Müsəlmanlar

Qayınata və qayınana, öz gəlinlərini qızları kimi görə bilər?

Sual: Mənim ərim 6 ay əvvəl vəfat etdi. Artıq qayınatam mənə naməhrəm sayılırmı? Yoxsa, hələ də öz qayınatam kimi və mən də onun qızı kimi sayılıram? Quranda bunun hökmü nədir?

Cavab: Uca Rəbbimiz, Nisə surəsinin 23-cü ayəsində belə buyurur:

“…Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır…” (Nisə 23).

Ayədən gördüyümüz kimi, istər oğlunuzun arvadları istərsə qızınızın ərləri, qayınata və qayınanaya əbədi haramdır. Yəni, öz oğlu və qızı kimi olur. Bilavasitə, oğlunuz ya da qızınız vəfat etsə də, boşasa da yeznəniz öz oğlunuz, gəlininiz öz qızınız kimi olmağa davam edər.

Oxşar sual-cavab üçün aşağıdakı linki tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/3937.html

Yeni suallarınızıhttp://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.