Müsəlman qadının kişi həkimə getməyi dində qadağandır?
Müsəlmanlar > Fitvalar > Müalicə və sağlamlıq Tarix: 07 avqust 2009 Tövsiyə et Çap et
Sual: Bir qadının qadın doğuş həkimi olduğu halda, kişi doğuş həkiminə (söhbət doğuş həkiminin cinsiyyətindən gedir) üstünlük verməsi haramdır?

Cavab: Bir qadının bədəninin diz qapağından göbəyinin arasına qədər olan hissəsinə kişilər kimi qadınların da baxması haramdır.

Amma zərurət halında ancaq baxılmalı olan yerlərə baxmaq olar. Lakin qadının baxmağı ilə kişinin baxmağı eyni olmadığına görə qadın həkimə üstünlük verilir.

Kişi doktora üstünlük vermək (yəni, doğum mütəxəssisi kimi kişi həkimə müraciət etmək) üçün güclü və tutarlı səbəblər (bir yaşayış məntəqəsində təkcə kişi həkimin olması, məsafənin uzaqlığı,  kişi həkimin peşəkar bir mütəxəssis olması, əlverişsiz hava şəraiti, maddi-texniki problemlər və sairə) varsa, kişi doktor da baxa bilər.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Həcamat 23.07.11 1.385 dəfə oxundu
2 Şəfalı daşları alıb işlətmək günahdır? 12.02.11 332 dəfə oxundu
3 İslam dinində bioenerji vasitəsilə müalicəyə necə baxılır? 29.06.09 546 dəfə oxundu
4 Qızımda depressiya var. Nə edim? 22.11.10 364 dəfə oxundu
5 Müsəlman qadının kişi həkimə getməyi dində qadağandır? 07.08.09 611 dəfə oxundu