttuğumuza bir bax![32] Əlbəttə axirətdəki dərəcə fərqləri daha böyükdür, üstünlük cəhətdən də daha böyükdür.[33]

 

لاَّ تَجْعَل مَعَ اللّهِ إِلَـهًا آخَرَ فَتَقْعُدَ مَذْمُومًا مَّخْذُولاً

  1. Allahla yanaşı başqa bir ilah qəbul etmə! Yoxsa qınanmış və üz-üstü tərk edilib qalarsan.[34]

 

وَقَضَى رَبُّكَ أَلاَّ تَعْبُدُواْ إِلاَّ إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا إِمَّا يَبْلُغَنَّ عِندَكَ الْكِبَرَ أَحَدُهُمَا أَوْ كِلاَهُمَا فَلاَ تَقُل لَّهُمَآ أُفٍّ وَلاَ تَنْهَرْهُمَا وَقُل لَّهُمَا قَوْلاً كَرِيمًا

  1. Rəbbin belə buyurmuşdur: Ondan başqasına qulluq etməyin! Valideynlərinizə yaxşı davranın.[35] Onlardan biri ya da hər ikisi sənin yanında ixtiyarlıq çağına yetişərsə, onlara “Of/bezdim!” demə və onları danlama! Onlara xoş/könül alan sözlər söylə!

 

وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَقُل رَّبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِي صَغِيرًا

  1. Onlara mərhəmət göstərib təvazökarlıq qanadlarının altına al və de ki: “Rəbbim! Onlar mən balaca ikən necə böyüdüb yetişdirdilərsə, Sən də onlara o şəkildə mərhəmət eylə![36]

 

رَّبُّكُمْ أَعْلَمُ بِمَا فِي نُفُوسِكُمْ إِن تَكُونُواْ صَالِحِينَ فَإِنَّهُ كَانَ لِلأَوَّابِينَ غَفُورًا

  1. Rəbbiniz, içinizdəkiləri ən yaxşı biləndir. Əgər siz, xeyirxah olsanız (bilin ki), əlbəttə, O, tövbəkarları/özünə yönələnləri bağışlayar.[37]

 

وَآتِ ذَا الْقُرْبَى حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ وَلاَ تُبَذِّرْ تَبْذِيرًا

  1. Əqrabaya, çarəsizə və yolcuya haqqını ver,[38] amma (əlindəkiləri) sağa-sola səpələmə!

 

إِنَّ الْمُبَذِّرِينَ كَانُواْ إِخْوَانَ الشَّيَاطِينِ وَكَانَ الشَّيْطَانُ لِرَبِّهِ كَفُورًا

  1. Saçıb-sovuranlar şeytanların[39] qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı çox nankördür.

 

وَإِمَّا تُعْرِضَنَّ عَنْهُمُ ابْتِغَاء رَحْمَةٍ مِّن رَّبِّكَ تَرْجُوهَا فَقُل لَّهُمْ قَوْلاً مَّيْسُورًا

  1. Əgər Rəbbindən umduğun bir mərhəmət (ruzinin yoxluğu) səbəbiylə onlara baxa bilmirsənsə, heç olmazsa onlara təsəlli edici sözlər söylə![40]

 

وَلاَ تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَى عُنُقِكَ وَلاَ تَبْسُطْهَا كُلَّ الْبَسْطِ فَتَقْعُدَ مَلُومًا مَّحْسُورًا

  1. Əldən bərk olma! Nə də həddən artıq (saçıb-sovuracaq) israfçılığa yol vermə![41] Yoxsa qınanmış və əli boş bir şəkildə oturub qalarsan!

 

إِنَّ رَبَّكَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاء وَيَقْدِرُ إِنَّهُ كَانَ بِعِبَادِهِ خَبِيرًا بَصِيرًا

  1. Şübhəsiz Rəbbin, lazım bildiyi şəxsin[42] ruzisini artırar da azaldar da.[43] Əlbəttə O, bəndələrinin halından xəbərdar olan və onları görəndir.

 

وَلاَ تَقْتُلُواْ أَوْلادَكُمْ خَشْيَةَ إِمْلاقٍ نَّحْنُ نَرْزُقُهُمْ وَإِيَّاكُم إنَّ قَتْلَهُمْ كَانَ خِطْءًا كَبِيرًا

  1. Yoxsulluq qorxusu ilə övladlarınızı öldürməyin! Onlara da sizə də ruzini biz veririk. Onları öldürmək böyük bir cinayətdir.[44]

 

وَلاَ تَقْرَبُواْ الزِّنَى إِنَّهُ كَانَ فَاحِشَةً وَسَاء سَبِيلاً

  1. Zinaya yaxınlaşmayın! Çünki o, çox çirkin/pozğun bir iş və pis bir yoldur![45]

 

وَلاَ تَقْتُلُواْ النَّفْسَ الَّتِي حَرَّمَ اللّهُ إِلاَّ بِالحَقِّ وَمَن قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِ سُلْطَانًا فَلاَ يُسْرِف فِّي الْقَتْلِ إِنَّهُ كَانَ مَنْصُورًا

  1. Haqlı bir səbəb olmadıqca,[46] Allahın haram/doxunulmaz qıldığı cana qıymayın! Kim haqsız yerə öldürülürsə (bilin ki), biz onun ən yaxınına bir səlahiyyət[47] O da (qatili) öldürmədə həddi aşmasın.[48] Çünki ona (verilən səlahiyyətlə) köməklik göstərilmişdir.

 

وَلاَ تَقْرَبُواْ مَالَ الْيَتِيمِ إِلاَّ بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّى يَبْلُغَ أَشُدَّهُ وَأَوْفُواْ بِالْعَهْدِ إِنَّ الْعَهْدَ كَانَ مَسْؤُولاً

  1. Həddi-büluğa çatana qədər yetimin malına yalnız gözəl bir şəkildə yanaşın.[49] Əhdinizə də vəfa göstərin![50] Çünki verilən əhd məsuliyyət doğurur.

 

وَأَوْفُوا الْكَيْلَ إِذا كِلْتُمْ وَزِنُواْ بِالقِسْطَاسِ الْمُسْتَقِيمِ ذَلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلاً

  1. Ölçəndə ölçüyə tam rəayət edin və düzgün tərəzi ilə çəkin![51] Bu daha xeyirli və nəticə etibarı ilə daha gözəldir.

 

وَلاَ تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولـئِكَ كَانَ عَنْهُ مَسْؤُولاً

  1. Bilmədiyin bir şeyin ardınca düşmə![52] Çünki eşitmə, görmə/bəsirət və könülə sahib xüsusiyyətlərindən[53] məsuliyyət daşıyırsan.[54]

 

وَلاَ تَمْشِ فِي الأَرْضِ مَرَحًا إِنَّكَ لَن تَخْرِقَ الأَرْضَ وَلَن تَبْلُغَ الْجِبَالَ طُولاً

  1. Yer üzündə lovğalanaraq gəzmə! Sən nə yeri yara bilərsən nə də boyun dağlara çata bilər.[55]

 

كُلُّ ذَلِكَ كَانَ سَيٍّئُهُ عِنْدَ رَبِّكَ مَكْرُوهًا

  1. Bütün bu sayılanların pis olanları, Rəbbinin qatında bəyənilməyən şeylərdir.[56]

 

ذَلِكَ مِمَّا أَوْحَى إِلَيْكَ رَبُّكَ مِنَ الْحِكْمَةِ وَلاَ تَجْعَلْ مَعَ اللّهِ إِلَهًا آخَرَ فَتُلْقَى فِي جَهَنَّمَ مَلُومًا مَّدْحُورًا

  1. Bütün bunlar, Rəbbinin sənə vəhy etdiyi hikmətlərdən/doğru hökmlərdəndir. Allahla yanaşı başqa ilahlar ortaya qoyma![57] Yoxsa qınanmış və qovulmuş olaraq cəhənnəmə atılarsan.

 

أَفَأَصْفَاكُمْ رَبُّكُم بِالْبَنِينَ وَاتَّخَذَ مِنَ الْمَلآئِكَةِ إِنَاثًا إِنَّكُمْ لَتَقُولُونَ قَوْلاً عَظِيمًا

  1. Rəbbiniz, oğlan uşaqlarını sizin üçün seçib, Özü üçün mələklərdən qızlarımı götürdü? Siz həqiqətən böyük atmacalar danışırsınız.[58]

 

وَلَقَدْ صَرَّفْنَا فِي هَـذَا الْقُرْآنِ لِيَذَّكَّرُواْ وَمَا يَزِيدُهُمْ إِلاَّ نُفُورًا

  1. Biz bu Qurandakı bəhsi müxtəlif şəkillərdə anlatdıq[59] ki (insanlar), zikri/doğru bilikləri mənimsəsinlər.[60] Ancaq bu onları daha da uzaqlaşdırdı.[61]

 

قُل لَّوْ كَانَ مَعَهُ آلِهَةٌ كَمَا يَقُولُونَ إِذًا لاَّبْتَغَوْاْ إِلَى ذِي الْعَرْشِ سَبِيلاً

  1. De ki: Əgər dedikləri kimi Allahla yanaşı başqa ilahlar olsaydı onlar, Ərşin sahibinə[62] (üstün gəlmək üçün) bir yol axtarardılar.

 

سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يَقُولُونَ عُلُوًّا كَبِيرًا

  1. O, bunların dediklərindən tamamilə uzaqdır, Ucalar ucasıdır![63]

 

تُسَبِّحُ لَهُ السَّمَاوَاتُ السَّبْعُ وَالأَرْضُ وَمَن فِيهِنَّ وَإِن مِّن شَيْءٍ إِلاَّ يُسَبِّحُ بِحَمْدَهِ وَلَـكِن لاَّ تَفْقَهُونَ تَسْبِيحَهُمْ إِنَّهُ كَانَ حَلِيمًا غَفُورًا

  1. Yeddi göy, yer üzü və bunların içindəki hər şey Allahı təsbih edər/ona boyun əyər. Həmd/Şükür ilə onu təsbih/tərif edib boyun əyməyən heç bir şey yoxdur. Lakin siz onların təsbihini anlamazsınız.[64] O, həlimdir, bağışlayandır.

 

وَإِذَا قَرَأْتَ الْقُرآنَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ حِجَابًا مَّسْتُورًا

  1. Quran oxuduğun zaman səninlə axirətə inanmayanlar arasına (sanki)[65] görünməz bir pərdə çəkmişik.

 

وَجَعَلْنَا عَلَى قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا وَإِذَا ذَكَرْتَ رَبَّكَ فِي الْقُرْآنِ وَحْدَهُ وَلَّوْاْ عَلَى أَدْبَارِهِمْ نُفُورًا

  1. Quranı anlamasınlar deyə (sanki) qəlblərinin üzərinə qat-qat örtülər, qulaqlarına da tıxac çəkmişik.[66] Quranda Rəbbini tək olaraq andığın zaman onlar uzaqlaşaraq arxalarını dönüb gedərlər.[67]

 

نَّحْنُ أَعْلَمُ بِمَا يَسْتَمِعُونَ بِهِ إِذْ يَسْتَمِعُونَ إِلَيْكَ وَإِذْ هُمْ نَجْوَى إِذْ يَقُولُ الظَّالِمُونَ إِن تَتَّبِعُونَ إِلاَّ رَجُلاً مَّسْحُورًا

  1. Onların səni dinləyəndə, hansı məqsədlə dinlədiklərini və o zalımların öz aralarında fısıldaşaraq: “Siz sadəcə sehrlənmiş bir adama tabe olmusunuz!”- dediklərini yaxşı bilirik![68]

 

انظُرْ كَيْفَ ضَرَبُواْ لَكَ الأَمْثَالَ فَضَلُّواْ فَلاَ يَسْتَطِيعْونَ سَبِيلاً

  1. Gör səninlə əlaqəli necə bənzətmələr/məsəllər çəkirlər![69] Onlar yoldan çıxdılar, artıq yola gəlməzlər.

 

وَقَالُواْ أَئِذَا كُنَّا عِظَامًا وَرُفَاتًا أَإِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا

  1. Dedilər ki: “Biz sür-sümük və toz torpaq olduğumuz halda, həqiqətən, yenidən yaradılıb dirildiləcəyikmi?”[70]

 

قُل كُونُواْ حِجَارَةً أَوْ حَدِيدًا

  1. De ki: “İstər daş olun, istər dəmir

 

أَوْ خَلْقًا مِّمَّا يَكْبُرُ فِي صُدُورِكُمْ فَسَيَقُولُونَ مَن يُعِيدُنَا قُلِ الَّذِي فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍ فَسَيُنْغِضُونَ إِلَيْكَ رُؤُوسَهُمْ وَيَقُولُونَ مَتَى هُوَ قُلْ عَسَى أَن يَكُونَ قَرِيبًا

  1. Ya da könlünüzdə böyütdüyünüz bir məxluq olun (yenə də dirildiləcəksiniz)!” Onlar: “Bizi kim yenidən döndürəcək/həyat verəcək?” – deyəcəklər. De: “Sizi ən başda yaradılış/bölünmə qanununa görə yaradan!” Onlar sənə başlarını sallayaraq “Bəs nə zaman?” – deyəcəklər. De ki: “Bəlkə olabilsin çox yaxın bir zamanda!”[71]

 

يَوْمَ يَدْعُوكُمْ فَتَسْتَجِيبُونَ بِحَمْدِهِ وَتَظُنُّونَ إِن لَّبِثْتُمْ إِلاَّ قَلِيلاً

  1. Sizi çağıracağı gün, siz də Ona (Allaha) həmd/şükr edərək çağırışına cavab verəcək və (dünyada) çox az qaldığınızı zənn edəcəksiniz.[72]

 

وَقُل لِّعِبَادِي يَقُولُواْ الَّتِي هِيَ أَحْسَنُ إِنَّ الشَّيْطَانَ يَنزَغُ بَيْنَهُمْ إِنَّ الشَّيْطَانَ كَانَ لِلإِنْسَانِ عَدُوًّا مُّبِينًا

  1. Bəndələrimə söylə, sözün ən gözəlini söyləsinlər![73] Çünki şeytan aralarını pozar. Həqiqətən şeytan, insanın açıq-aşkar bir düşmanıdır.[74]

 

رَّبُّكُمْ أَعْلَمُ بِكُمْ إِن يَشَأْ يَرْحَمْكُمْ أَوْ إِن يَشَأْ يُعَذِّبْكُمْ وَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ وَكِيلاً

  1. Sizi ən yaxşı bilən Rəbbinizdir.[75] Layiq bldiyinə rəhm edər, layiq bildiyinə də əzab edər.[76] (Ey Muhəmməd!) Biz səni onlara vəkil olaraq göndərmədik.[77]

 

وَرَبُّكَ أَعْلَمُ بِمَن فِي السَّمَاوَاتِ وَالأَرْضِ وَلَقَدْ فَضَّلْنَا بَعْضَ النَّبِيِّينَ عَلَى بَعْضٍ وَآتَيْنَا دَاوُودَ زَبُورًا

  1. Göylərdə və yerdə kimlərin [78] olduğunu da ən yaxşı Rəbbiniz bilir. Biz, nəbilərin kimini kimindən üstün etdik.[79] Davuda da Zəbur/Kitab[80]

 

قُلِ ادْعُواْ الَّذِينَ زَعَمْتُم مِّن دُونِهِ فَلاَ يَمْلِكُونَ كَشْفَ الضُّرِّ عَنكُمْ وَلاَ تَحْوِيلاً

  1. De ki: “Allah ilə aranızda olduğunu iddia etdiyiniz kəsləri çağırın görək! Onlar sizi nə zərərdən qorumağa nə də onu başqa tərəfə çevirmək gücünə sahib deyillər.[81]

 

أُولَـئِكَ الَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ إِلَى رَبِّهِمُ الْوَسِيلَةَ أَيُّهُمْ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَتَهُ وَيَخَافُونَ عَذَابَهُ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُورًا

  1. Qaldı ki, köməyə çağırdıqlarının hər biri –hansı Rəbbinə daha yaxın olacaq deyə- bir vəsilə[82] axtarırlar. Onun rəhmətini umar, əzabından qorxarlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq lazımdır.

 

وَإِن مَّن قَرْيَةٍ إِلاَّ نَحْنُ مُهْلِكُوهَا قَبْلَ يَوْمِ الْقِيَامَةِ أَوْ مُعَذِّبُوهَا عَذَابًا شَدِيدًا كَانَ ذَلِك فِي الْكِتَابِ مَسْطُورًا

  1. Elə bir məmləkət yoxdur ki, qiyamət/məzardan qalxma günündən əvvəl biz oranı həlak etməyək[83] ya da oranı şiddətli bir əzaba düçar etməyək.[84] Bunlar, bu kitabda yazılmışdır.

 

وَمَا مَنَعَنَا أَن نُّرْسِلَ بِالآيَاتِ إِلاَّ أَن كَذَّبَ بِهَا الأَوَّلُونَ وَآتَيْنَا ثَمُودَ النَّاقَةَ مُبْصِرَةً فَظَلَمُواْ بِهَا وَمَا نُرْسِلُ بِالآيَاتِ إِلاَّ تَخْوِيفًا

  1. Bizim (sənə) möcüzələr göndərməyimizə mane olan şey,[85] əvvəlkilərin onları yalanlamış olmasıdır.[86] (Salih qövmü) Səmuda açıq-aydın (bir möcüzə olaraq) dişi bir dəvə vermişdik. Amma onlar ona haqsızlıq etdilər.[87] Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk.

 

وَإِذْ قُلْنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِالنَّاسِ وَمَا جَعَلْنَا الرُّؤيَا الَّتِي أَرَيْنَاكَ إِلاَّ فِتْنَةً لِّلنَّاسِ وَالشَّجَرَةَ الْمَلْعُونَةَ فِي القُرْآنِ وَنُخَوِّفُهُمْ فَمَا يَزِيدُهُمْ إِلاَّ طُغْيَانًا كَبِيرًا

  1. Biz zaman sənə: “Rəbbin insanları ehtiva etmişdir” – demişdik.[88] Sənə göstərdiyimiz o şeyi insanlar üçün sadəcə fitnə/imtahan səbəbi etdik.[89] Quranda lənətlənmiş ağacı da həmçinin.[90] Biz onları qorxuduruq, ancaq bu onların azğınlığını daha da artırır.

 

وَإِذْ قُلْنَا لِلْمَلآئِكَةِ اسْجُدُواْ لآدَمَ فَسَجَدُواْ إَلاَّ إِبْلِيسَ قَالَ أَأَسْجُدُ لِمَنْ خَلَقْتَ طِينًا

  1. Bir gün mələklərə: “Adəmə səcdə edin/qarşısında əyilin!”[91] – dedik. İblisdən başqa hamısı dərhal səcdə etdilər. İblis “Mən Sənin palçıqdan yaratdığına səcdə edərəmmi?!” – dedi.[92]

 

قَالَ أَرَأَيْتَكَ هَـذَا الَّذِي كَرَّمْتَ عَلَيَّ لَئِنْ أَخَّرْتَنِ إِلَى يَوْمِ الْقِيَامَةِ لأَحْتَنِكَنَّ ذُرِّيَّتَهُ إَلاَّ قَلِيلاً

  1. (Sonra) belə dedi: “Məndən üstün tutduğun bu şeyə heç baxdınmı?! Əgər qiyamət/məzardan qalxma gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla onun bütün nəslini, həqiqətən, barmağımda oynadacağam!”[93]

 

قَالَ اذْهَبْ فَمَن تَبِعَكَ مِنْهُمْ فَإِنَّ جَهَنَّمَ جَزَآؤُكُمْ جَزَاء مَّوْفُورًا

  1. Allah dedi: “Çıx get! Onlardan hər kim sənə tabe olarsa, hamısının cəzası cəhənnəm olacaq![94] Özü də əksiksiz bir cəza![95]

 

وَاسْتَفْزِزْ مَنِ اسْتَطَعْتَ مِنْهُمْ بِصَوْتِكَ وَأَجْلِبْ عَلَيْهِم بِخَيْلِكَ وَرَجِلِكَ وَشَارِكْهُمْ فِي الأَمْوَالِ وَالأَوْلادِ وَعِدْهُمْ وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ إِلاَّ غُرُورًا

  1. Onlardan gücünün yetdiyini səsinlə (vəsvəsənlə)[96] yerindən oynat/yoldan çıxart, atlılarını və piyadalarını onlara qarşı səfərbər et,[97] mallarına və övladlarına şərik ol![98] Onlara vədlər ver!” Halbuki şeytan, onları aldatmaqdan başqa bir şey vəd etməz.[99]

 

إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ وَكَفَى بِرَبِّكَ وَكِيلاً

  1. “Şübhəsiz ki, sənin bəndələrimə boyun əydirəcək bir gücün/hakimiyyətin yoxdur.”[100] Vəkil/Qoruyucu olaraq Rəbbin yetər![101]

 

رَّبُّكُمُ الَّذِي يُزْجِي لَكُمُ الْفُلْكَ فِي الْبَحْرِ لِتَبْتَغُواْ مِن فَضْلِهِ إِنَّهُ كَانَ بِكُمْ رَحِيمًا

  1. Rəbbiniz, lütfündən öz payınıza düşəni axtarasınız deyə, dənizdə gəmiləri sizin üçün hərəkət etdirəndir.[102] O, sizə qarşı çox mərhəmətlidir.

 

وَإِذَا مَسَّكُمُ الْضُّرُّ فِي الْبَحْرِضَلَّ مَن تَدْعُونَ إِلاَّ إِيَّاهُ فَلَمَّا نَجَّاكُمْ إِلَى الْبَرِّ أَعْرَضْتُمْ وَكَانَ الإِنْسَانُ كَفُورًا

  1. Dənizdə sizə bir zərər/çətinlik toxunduğu zaman köməyə çağırdıqlarınızın hamısı yox olub gedər, yalnız Allah qalar. Amma Allah sizi qurtarıb quruya çıxardıqda, (yenə) üz çevirirsiniz![103] İnsan çox nankordur![104]

 

أَفَأَمِنتُمْ أَن يَخْسِفَ بِكُمْ جَانِبَ الْبَرِّ أَوْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ثُمَّ لاَ تَجِدُواْ لَكُمْ وَكِيلاً

  1. Bəs quruda Allahın sizi yerə batırmayacağına ya da başınıza daş-torpaq yağdıran bir qasırğanı göndərməyəcəyinə əminsinizmi?[105] Sonra özünüzə bir vəkil/qoruyucu da tapa bilməzsiniz.

 

أَمْ أَمِنتُمْ أَن يُعِيدَكُمْ فِيهِ تَارَةً أُخْرَى فَيُرْسِلَ عَلَيْكُمْ قَاصِفا مِّنَ الرِّيحِ فَيُغْرِقَكُم بِمَا كَفَرتم ثُمَّ لاَ تَجِدُواْ لَكُمْ عَلَيْنَا بِهِ تَبِيعًا

  1. Yaxud sizi başqa bir səfər yenidən dənizə qaytarıb, üstünüzə hər şeyi alt-üst edən bir qasırğa göndərməyəcəyinə, nankorluğunuzdan ötrü sizi (dənizdə) qərq etməyəcəyinə qarşı əminsinizmi?[106] Sonra sizdən ötrü Bizə qarşı çıxacaq birini də tapa bilməzsiniz.

 

وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ وَحَمَلْنَاهُمْ فِي الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَى كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلاً

  1. Həqiqətən Biz, Adəm oğullarını çox üstün/dəyərli etdik.[107] Onları quruda və dənizdə daşıdıq,[108] onlara təmiz ruzilər verdik.[109] Onları, yaratdıqlarımızın bir çoxundan da üstün etdik.[110]

 

يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ فَمَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَأُوْلَـئِكَ يَقْرَؤُونَ كِتَابَهُمْ وَلاَ يُظْلَمُونَ فَتِيلاً

  1. O gün bütün insanları imamları/öndərləri[111] ilə birlikdə çağıracağıq. Sonra kimin əməl dəftəri sağından verilərsə, onlar əməl dəftərlərini oxuyarlar və bir tük qədər haqsızlıq görməzlər.[112]

 

وَمَن كَانَ فِي هَـذِهِ أَعْمَى فَهُوَ فِي الآخِرَةِ أَعْمَى وَأَضَلُّ سَبِيلاً

  1. Kim burada/dünyada korluq edərsə,[113] axirətdə də kor olar və yoldan daha çox azar.

 

 وَإِن كَادُواْ لَيَفْتِنُونَكَ عَنِ الَّذِي أَوْحَيْنَا إِلَيْكَ لِتفْتَرِيَ عَلَيْنَا غَيْرَهُ وَإِذًا لاَّتَّخَذُوكَ خَلِيلاً

  1. (Ey Muhəmməd!) Onlar az qala sənə vəhy etdiyimizdən başqasını uydurub bizə isnadd edəsən deyə, səni ondan (Qurandan) uzaqlaşdıracaqdılar.[114] Beləcə, səni özlərinə yaxın dost tutacaqdılar.

 

وَلَوْلاَ أَن ثَبَّتْنَاكَ لَقَدْ كِدتَّ تَرْكَنُ إِلَيْهِمْ شَيْئًا قَلِيلاً

  1. Əgər biz sənə səbat/əzm verməsəydik,[115] sən hardasa onlara biraz olsa meyl edəcəkdin!

 

ذًا لَأَذَقْنَاكَ ضِعْفَ الْحَيَاةِ وَضِعْفَ الْمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَيْنَا نَصِيرًا

  1. O zaman sənə, əlbəttə həyatın da ikiqat, ölümün də ikiqat əzabını daddırardıq![116] Sonra bizə qarşı sənə köməklik edəcək birini də tapmazdın.

 

وَإِن كَادُواْ لَيَسْتَفِزُّونَكَ مِنَ الأَرْضِ لِيُخْرِجوكَ مِنْهَا وَإِذًا لاَّ يَلْبَثُونَ خِلافَكَ إِلاَّ قَلِيلاً

  1. Səni o torpaqlardan (Məkkədən) çıxartmaq üçün az qalmışdı ki, təzyiq göstərsinlər. Əgər belə etsəydilər, səndən sonra onlar da orada çox qala bilməzdilər.[117]

 

سُنَّةَ مَن قَدْ أَرْسَلْنَا قَبْلَكَ مِن رُّسُلِنَا وَلاَ تَجِدُ لِسُنَّتِنَا تَحْوِيلاً

  1. Səndən əvvəl göndərdiyimiz elçilərə tətbiq etdiyimiz sünnə/qayda budur.[118] Bizim sünnəmizdə[119] bir dəyişiklik tapa bilməzsən.

 

أَقِمِ الصَّلاَةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا

  1. Namazı, Günəşin batmağa meyl etməsindən[120] gecənin qaranlığının/soyuğunun gəlişinə[121] qədər düzgün/mütəmadi qıl! Bir də fəcrin topalaşdığı əsnada[122] qıl! Şübhəsiz ki, fəcrin toplaşması gözlə görülür.[123]

 

وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَّكَ عَسَى أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَّحْمُودًا

  1. Gecənin bir qismində sənə məxsus əlavə olaraq namaz qılmaq üçün yuxudan qalx![124] Bəlkə Rəbbin səni bir məqamı mahmuda/tərifəlayiq məqama[125] çatdırır.

 

وَقُل رَّبِّ أَدْخِلْنِي مُدْخَلَ صِدْقٍ وَأَخْرِجْنِي مُخْرَجَ صِدْقٍ وَاجْعَل لِّي مِن لَّدُنكَ سُلْطَانًا نَّصِيرًا

  1. De ki: “Ey Rəbbim! Məni daxil olduğum yerə dürüst bir şəkildə daxil olmağımı, çıxdığım yerdən də dürüst bir şəkildə çıxmağımı lütf eylə! Öz dərgahından mənə yardımcı bir güc/dəlil bəxş eylə![126]

 

وَقُلْ جَاء الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا

  1. De ki: “Haqq gəldi, batıl/əsilsiz şeylər yox oldu. Əlbəttə ki, batıl yox olmağa məhkumdur!”[127]

 

وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاء وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ وَلاَ يَزِيدُ الظَّالِمِينَ إَلاَّ خَسَارًا

  1. Biz, möminlər/inanıb güvənənlər üçün şəfa[128] və rəhmət olan Quranı nazil edirik. (Bu Quran) Zalımların isə ancaq ziyanını artırır.[129]

 

وَإِذَآ أَنْعَمْنَا عَلَى الإِنسَانِ أَعْرَضَ وَنَأَى بِجَانِبِهِ وَإِذَا مَسَّهُ الشَّرُّ كَانَ يَؤُوسًا

  1. İnsana nemət verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq gəzər. Ona bir şər/zərər toxunduqda isə məyus olar.[130]

 

قُلْ كُلٌّ يَعْمَلُ عَلَى شَاكِلَتِهِ فَرَبُّكُمْ أَعْلَمُ بِمَنْ هُوَ أَهْدَى سَبِيلاً

  1. De ki: “Hər kəs yönəldiyi yola uyğun işlər görür.[131] Kimin doğru yolda olduğunu da ən yaxşı Rəbbiniz bilir.[132]

 

وَيَسْأَلُونَكَ عَنِ الرُّوحِ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّي وَمَا أُوتِيتُم مِّن الْعِلْمِ إِلاَّ قَلِيلاً

  1. Sənə Ruh[133] haqqında soruşurlar. De ki, bu ruh Rəbbimin əmrindəndir/işindəndir. O elmdən sizə az bir şey verilmişdir.[134]

 

وَلَئِن شِئْنَا لَنَذْهَبَنَّ بِالَّذِي أَوْحَيْنَا إِلَيْكَ ثُمَّ لاَ تَجِدُ لَكَ بِهِ عَلَيْنَا وَكِيلاً

  1. Biz başqa bir yola baş vursaydıq[135] sənə vəhy etdiyimizi (qəlbindən) silib aparardıq. Sonra sən Bizə qarşı özünə bir vəkil/qoruyucu tapa bilməzdin.

 

إِلاَّ رَحْمَةً مِّن رَّبِّكَ إِنَّ فَضْلَهُ كَانَ عَلَيْكَ كَبِيرًا

  1. (Bunu etməməyimiz) Ancaq Rəbbinin rəhməti sayəsindədir. Onun sənə olan lütfü həqiqətən böyükdür.[136]

 

قُل لَّئِنِ اجْتَمَعَتِ الإِنسُ وَالْجِنُّ عَلَى أَن يَأْتُواْ بِمِثْلِ هَـذَا الْقُرْآنِ لاَ يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا

  1. De ki: “İnsanlar və cinlər bu Quranın bir mislini/bərabərini gətirmək üzərə toplansalar və bunun üçün bir-birlərinə köməklik də etsələr, onun mislini/bərabərini gətirə bilməzlər!”[137]

 

وَلَقَدْ صَرَّفْنَا لِلنَّاسِ فِي هَـذَا الْقُرْآنِ مِن كُلِّ مَثَلٍ فَأَبَى أَكْثَرُ النَّاسِ إِلاَّ كُفُورًا

  1. Biz bu Quranda insanlara hər cür məsəllərdən müxtəlif şəkillərdə bəhs etdik.[138] Amma insanların çoxu kafirlikdən başqa hər şeyə dirənirlər![139]

 

وَقَالُواْ لَن نُّؤْمِنَ لَكَ حَتَّى تَفْجُرَ لَنَا مِنَ الأَرْضِ يَنبُوعًا

  1. Onlar dedilər ki: “Bizə yerdən fışqıran bir bulaq çıxarmayıncaya qədər sənə əsla inanmayacağıq![140]

 

أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِّن نَّخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ الأَنْهَارَ خِلالَهَا تَفْجِيرًا

  1. Yaxud sənin xurmadan və üzümdən bir bağın olmalı, onların arasından da çaylar fışqırdıb axıtmalısan![141]

 

أَوْ تُسْقِطَ السَّمَاء كَمَا زَعَمْتَ عَلَيْنَا كِسَفًا أَوْ تَأْتِيَ بِاللّهِ وَالْمَلآئِكَةِ قَبِيلاً

  1. Ya da iddia etdiyin kimi göyü üstümüzə parça-parça edib düşürməlisən.[142] Bir də Allahı və mələkləri qarşımıza gətirməlisən![143]

 

أَوْ يَكُونَ لَكَ بَيْتٌ مِّن زُخْرُفٍ أَوْ تَرْقَى فِي السَّمَاء وَلَن نُّؤْمِنَ لِرُقِيِّكَ حَتَّى تُنَزِّلَ عَلَيْنَا كِتَابًا نَّقْرَؤُهُ قُلْ سُبْحَانَ رَبِّي هَلْ كُنتُ إَلاَّ بَشَرًا رَّسُولاً

  1. Yaxud da sənin qızıldan bir evin olmalı və ya göyə qalxmalısan! Ordan bizə oxuyacağımız bir kitab endirmədiyin müddətcə göyə qalxdığına da əsla inanmayacağıq!” De ki onlara: “Sübhanə Rəbbim/Rəbbim pakdır, ucadır! Mən sadəcə elçi olaraq göndərilmiş bir bəşərəm.[144]

 

وَمَا مَنَعَ النَّاسَ أَن يُؤْمِنُواْ إِذْ جَاءهُمُ الْهُدَى إِلاَّ أَن قَالُواْ أَبَعَثَ اللّهُ بَشَرًا رَّسُولاً

  1. İnsanlara doğru yolu göstərən rəhbər/Quran gəlincə, inanmalarına mane olan:[145] “Allah, elçi olaraq bir bəşərimi göndərdi?”[146] – demələridir.

 

قُل لَّوْ كَانَ فِي الأَرْضِ مَلآئِكَةٌ يَمْشُونَ مُطْمَئِنِّينَ لَنَزَّلْنَا عَلَيْهِم مِّنَ السَّمَاء مَلَكًا رَّسُولاً

  1. De ki: “Yer üzündə gəzib-dolaşan mələklər olsaydı, əlbəttə, onlara elçi olaraq göydən bir mələk göndərərdik.”[147]

 

قُلْ كَفَى بِاللّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ إِنَّهُ كَانَ بِعِبَادِهِ خَبِيرًا بَصِيرًا

  1. De ki: “Mənimlə sizin aranızda şahid olaraq Allah yetər!”[148] Şübhəsiz O, bəndələrinin halından xəbərdar olandır, görəndir.”

 

وَمَن يَهْدِ اللّهُ فَهُوَ الْمُهْتَدِ وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُمْ أَوْلِيَاء مِن دُونِهِ وَنَحْشُرُهُمْ يَوْمَ الْقِيَامَةِ عَلَى وُجُوهِهِمْ عُمْيًا وَبُكْمًا وَصُمًّا مَّأْوَاهُمْ جَهَنَّمُ كُلَّمَا خَبَتْ زِدْنَاهُمْ سَعِيرًا

  1. Allah, kimi hidayətə/doğru yola layiq görürsə, o, hidayətdə/doğru yoldadır. Kimi zəlalətə layiq görürsə, sən artıq onlar üçün Allah ilə aralarına girib (onları qurtaracaq) heç bir vəli/himayədar tapa bilməzsən.[149] Onları qiyamət/məzardan qalxma günü üzü üstə, kor, dilsiz və kar olaraq məhşərə çəkəcəyik.[150] Onların yığılıb qalacaqları yer cəhənnəmdir! Alovu azaldıqca onların alovunu artıracağıq.

 

ذَلِكَ جَزَآؤُهُم بِأَنَّهُمْ كَفَرُواْ بِآيَاتِنَا وَقَالُواْ أَئِذَا كُنَّا عِظَامًا وَرُفَاتًا أَإِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا

  1. Onlara verilən bu cəza, ayələrimiz qarşısında kafirlik etmələri və “Biz sür-sümük və toz torpaq olduğumuz halda, həqiqətən, yenidən yaradılıb dirildiləcəyikmi?”[151] – demələrinin qarşılığıdır.

 

أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ قَادِرٌ عَلَى أَنْ يَخْلُقَ مِثْلَهُمْ وَجَعَلَ لَهُمْ أَجَلًا لَا رَيْبَ فِيهِ فَأَبَى الظَّالِمُونَ إِلَّا كُفُورًا

  1. Göyləri və yeri yaradan Allahın, özlərinin mislini/bərabərini yaratmağa da gücünün çatdığını heç düşünmədilərmi?[152] Həm də onlar üçün gələcəyində şübhə olmayan bir əcəl müəyyən etmişdir.[153] Amma zalımlar, kafirlikdən başqa hər şeyə dirənirlər![154]

 

قُل لَّوْ أَنتُمْ تَمْلِكُونَ خَزَآئِنَ رَحْمَةِ رَبِّي إِذًا لَّأَمْسَكْتُمْ خَشْيَةَ الإِنفَاقِ وَكَانَ الإنسَانُ قَتُورًا

  1. De ki: “Əgər Rəbbimin rəhmət xəzinələrinə siz sahib olsaydınız, yenə də xərclənib tükənməsindən qorxaraq xəsislik edərdiniz.”[155] Çünki insan çox qıtmırdır!

 

وَلَقَدْ آتَيْنَا مُوسَى تِسْعَ آيَاتٍ بَيِّنَاتٍ فَاسْأَلْ بَنِي إِسْرَائِيلَ إِذْ جَاءهُمْ فَقَالَ لَهُ فِرْعَونُ إِنِّي لَأَظُنُّكَ يَا مُوسَى مَسْحُورًا

  1. Musaya açıq-aşkar doqquz ayə/möcüzə verdik.[156] Soruş İsrail oğullarına.[157] Musa onların yanına gələndə Firon ona: “Ey Musa! Mən sənin həqiqətən sehirləndiyini zənn edirəm!” – demişdi.[158]

 

قَالَ لَقَدْ عَلِمْتَ مَا أَنزَلَ هَـؤُلاء إِلاَّ رَبُّ السَّمَاوَاتِ وَالأَرْضِ بَصَآئِرَ وَإِنِّي لَأَظُنُّكَ يَا فِرْعَونُ مَثْبُورًا

  1. Musa dedi ki: “Artıq sən də çox yaxşı bilirsən ki, bunları bir sübut olaraq məhz göylərin və yerin Rəbbindən başqası endirmiş deyildir.[159] Ey Firon! Mən həqiqətən sənin axırının çatdığını görürəm.”

 

فَأَرَادَ أَن يَسْتَفِزَّهُم مِّنَ الأَرْضِ فَأَغْرَقْنَاهُ وَمَن مَّعَهُ جَمِيعًا

  1. Bunun üzərinə Firon onları torpaqlarından çıxartmaq istədi. Ona görə də Biz onu və onunla bərabər olanların hamısını suda boğduq.[160]

 

وَقُلْنَا مِن بَعْدِهِ لِبَنِي إِسْرَائِيلَ اسْكُنُواْ الأَرْضَ فَإِذَا جَاء وَعْدُ الآخِرَةِ جِئْنَا بِكُمْ لَفِيفًا

  1. Bundan sonra İsrail oğullarına dedik ki: “Artıq o torpaqlarda siz məskunlaşın.[161] Son vəd gələndə, sizi məhşərə gətirəcəyik.”

 

وَبِالْحَقِّ أَنزَلْنَاهُ وَبِالْحَقِّ نَزَلَ وَمَا أَرْسَلْنَاكَ إِلاَّ مُبَشِّرًا وَنَذِيرًا

  1. Biz onu (Quranı) haqq olaraq nazil etdik,[162] o da haqq ilə nazil oldu/haqqı gətirdi. Səni də yalnız bir müjdəçi və xəbərdar edən olaraq göndərdik.[163]

 

وَقُرْآناً فَرَقْنَاهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ عَلَى مُكْثٍ وَنَزَّلْنَاهُ تَنزِيلاً

  1. Biz onu, quranlar[164]/məna yığını şəklində ayırdıq ki, onu (tamamlanmasını) gözləyərək/aramla[165] insanlara oxuyasan. Onu parça-parça nazil etdik.

 

قُلْ آمِنُواْ بِهِ أَوْ لاَ تُؤْمِنُواْ إِنَّ الَّذِينَ أُوتُواْ الْعِلْمَ مِن قَبْلِهِ إِذَا يُتْلَى عَلَيْهِمْ يَخِرُّونَ لِلأَذْقَانِ سُجَّدًا

  1. De ki: “Ona (Qurana) istər inanın, istər inanmayın. Ondan əvvəl özlərinə elm verilənlər, Quran onlara bağlamları ilə birlikdə oxunduğu zaman, üzü üstə səcdəyə qapanırlar.[166]

 

وَيَقُولُونَ سُبْحَانَ رَبِّنَا إِن كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُولاً

  1. Deyərlə ki: “Rəbbimiz bütün nöqsanlıqlardan uzaqdır. Rəbbimizin vədi/verdiyi söz yerinə yetəcəkdir.[167]

 

وَيَخِرُّونَ لِلأَذْقَانِ يَبْكُونَ وَيَزِيدُهُمْ خُشُوعًا

  1. Ağlayaraq üzü üstə səcdəyə qapanırlar. Bu, onların ehtiramını artırır.[168]

 

قُلِ ادْعُواْ اللّهَ أَوِ ادْعُواْ الرَّحْمَـنَ أَيًّا مَّا تَدْعُواْ فَلَهُ الأَسْمَاء الْحُسْنَى وَلاَ تَجْهَرْ بِصَلاَتِكَ وَلاَ تُخَافِتْ بِهَا وَابْتَغِ بَيْنَ ذَلِكَ سَبِيلاً

  1. De: “İstər Allah deyə dua edin, istər Rəhman deyə dua edin. Hansi ilə dua edirsiniz edin. (Bilin ki) ən gözəl adlar Ona məxsusdur.[169] Namaz qılanda səsini nə çox yüksəltmə, nə də çox alçaltma. İkisi arasında bir yol tut.[170]

 

وَقُلِ الْحَمْدُ لِلّهِ الَّذِي لَمْ يَتَّخِذْ وَلَدًا وَلَم يَكُن لَّهُ شَرِيكٌ فِي الْمُلْكِ وَلَمْ يَكُن لَّهُ وَلِيٌّ مِّنَ الذُّلَّ وَكَبِّرْهُ تَكْبِيرًا

De: “Özünə bir övlad götürməyən, hakimiyyətində şəriki olmayan və acizlikdən ötrü bir vəlisi/himayədarı da olmayan Allaha həmd olsun!”[171] Onu ucaltdıqca ucalt/təkbir gətirərək Ona ehtiram göstər!

[1] İsra 17/60, Nəcm 53/13-18. “Məscidi Əqsa”, ən uzaq məscid deməkdir. Yeddinci qat səmada olan və daim ibadətə açıq olan Beytul Məmurdur (Tur 52/4-5).  Ənənədə Məscidi Əqsanın Qüdsdə olduğu qəbul edilir. Halbuki, Ömər Qüdsü fəth etdiyi zaman orada belə bir məscid yox idi. Bu səbəblə Süleyman Məbədinin qalıntılar altında qalan hissəsini təmizləyib orada namaz qıldırmışdı (Nəbi Bozqurd “Məscidi Əqsa”, DİA).

[2] İsra (إسراء) kəlməsi, “seriy (سرِي)” kökündən gəldiyi qəbul edilərək ona “gecə yürüyüşü” anlamı verilmişdir. Halbuki bu kəlmə ilə bərabər əlavə olaraq  (ليل) yəni gecə kəlməsi keçməkdədir.  İsra kəlməsi, “serâh (سَرَاة)”dan törəmiş, mənası “hər şeyin ən yüksəyi” deməkdir (Müfredât). Quranda da bu kökdən gələn feillərin hamısı  “ən yüksəyə çıxma” mənasındadır. Nəcm surəsindəki ayələr bunun ən açıq nümunələrindəndir (Nəcm 53/13-18).

[3] Ayələrin bir çoxunda Musaya kitab verildiyi ancaq açıq şəkildə Tövratın ancaq ona verildiyini bildirən hər hansı bir ayə yoxdur. Tövrat, Muhəmməd əleyhissəlama qədər göndərilən bütün kitabların ümumi adıdır. (Bəqərə 2/53, 87, Ənam 6/91, 154, Hud 11/17, 110, Ənbiya 21/48, Möminun 23/49, Furqan 25/35, Qəsas 28/43, Səcdə 32/23, Saffat 37/117, Mömin 40/53, Fussilət 41/45, Əhqaf 46/12, Nəcm 53/36, Əla 87/19).

[4] Məryəm 19/58. Bu məsələ Tövratda belə yer alır: Tufandan sonra Nuhun oğullarından törəmiş xalqlar yer üzünə yayılmışlar (Yaradılış 10/32).

[5] Ayədə “vəzifəsini tam olaraq icra edən” mənası verilən (شكور ) “şəkur” kəlməsi, şükür kökündəndir. Şükür, edilən yaxşılığın qədrini, dəyərini bilmək, yaxşılıq edəni tərif etmək və qarşılığını verməkdir (Müfrədat).

[6] Babil kralı Buxdunnasır Qüdüsə girərək kral Yehoyakimi əsir almış, çox insanı məbədin dəyərli əşyaları ilə birlikdə götürüb getmişdi. 10 il sonra Miladdan əvvəl 587-ci ildə təkrar Qüdüsə girərək bu dəfə Qüds daxil (divarları yerlə bir edilərək) çox yeri yaxıb-yıxır  və xalqı sürgün edilir (DİA, “Qüdüs” md).

[7] Miladdan əvvəl 70-ci ildə Romalı sərkərdə Titus Qüdüsü mühasirəyə almış, Beytul Məqdis başda olmaqla, şəhəri tamamilə yaxıb yıxmışdı. Bütün bu cəzalandırmalardan sonra, Uca Allah Qurani Kərimdə İsrailoğullarına başda faiz olmaqla işlədikləri böyük günahlara görə ikinci son xəbərdarlığı bu ayələrdə verməkdədir. Yaxında Allahın əmr etdiyi bəndələri, onların etdikləri cinayətlərin cəzasını verəcək və hər şeylərini yerlə bir edəcəkdir.

[8] Bu mövzu Tövratda belə ifadə edilir: “Bir nəslin ya da krallığın kökündən söküləcəyi xəbərini verdikdən sonra bu xəbərdarlığımı eşidib dönərlərsə, Mən də qərarımdan dönərəm. Əgər sözümü dinləməyib, pis işlərinə davam edərlərsə, onda söz verdiyim yaxşılıqdan dönərəm” (Yeremya 18/7-10).

[9] Bəqərə 2/2, Əraf 7/52, Yunus 10/57, Yusuf 12/111, Nəhl 16/64, 89, Nəml 27/77, Loğman 31/3.

[10] Fussilət 41/2-4, Əhqaf 46/12.

[11] Kəhf 18/1-4.

[12] Ənfal 8/32, Rad 13/6, Sad 38/16.

[13] Ənbiya 21/37, Məaric 70/19-21.

[14] Yasin 36/37, Fussilət 41/37.

[15] “Qaldırdıq” deyə tərcümə etdiyimiz kəlmə  məhv (المحو)-dir. Ayədə gecənin əlamətinin qaldırıldığı bildirilməkdədir. Çünki, qütb bölgələrində ilin bəzi mövsümlərində gecələr aydınlıq olduğu üçün, qaranlığın gecənin bir əlaməti olmadığını biz də görürük. 45 dərəcəlik bucaqdan qütblərə doğru getdikcə, gecənin qaranlıq vaxtı qısalır Yəni gecənin əlaqməti olan qaranlıq, 45 dərəcəlik bucaqdan sonra yavaş-yavaş silinmişdir. Bu tədriciliyin diqqətə alınması, uca Allahın qurduğu mizana uyğun şəkildə gecə-gündüz bərabərliyinin yaranması və doğru bir təqvim ortaya qoyulması üçün şərtdir (Naziat 79/29; Şəms 91/1; Duha 93/1-2).

[16] Gün içindəki vaxtlar və Günəş təqvimi Günəşə görə, qəməri ay içindəki vaxtlar və qəməri illər də Aya görə hesablanıdr (Bəqərə 2/189, Yunus 10/5, Yasin 36/38-40, Rəhman 55/5).

[17] Yunus 10/67, Nəml 27/86, Mömin 40/61.

[18] Əraf 7/52, Hud 11/1.

[19] Ali İmran 3/180

[20] Möminun 23/62, Yasin 36/12, Zuxruf 43/80, Casiyə 45/29, Kaf 50/1718, Qəmər 54/5253, Mücadələ 58/6, Nəbə 78/29, İnfitar 82/1012.

[21] Kəhf 18/49, Haqqa 69/18-32, Qiyamət 75/14, İnşiqaq 84/6-15, Zilzal 99/6-8.

[22] Ənam 6/104, Yunus 10/108, Nəml 27/92, Rum 30/44, Zümər 39/41, Fussilət 41/46.

[23] Ənam 6/164, Fatır 35/18, Zümər 39/7, Nəcm 53/38.

[24] Rəsul (رسول), birinə göndərilən söz mənasına gəldiyi kimi “o sözü çatdırmaq üçün göndərilən elçi” mənasına da gəlir (Müfrədat).  Allahın elçilərinin vəzifəsi, Onun göndərdiyi sözü çatdırmaqdır.  Bu səbəblə Quranda keçən Allahın rəsulu (رسول اللّه) ifadələrində əsas vurğu ayələrə/kitabadır. Muhəmməd əleyhissəlam həyatda olmadığı üçün bizim muxatabımız olan rəsul, Qurani Kərimdir (Ali İmran 3/144; Maidə 5/67, Nəhl 16/35 )

[25] Nisa 4/165, Tövbə 9/115, Tə-ha 20/134, Şuəra 26/208, Qəsas 28/59.

[26] Fasiq/Fəsadçı olanlar bu ayələrdə göstərilmişdir: Bəqərə 2/26-27, Həşr 59/19.

[27] Nisa 4/147, Ənam 6/123, 131, Əraf 7/96-99, Yunus 10/13, Hud 11/117, Rad 13/11, Qəsas 28/59, Fatır 35/42-43.

[28] Sad 38/3.

[29] Bəqərə 2/200, Hud 11/15-16, Qiyamət 75/20-21, İnsan 76/27.

[30] Bəqərə  2/201, Ali İmran 3/145, Nisa 4/134, Şura 42/20, İnsan 76/22, Ğaşiyə 88/8-9.

[31] Bəqərə 2/202, Nəcm 53/39-41.

[32] Nisa 4/32, Ənam 6/165, Nəhl 16/71, Zuxruf 43/32.

[33] Nisa 4/95-96, Ənam 6/132, Tə-ha 20/75-76, Əhqaf 46/19, Hədid 57/10.

[34] İsra 17/39.

[35] Bəqərə 2/83, Nisa 4/36, Ənam 6/151, Ənkəbud 29/8, Loğman 31/1415, Əhqaf 46/15-17.

[36] Əhqaf 46/15.

[37] İsra 17/54.

[38] Nəhl 16/90, Rum 30/38, Zariyat 51/19, Məaric 70/24-25.

[39] Şeytanlar, doğru yoldan çıxmış olan və başqalarını da çıxarmaq üçün doğru yolun üstündə oturan insanlar və cinlərdir (Bəqərə 2/14, Ənâm 6/71, 112, Əraf 7/30, Şuəra 26/221-223, Nas 114/1-6).

[40] Bəqərə 2/263.

[41] Furqan 25/67.

[42] “Şaə” ( شاء ) feili “bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Allahın bir şey etməsi o şeyi var etməsi, insanın bir şey etməsi də o şey üçün lazım olan səyi göstərməsidir (“Mufrədat”). Allah, hər şeyi bir ölçüyə görə var edər (Qəmər 54/49, Rad 13/48). Allah hər kəsin doğru yolda olmasını istəyər (Nisa 4/26) amma təkcə doğru işlər görəni doğru yolda sayar (Nur 24/46). Buna görə “şaə” feilinin icraçısı bəndə olarsa “seçib etdi”, Allah olarsa, “seçib yaratdı” mənasına gəlir. Allah, insanlara seçimlərinə görə davranma hürriyyəti verməsəydi, heç kimsə yanlış bir iş görə bilməz və imtahan deyə də bir şey olmazdı (Nəhl 16/93, Yunus 10/99). Yanlış bir qədər anlayışını İslama yerləşdirmək istəyənlər, böyük bir təhrifə yol verərək şaə ( شاء ) feilinə hər yerdə iradə yəni “istəmək və diləmək” mənasını vermiş və bunu təfsirlərə hətta sözlüklərə belə yerləşdirərək, bir çox ayənin məalını pozmuşlar.

[43] Rad 13/26, Qəsas 28/82, Ənkəbud 29/62, Rum 30/37, Səbə 34/36, 39, Zümər 39/52, Şura 42/12.

[44] Ənam 6/137, 140, 151; Təkvir 81/8-9.

[45] “Zina etməyin” yerinə, ayədə “Zinaya yaxınlaşmayın!” deyilməsi, təkcə zina feilini deyil, insanı zinaya götürəcək davranışların da qadağa dairəsinə girdiyini göstərir (Nur 24/30-31). Zina feili ilə əlaqəli digər ayələr: Nur 24/2-3, Furqan 25/68, Mümtəhinə 60/12.

[46] Adam öldürməyin icazəli olduğu yerlər, savaş : Bəqərə 2/190, Qisas: Bəqərə 2/178-179; Ənam 6/151 və terör törədənə verilən cəza: Maidə 5/33 ilə məhduddur.

[47] Buradakı səlahiyyət, qisas səlahiyyətidir. Qisas, törədilən cinayət ilə verilən cəza arasındaki uyğunluğu ifadə edər. Məhkəmədə cinayəti sabit olduqdan sonra qatil, öldürülənin vəlisi tərəfindən  öldürülür. Vəli istəsə qatili əfv edə bilər. Əfv etməsi Allah tərəfindən təşviq edilmişdir (Bəqərə 2/178-179; Nisa 4/92).

[48] Öldürmə işinin icrası, məhkəmə qərarı ilə bilavasitə öldürülənin vəlisi (yaxınlarından biri) tərəfindən yerinə gətirilir. Əziyyət edərək öldürmək və ya qatildən başqasını öldürməyə çalışmaq, özü bir cinayətdir, həddi aşmaqdır.

[49] Nisa 4/2, 6, 10; Ənam 6/152.

[50] Maidə 5/1, Möminun 23/8.

[51] Ənam 6/152, Rəhman 55/9, Mutaffifin 83/1-6.

[52] Ayədə keçən “la təqfu (لا تقف)” ifadəsi, “qabaqdakının ənsəsinə baxaraq getmə!” anlamında olduğu üçün “kor-koruna dalına düşmə!” anlamına da gəlir.

[53] Bunlar insanlara ruh üfləndikdən sonra qazanılan və onu digər canlılardan fərqli edən xüsusiyyətlərdir (Səcdə 32/9).

[54] Bəqərə 2/170, Maidə 5/104, Nur 24/11-14, Ənkəbud 29/8, Loğman 31/15, 21, Zuxruf 43/22-24, Hucurat 49/6.

[55] Furqan 25/63, Loğman 31/18-19.

[56] Əraf 7/33.

[57] Allahla yanaşı başqa ilahlar ortaya qoyma! – demək, Allahda olan səlahiyyətləri başqalarına da vermə! – deməkdir. Hal-hazırda yer üzündəki bütün dinlər və məzhəblər, Allahda olan tək dini səlahiyyəti başqalarına da verərək, yeni ilahlar və rəblər ortaya qoymuşlar.

[58] Ənam 6/100-101, Nəhl 16/57, Saffat 37/149-159, Zuxruf 43/16-19, Tur 52/39, Nəcm 53/21-22, 27-28.

[59] İsra 17/89, Kəhf 18/54, Tə-ha 20/113.

[60] Zikr əlaqələri ilə birlikdə düşünülüb öyrənilən doğru biliyi istifadəyə hazır tutmaq, ağla gətirmək və ya söyləməkdir (Mufrədat). Doğru biliyin mənbəyi, Allahın ayələridir. Allahın ayələri iki cürdür; Təbiət Allahın yaratdığı ayələrdən, Quran da endirdiyi ayələrdən meydana gəlir. Hər ikisindən əldə edilən doğru bilik zikirdir (Ənbiya 21/24, Ənam 6/80).  İnsanı ancaq bu bilik rahatlaşdırır (Rad 13/28).

[61] Furqan 25/63, Loğman 31/18-19.

[62] Ərşin sahibi, kainatın idarəsini əlində tutan Allahdır (Tövbə 9/129, Ənbiya 21/22).

[63] Saffat 37/180.

[64] Göylərdə və yerdə olan hər şey könüllü olaraq Allaha boyun əyər (Nur 24/41, Fussilət 41/11, Həşr 59/1, Saf 61/1). İmtahan üçün yaradılan insan və cinlər (Hud 11/7, Kəhf 18/7, Zariyat 51/56, Mülk 67/2) isə imtahan olan mövzularda sərbəst buraxılıblar. Qalan şeylərdə, Allahın qoyduğu təbii qanunlara boyun əymədən yaşaya bilməzlər.

[65] Kafirlərin qərəzli davranışları, istiarə təmsiliyyə/allegoriya ilə canlandırılmışdır. İstiarədə bənzətmə ədatı gizlənir. Buradakı məcaz həqiqi zənn edildiyi üçün bənzətmə ədatı, tərəfimizdən “sanki” sözü ilə açığa çıxarılmışdır (Loğman 31/6-7, Yasin 36/8-10, Casiyə 45/6-7). “Sanki” ədatı yazılmazsa bəzi insanlar Allahın kafirlərə tövbə qapısını bağladığını və azad iradələri ilə qərar vermələrinə mane olduğunu düşünəcəklər (Nisa 4/18). Halbuki, tövbə edərsə yəni etdiyi səhvdə dönərsə, Allahın əfv etmədiyi bir günah yoxdur (Bəqərə 2/160).

[66] Ənam 6/25, Kəhf 18/57.

[67] Zümər 39/45, Mömin 40/12.

[68] Yunus 10/42-43, Furkan 25/8, Muhammed 47/16.

[69] Hicr 15/6, Enbiya 21/5, Furkan 25/8-9, Tur 52/30.

[70] İsra 17/98, Möminun 23/82, Yasin 36/78, Saffat 37/16, 53, Vaqiə 56/47, Qiyamət 75/3, Naziat 79/1012.

[71] Rad 13/5, Nəhl 16/38, Məryəm 19/66-67, Möminun 23/35, Səcdə 32/10, Yasin 36/79, Kaf 50/3, Vaqiə 56/50, Qiyamət 75/4.

[72] Yunus 10/45, Tə-ha 20/103104, Möminun 23/112114, Rum 30/55, Əhqaf 46/35, Naziat 79/46.

[73] Əhzab 33/70-71.

[74] Fatır 35/6, Yasin 36/60, Zuxruf 43/62.

[75] İsra 17/25.

[76] “Şaə” ( شاء ) feili “bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Allahın bir şey etməsi o şeyi var etməsi, insanın bir şey etməsi də o şey üçün lazım olan səyi göstərməsidir (“Mufrədat”). Allah, hər şeyi bir ölçüyə görə var edər (Qəmər 54/49, Rad 13/48). Allah hər kəsin doğru yolda olmasını istəyər (Nisa 4/26) amma təkcə doğru işlər görəni doğru yolda sayar (Nur 24/46). Buna görə “şaə” feilinin icraçısı bəndə olarsa “seçib etdi”, Allah olarsa, “seçib yaratdı” mənasına gəlir. Allah, insanlara seçimlərinə görə davranma hürriyyəti verməsəydi, heç kimsə yanlış bir iş görə bilməz və imtahan deyə də bir şey olmazdı (Nəhl 16/93, Yunus 10/99). Yanlış bir qədər anlayışını İslama yerləşdirmək istəyənlər, böyük bir təhrifə yol verərək şaə ( شاء ) feilinə hər yerdə iradə yəni “istəmək və diləmək” mənasını vermiş və bunu təfsirlərə hətta sözlüklərə belə yerləşdirərək, bir çox ayənin məalını pozmuşlar.

[77] Ənam 6/107, Zümər 39/41, Şura 42/6.

[78] Göylərdə və yerdə insanların görə bilmədiyi ağıllı varlıqlar olaraq cinlər və onların içindən Allahın vəzifələndirdiyi mələklər vardır (Nahl 16/49, Məryəm 19/93, Saffat 37/6-10, Cin 72/8).

[79] Bəqərə 2/253.

[80] Zəbur, kəlmə olaraq “kitab, mülk, parça” mənalarına gəlir.

[81] Əraf 7/194-195, Səbə 34/22-23, Fatır 35/13-14, 40, Zümər 39/38.

[82] Burada keçən vəsilə, qulu Allaha yaxınlaşdıran şeylərdir Bunlar iman və salih əməllərdir (Maidə 5/35; Sbə 34/37, Alaq 96/19). Allah, özünə yaxlaşmaq üçün nəbiləri, mələkləri, salih insanları və başqa varlıqları vəsilə tutmağı qadağan etmişdir. Bilavasitə Allahın əsla əfv etməyəcəyi şirkə qapı açmış olur ((Əraf 7/3, Zümər 39/3, Nisa 4/48, 116).

[83] Qəsas 28/88, Rahman 55/2627.

[84] Ənam 6/131, Hud 11/117, İsra 17/15-16, Şuəra 26/208-209, Qəsas 28/59.

[85] Özlərinə gözlə görülən möcüzələr göndərilən xalqlar, bunlara əhəmiyyət verməyib, günahlarına davam etdikləri üçün həlak edildilər. Allah, bu səbəblə son nəbi olan Muhəmməd əleyhissəlama, digərlərinə verilən kimi bir möcüzə verməmişdir. Versəydi o möcüzəni inkar etdikləri təqdirdə əvvəlkilər kimi yox ediləcəkdilər. Muhəmməd əleyhissəlam və Qurani Kərim son göndərilən elçilər olduqları üçün artıq başqa möcüzəyə ehtiyac qalmamışdır. (İsra 17/90-95, Tə-ha 20/133, Ənkəbud 29/50-51).

[86] Ənbiya 21/5-6.

[87] Əraf 7/77-78, Hud 11/64-68, Şuəra 26/155-158, Qəmər 54/27-31, Şəms 91/11-15.

[88] Nisa 4/126, Fussilət 41/54, Buruc 85/20.

[89] Bu ayə, İsra hadisəsini yəni Nəbimizin bir gecə, Məscidi Haramdan götürülüb, Sidrəti Müntəhanın yanındakı ən böyük ayələri/dəlilləri göstərmək üçün ən uzaq məscid olan  Məscidi Əqsaya götürülməsinin bir möcüzə deyil, insanlar üçün bir fitnə səbəbi olacağını bildirməkdədir.

[90] Bu ağaç, Zəqqum ağacıdır (Saffat 37/62-76, Duhan 44/43-46, Vaqiə 56/51-53).

[91] Səcdənin kök mənası əyilməkdir (Müfrədat). Bu səbəblə Günəş, ay, planetlər, dünya və ulduzlar arasında meydana gələn meyillər/deklinasyon və ona bağlı olaraq kölgənin uzanıb qısalması, “səcdə” kəlmələri ilə ifadə edilmişdir (Nəhl 16/48, Rad 13/15). Bəzi ayələrdə təkcə itaət mənasında  (Həcc 22/18, İnşiqaq 84/21), bəzilərində isə itaət ilə birlikdə fiziki əyilmə mənasında işlədilir (Bəqərə 2/34, 58, Nisa 4/154, Əraf 7/161, Yusuf 12/4100). Belə ki, namazda vücudumuz ayaqlar, əllər və diz üstə yerə paralel alnı yerə qoymaq da Allaha itaət edərək əyilmə mənasında səcdədir (Nisa 4/102103).

[92] Bəqərə 2/34, Əraf 7/11-12, Hicr 15/28-33, Kəhf 18/50, Tə-ha 20/116, Sad 38/71-76.

[93] Əraf 7/13, Hicr 15/36-40, Sad 38/79-83.

[94] Əraf 7/14-18, Hicr 15/34-35, 43, Sad 38/84-85.

[95] Allahın mükafatı da cəzası da bəndənin etdiklərinə bağlıdır (Nisa 4/40, Ənâm 6/160, İsra 17/63, Nəml 27/8990, Qəsas 28/84, Mömin 40/40, Nəbə 78/26).

[96] Buradakı səs, şeytanın fısıldaması yəni vəsvəsəsidir (Nas 114/1-6)

[97] Nisa 4/118, Şuəra 26/95. Bunlar İblisə tabe olan insanlar və cinlərdir.

[98] İblisin vəsvəsəsi ilə insanın batıl yollarla əldə etdiyi hər şeyə şərik olur.

[99] Nisa 4/119-120; İbrahim 14/22.

[100] İstəyir müsəlman istəyir kafir olsun, şeytan heç kimə fiziki təsir edəcək gücə sahib deyildir. O ancaq vəsvəsə verir və özünə tabe olanları təsiri altına alır. Bu da şeytanın üstünlüyündən deyil, ona tabe olanların öz seçimlərindən qaynaqlanır (Nisa 4/118-120, Hicr 15/42, İsra 17/65, Səbə 34/21)

[101] Əhzab 33/3.

[102] Yunus 10/22 -23, İbrahim 14/32, Həccc 22/65, Rum 30/46, Loğman 31/31, Fatır 35/12.

[103] Ənam 6/63-64, Yunus 10/22-23, Ənkəbud 29/65-66, Loğman 31/32.

[104] İbrahim 14/34, Həcc 22/66, Abəsə 80/17, Adiyat 100/6.

[105] Nahl 16/45, Mülk 67/16.

[106] Əraf 7/96-99, Nəhl 16/46-47, Ənkəbud 29/40, Mülk 67/17.

[107] Tîn 95/4.

[108] Yunus 10/22, Yasin 36/41.

[109] Nəhl 16/72, Mömin 40/64.

[110] Bəqərə 2/30-33, İsra 17/62.

[111] Nisa 4/69, Hud 11/97-99, Ənbiya 21/73, Qəsas 28/41, Səcdə 32/24.

[112] Əməl dəftərləri sağından verilənlərin hamısı cənnətə gedər və oranın nemətlərindən faydalanır (Vaqiə 56/27, 90-91). Ancaq hamısı eyni dərəcədə olmazlar (Nisa 4/9596, İsra 17/21).

[113] Kor, Allahın yaratdığı və nazil etdiyi ayələri görməzlik edərək, doğrulardan uzaq qalan insandır (Hud 11/24, Rad 13/19, Tə-ha 20/124-127, Həcc 22/46).

[114] Bu ayə, Nəbilərin “ismət” sifətləri olmadığını göstərir. Yəni, nəbilər günahlardan qorunmuş deyillər. Əlaqədar ayələrə baxın: Nisa 4/105-107, Ənam 6/88, Ənfal 8/67-68, Tövbə 9/43, Hud 11/12, Nəml 27/10-11, Zümər 39/65-66, Təhrim 66/1-2. 

[115] Allah hər kəsə davranışlarının yaxşı ya da pis olduğunu ilham edər. Pis bir işə niyyətlənən və ya onu edən insanın içində hiss etdiyi sıxıntı və vicdan əzabı da yaxşı iş görüb hiss etdiyi iç hüzuru da Allahın ona olan ilhamıdır (Tövbə 9/115; Yusuf 12/24, İbrahim 14/27, Şems 91/7-10).

[116] Haqqa 69/44-47.

[117] Ənfal 8/30, Tövbə 9/13, Rum 30/16, Muhamməd 47/13, Qəmər 54/44-45, Mümtəhinə 60/1.

[118] Əraf 7/82-83, 88-89, İbrahim 14/13-14, Şuəra 26/167-170, Nəml 27/56-57.

[119] “Sünnətullah”, “Allahın qanunu, yolu, qoyduğu iz” mənalarına gəlir. Yəni dini İslıamı, qayda-qanunu deməkdir. Bütün elçilərə göndərdiyi də budur. Bir çoxları Sünnətullah qavramına “təbiət qanunları” deyə, səhv bir məna verərək möcüzələrin ola bilməyəcəyi qənaətinə gəliblər. Möcüzə, Allahın nəbilərinə elçilik vəsiqəsi olaraq verdiyi şeylərdir. Muhəmməd əleyhissəlama vəsiqə olaraq təkcə Quran verilmiş. Ancaq ondan əvvəl bir çox nəbilərə əlavə möcüzələr də verilmişdir. Nəbilər daxil heç bir insan özbaşına möcüzə göstərə bilməz (Rad 13/38). Bütün insanlar bir araya gəlsə Quranın bir surəsinə bərabər bir surə gətirə bilməzlər. Bu səbəblə onun möcüzəsi qiyamətə qədər varlığını sürdürəcəkdir.

[120] Dülük, “meyl etmə, sürüşmə” deməkdir. Günəşin dülükü, günəşin təpə nöqtəsində batmasına meyl etməyə başladığı anı ifadə edir.

[121] “Ğasaq”, gecənin qaranlığı və soyuğu mənasına gəlir (Lisanul Ərəb). Yaşadığımız yerdən Günəş işıqlarının tamamilə çəkilməsi, günün ən sərin vaxtının başlanması deməkdir. Bu əsnada Günəşin üfüqə uzaqlığı ən az 18 dərəcə olur və zəif işıqlı ulduzlar da görünməyə başlayır. “Ğasaqul leyl”, Günəşin batmadığı yerlərdə gecə sərinliyinin yaxşıca hiss edildiyi vaxtdır.

[122] Quran, qaraə ( قرأ ) feilinin məsdəri olan “qur ( القُرْء ) veya qar’ ( القَرْء)-dan törəmişdir, mənası “toplama və birləşdirmədir.” Allahın kitabına Quran deyilməsi, bütün surələri toplayıb bir araya gətirməsi səbəbiylədir (Lisanul Ərəb). Ayədə ifadə edilən  ” رْاٰنَ الْفَجْر Quranəl fəcr” ifadəsi, şərqdə səhər vaxtı aydınlığı ilə Günəşin doğması arasında, üfqün üst tərəfində meydana gələn bəyaz quşağın, üfqün alt tərəfindəki siyah quşağın və bu ikisini ayıran incə xəttin bir araya gəlməsidir (Bəqərə 2/187). Quranəl Fəcr, hər mövsümdə dünyanın hər yerində müşahidə edilə bilər. Dünyanın şimal qütbündə Svalbardda Günəş, üfqün üst tərəfində olanda belə müşahidə edilir. Əgər ayədə təkcə Günəşin doğuşu, batışı və gecənin qaranlığı ifadələri işlədilsəydi, şimal qütb bölgələrində namaz və oruç vaxtlarını müəyyən etmək imkansı olardı.

[123] Bu vaxtın çılpaq gözlə görüldüyü Bəqərə 187-də ifadə edilmişdir.

[124] Gecə namazından sonra yatıb  sübh namazı girmədən qalxaraq qılınan namaz “təhəccüd namazıdır”. Bu ayəyə əsasən təhəccüd namazı Muhəmməd əleyhissəlama fərzdir.  Digər möminlər də bu namaza təşviq edilmişlər (Furqan 25/64, Səcdə 32/15-16, Zümər 39/9, Zariyat 51/17-18). Nəbimizin belə dediyi rəvayət edilir: “Gecə namazına davam edin, çünki bu, sizdən əvvəlki salih qulların davam etdiyi, Allaha yaxınlaşmaya vəsilə olan, günahları örtən və mane olan bir ibadətdir” (Tirmizi “Dəvət”, 115).

[125] Mədinəyə və daha necə gözəl yerlərə…

[126] Ənfal 8/62-64, Əhzab 33/56.

[127] Ənbiya 21/18, Səbə 34/49.

[128] Yunus 10/57, Yusuf 12/111, Nəhl 16/64, 89, Nəml 27/7677, Loğman 31/3, Fussilət 41/44, Casiyə 45/20.

[129] Bəqərə 2/121,  Maidə 5/68, Tövbə 9/125.

[130] Yunus 10/12, 21, Hud 11/910, Rum 30/3334, Zümər 39/8, Şûrâ 42/48, Fussilət 41/51, Fəcr 89/16.

[131] Bəqərə 2/148, Rum 30/32.

[132] İsra 17/25, Nəcm 53/30, Qələm 68/7.

[133] Bu ayədə ruh, Allahın əmrlərini ehtiva edən ayələr toplusu, yəni Qurandır (Şura 42/52).

[134] Quranda ruh kəlməsi iki mənada işlədilir. Birincisi Allahdan gələn bilikdir (Nəhl 16/2, Mömin 40/15). Allahın biliyi, xəyallara sığmayacaq böyüklüyə sahibdir (Kəhf 18/109, Loğman 31/27) O bilikdən insanlara insanlara verilən çox azdır. Allahdan aldığı məlumatları, Onun nəbilərinə çatdırmaqla vəzigəli olan Cəbrayıl üçün də Allah “Ruhul Əmin”, “Ruhul Qüds” (Şuara/192-193; Nahl 16/102),  “Ruhumuz” (Məryəm 19/16-17)  ifadələrini işlədir. İkincisi isə Allahın insanlara və cinlərə yüklədiyi qabiliyyətdir. O Ruh, ana qarnında uşağın vucuddakı orqanları tamamlandıqdan sonra yüklənir. Eyni ilə kompyuterin prodüser sisteminin yüklənməsi kimi yüklənir (Əraf 7/179, Möminun 23/14 ). Bu ruh insana eşitməyin yanında qulaq asmaq, baxmağın yanında bəsirət, ürəyin yanında könülə/qərar vermə qabiliyyəti qazandırır. Beləliklə imtahan edilən bir varlıq halına gəlir. Ruh, yuxu zamanı müvəqqəti, ölüm zamanı həmişəlik vucuddan çıxar. Yenidən diriliş zamanı təkrar vücuda yerləşir (Zümər 39/42; Təkvir 91/7).

[135] Şaə feili ilə əlaqəli 54-cü ayənin dipnotuna baxın.

[136] Allahın Muhəmməd əeyhissəlama ən böyük lütfü, ona kitab və hikməti öyrətməsidir (Nisa 4/113).

[137]  Bəqərə 2/23-24, Yunus 10/37-38, Hud 11/13, Qəsas 28/49-50, Tur 52/33-34.            

[138] İsra 17/41, Kəhf 18/54, Tə-ha 20/113, Rum 30/58, Zümər 39/27.

[139] Qurana və Elçiyə qarşı dirənir, heç bir ayəyə inanmazlar (Ənam 6/25, Tur 52/44, Qəmər 54/2); amma hər cür xurafata və şirkə vəsilə olacaq hər şeyə inanırlar (İsra 17/99, Furqan 25/50, Zümər 39/45).

[140] Yunus 10/20, Hud 11/12, Rad 13/7, 27, Ənkəbud 29/50. İsrailoğulları Musa əleyhissəlamdan oxşar şey istəmiş (Tövrat /Çıxış 17:1-6; Çöldə Sayım 20:1-11) və onun əsası ilə vurduğu qayadan çeşmə fışqırmışdı (Bəqərə 2/60, Əraf 7/160) Məkkə müşrikləri də onları dəyişdirməyəcək eyni şeyi istəmişlər.

[141] Furqan 25/7-8).

[142] Səbə 34/9, Tur 52/43. Vaxtilə Şüəyb əleyhissəlamdan da oxşar şeyi istəmişlər (Şuəra 26/187).

[143] Furqan 25/21. İsrailoğulları Musa əleyhissəlamdan oxşar şeyi istəmişlər (Bəqərə 2/55, Nisa 4/153).

[144] Kəhf  18/110, Fussilət 41/6.

[145] Kəhf  18/55.

[146] Hud 11/25-27, İbrahim 14/9–10, Enbiya 21/3, Mü’minun 23/24, 33, 47, Şuara 26/154, 186, Yasin 36/15, Kamer 54/24, Teğâbün 64/5-6.

[147] İnsanlara elçi olaraq bir mələk göndərilsəydi “o bir mələk, biz necə onun etdiklərini edə bilərik?! O kim biz kim?! Deyəcək və nümunə alınması mümkün olmayacaqdı.

[148] Ənkəbud 29/52.

[149] Əraf 7/178, Kəhf 18/17, Zümər 39/36-37.

[150] İsra 17/72, Tə-ha 20/124127, Yasin 36/65.

[151] İsra 17/49

[152] Yasin 36/81, Vaqiə 56/60-61.

[153] Ənam 6/2.

[154] İsra 17/89.

[155] Nisa 4/53.

[156] Əraf 7/133, Şuəra 26/32-33, 45, 60-67, Nəml 27/9-12.

[157] Quranın bir neçə ayəsində Nəbimizin bəzi məsələlərdə əhli kitaba soruşmasını əmr edir: Bəqərə 2/211, Əraf 7/163, Yunus 10/94, Zuxruf 43/45.

[158] Əraf 7/109, Şuəra 26/34-35, Mömin 40/2324, Zariyat 51/3839.

[159] Nəml 27/13-14.

[160] Bəqər 2/50, Əraf 7/136, Şuəra 26/6566, Qəsas 28/40, Zuxruf 43/5455, Zariyat 51/40.

[161] Əraf 7/137, İsra 17/76-77, Şuəra 26/5759, Duxan 44/28.

[162] Ali İmran 3/3, Nisa 4/105, Maidə 5/48, Zümər 39/2, 41, Şura 42/17.

[163] Bəqərə 2/119, Furqan 25/56, Əhzab 33/45, Sebe 34/28, Fəth 48/8, Müzzəmmil 73/15.

[164] Quran, qaraə ( قرأ ) feilinin məsdəri olan “qur ( القُرْء ) veya qar’ ( القَرْء)-dan törəmişdir, mənası “toplama və birləşdirmədir.” Allahın kitabına Quran deyilməsi, bütün surələri toplayıb bir araya gətirməsi səbəbiylədir (Lisanul Ərəb). Ayədə ifadə edilən  ” رْاٰنَ الْفَجْر Quranəl fəcr” ifadəsi, şərqdə səhər vaxtı aydınlığı ilə Günəşin doğması arasında, üfqün üst tərəfində meydana gələn bəyaz quşağın, üfqün alt tərəfindəki siyah quşağın və bu ikisini ayıran incə xəttin bir araya gəlməsidir (Bəqərə 2/187). Quranəl Fəcr, hər mövsümdə dünyanın hər yerində müşahidə edilə bilər. Dünyanın şimal qütbündə Svalbardda Günəş, üfqün üst tərəfində olanda belə müşahidə edilir. Əgər ayədə təkcə Günəşin doğuşu, batışı və gecənin qaranlığı ifadələri işlədilsəydi, şimal qütb bölgələrində namaz və oruç vaxtlarını müəyyən etmək imkansı olardı.

[165] “Gözləyərək” deyə məal verdiyimiz müks (مُكْث), “durub gözləmə” anlamındadır (Müfrədat). Demək ki, rəsulullah bir ayə nazil olanda onu izah edən başqa ayənin nazil olmasını gözləyirdi. Bu da ayə toplusunun eyni anda nazil olmadığını göstərir. Ona görə də nəbimiz, özünə verilən sualları anında cavablamamış, əlaqəli ayə toplusunun tamamlanmasını, bir Quran şəklinə gəlməsini gözləmişdir (Tə-ha 20/113-114).

[166] Maidə 5/83-84, Qəsas 28/52-54.

[167] Allahın verdiyi bu söz, öz kitablarını təsdiq edən yeni bir rəsulun gələcəyi sözüdür. Onlar da gələcək olan rəsula inanma sözü verdikləri üçün gəldiyini anlayınca ehtiramla boyun əyərlər (Ali İmran 3/81,84; Əraf 7/157). Onlardan bəziləri bunu anlayıb yaxşı qavradıqdan sonra üz çevirərək kafir olur (Bəqərə 2/75-76, 89-91, Ali İmran 3/86-89).

[168] Ənfal 8/2.

[169] Əraf 7/180, Tə-ha 20/8, Həşr 59/22-24.

[170] Gündüz və gecə namazları qılınanda hansı səs səviyyəsi ilə oxunacağı bu və Əraf 7/205 ayəsində bildirilmişdir.

[171] İxlas 112/3. Fatihə 1/2.