Alman məktəblərində müsəlman qızların geyimi haqqında
Müsəlmanlar > Fitvalar > Geyim-kecim > Hicab-təsəttür Tarix: 16 avqust 2009 Tövsiyə et Çap et
Sual: Biz ailəvi şəkildə Almaniyada yaşayırıq. Bizim 9 yaşında bir qızımız var. Alman məktəblərində üzgüçülük dərsi məcburi dərsdir, başqa sözlə, biz öz qızımızı həmin dərsdən heç cür uzaq tuta bilmirik. Burada yaşayan digər müsəlmanların vəziyyəti də belədir. Bizim dinimizə əsasən qızımız neçə yaşına qədər üzgüçülük dərsinə gedə bilər? Bu məsələni təfərrüatlı formada izah etsəniz, çox sevinərik. Əvvəlcədən təşəkkürlər.

Biz sizin sualınızla əlaqədar olaraq Almaniyada yerləşən bir İslam elmləri institutundan aşağıdakı məlumatları aldıq. Həmin institutun direktoru Ali Özgür Özdil qardaşımızın bizə göndərdiyi yazı belədir:

Alman məktəblərində üzgüçülük və ya idman dərsi

Ümumi izah

“Almaniyadakı təhsil sistemini başa düşmək üçün 16 əyalətdən ibarət olan əyalət sistemini qavramaq lazımdır. Hər bir əyalət bir-birindən fərqli hərəkət etmək hüququna malik olub məsələn, üzgüçülük və ya idman (bədən tərbiyəsi) dərsi barədə də fərqli qərarlar verə bilir. Misal üçün, Baverya və Baden-Württemberq əyaləti ibtidai təhsildən sonra qız və oğlan şagirdlərini üzgüçülük və ya idman dərsində ayırır. Bu qərar qız şagirdlərin oğlanların qarşısında zəif iştirakının qarşısını almaq məqsədilə qəbul olunur. Əlavə olaraq bunu da qeyd etmək lazımdır: Heç bir qanun qız və oğlan şagirdlərə ortaq (birlikdə) dərs keçməyə məcbur etmir.

Müsəlman şagirdlər

Əgər valideynlər tərəfindən tələb edilir və məktəb bu tələbi yerinə yetirə bilirsə, məsələn, lazımi sayda müəllim, kifayət qədər vaxt və yer varsa, üzgüçülük və ya idman dərsində qız və oğlan şagirdlərin bir-birindən ayrılması, başqa sözlə, onlara həmin dərslərin ayrılıqda keçirilməsi mümkündür. Bu məsələ ilə əlaqədar bütün əyalətlərə şamil edilən 1993-cü ildə qəbul olunmuş məhkəmə qərarı var (Bundesverwaltungsgerichtsurteil 25.8.1993 – 6 C 891 zu OVG Münster, 15.11.1991 – 19 a 2198/91). Amma bu qərar ancaq həddi-büluğa çatmış şagirdlər üçün qüvvədədir; başqa sözlə, yalnız onlara şamil edilir. İbtidai təhsil dövründəki şagirdlər isə (ümumən) həddi-büluğ çağına çatmadıqlarına görə 2005-ci ildə qəbul edilən başqa bir məhkəmə qərarına (VG Düsseldorf, Aktenzeichen 18 K 74/05) əsasən dərslərdə iştirak etməlidirlər. Bu, məcburi hesab edilir.

Bu məsələyə münasibətimiz

Əgər müsəlman bir ana və yaxud ata bizdən bu məsələdə köməklik istəsə, biz onlara hər şeydən əvvəl mövcud məhkəmə qərarları barədə məlumat verir və bildiririk ki, məktəblər dövlət müəssisəsi, müəllimlər də dövlət məmurudurlar və onlar hər şeydən öncə bu qərarlara tabedirlər. Əgər uşaq hələ ibtidai sinif şagirdidirsə, dərslərdə iştirak etməli olduğunu və məhkəmə önündə udma imkanının olmadığını ifadə edirik. Amma əgər orta təhsil mərhələsi və ya litsey tələbəsidirsə (həddi-büluğ çağına çatıbsa), ya dərsin qız və oğlanlara ayrı keçilməsinə dair müraciət etmələrini, əks təqdirdə 1993-cü ilin məhkəmə qərarına əsasən tələbənin dərsdən azad edilmə hüququna malik olduğunu bildiririk. Burada diqqət yetirilməli olan məsələ isə (məsələn qız) şagirdin şort və sairə kimi qısa bir geyim geyinərək oğlan şagirdlərin qarşısına çıxmaqdan utandığını və buna görə də vicdan əzabı çəkdiyini sübut etməkdir. Lakin bu, ibtidai məktəb şagirdləri üçün qüvvədə deyil”.

Siz də həmin məsələdə bu yazıda ifadə edildiyi kimi davrana bilərsiniz.

QEYD: Yuxarıdakı yazının bizə gəlib çatmasını təmin edən Şimali Almaniya İslam Cəmiyyətinin (BİG) sədri möhtərəm Ramazan Uçara təşəkkür edirik.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Müsəlman bir qadın bədəninin hansı hissələrini örtməlidir? 16.08.09 844 dəfə oxundu
2 Qadınların örtünməyinin səbəbi nədir? 16.08.09 662 dəfə oxundu
3 Qadın küçəyə çıxarkən geyimi necə olmalıdır? 16.08.09 828 dəfə oxundu
4 Müsəlman qadının başı açıq işləməsi 16.08.09 786 dəfə oxundu
5 İslam dininə əsasən qadınlar çadra geyinməlidirlər? 16.08.09 614 dəfə oxundu
6 Qurandakı cəlabib sözünün mənası çadra deməkdir? 16.08.09 598 dəfə oxundu
7 Qadının evdə başı açıq oturması 16.08.09 570 dəfə oxundu
8 Alman məktəblərində müsəlman qızların geyimi haqqında 16.08.09 786 dəfə oxundu
9 Qadınların kişilərin yanında davranışları barədə 16.08.09 568 dəfə oxundu
10 Məhrəm və naməhrəm məsələləri 16.08.09 947 dəfə oxundu
11 Bir gəlin qayınatasının yanında başı açıq dayana bilər? 14.12.09 937 dəfə oxundu
12 Bir qız ögey qardaşlarının yanında başı açıq gəzə bilər? 15.01.10 578 dəfə oxundu
13 Çadra geyinmək ifrata varmaq deməkdir? 08.02.10 890 dəfə oxundu
14 Qadın Quran oxuduğu vaxt başını örtməlidir? 13.03.10 662 dəfə oxundu
15 Oxumaq üçün parik taxmaq və ya başı açmaq dini cəhətdən zərurət hesab olunur? 07.04.10 460 dəfə oxundu
16 Pariklə əlaqədar fikriniz hicaba zidd deyilmi? 07.04.10 491 dəfə oxundu
17 Müsəlman qadının parik taxmağı düzgündür? 07.04.10 508 dəfə oxundu
18 Qohum-əqrəba məhrəmiyyəti məsələsində nəyə fikir vermək lazımdır? 15.04.10 615 dəfə oxundu
19 Reyhanə anamız hicab geyinməyib? 29.11.10 422 dəfə oxundu
20 Gəlin paltarı geyinmək 30.11.10 978 dəfə oxundu
21 Məcbur qalıb başı açmaq 17.12.10 535 dəfə oxundu
22 Şafi məzhəbindən olan qadın əl və üzünü örtməlidir? 06.01.11 343 dəfə oxundu
23 Kişi və qadınların qarışıq olduğu idman zalına getmək olar? 17.01.11 379 dəfə oxundu
24 Qadın çörək yediyi vaxt başını mütləq bağlamalıdır? 08.03.11 325 dəfə oxundu
25 Dikdaban ayaqqabı geyinmək günahdır? 07.04.11 571 dəfə oxundu
26 Qadın təsəttür məqsədilə mütləq niqab taxmalıdır? 13.09.11 254 dəfə oxundu
27 Bir gəlin ögey qayınatasının yanında başıaçıq gəzə bilər? 03.10.11 191 dəfə oxundu
28 Müsəlman qadın paltarlı yatmalıdır? 27.01.12 200 dəfə oxundu
29 Hicab duası var? 30.01.12 109 dəfə oxundu
30 Atamın xəbərdarlığına baxmayaraq başımı açsam, o da günaha batar? 06.02.12 59 dəfə oxundu