Müsəlmanlar

Muhəmməd (ə.s.)-a inanmayan əhli-Kitab cənnətə girə bilərmi?

Sual: Əhli-Kitabdan Allahı bir olaraq görən və özlərinə gələn elçiləri qəbul edənlər Muhəmməd əleyhissəlamı qəbul etmədən cənnətə girə bilərmi?

Cavab: Əhli-Kitabın öz kitablarında son gələcək olan Mehdi yəni Muhəmməd əleyhissəlama inanmaq şərti vardır. Əgər onlar, bu inanca sahib deyillərsə, deməli həm öz kitablarına həm də Qurana inanmamışlar deməkdir. Lakin, peyğəmbərimiz gəlmədən ya da gəldikdən sonra ondan xəbər almayan amma öz kitablarında olana rəayət edənlər bu haldan xaricdir. Bəqərə surəsinin 62-ci ayəsində bunlar haqda belə buyrulmaqdadır:

“İman gətirənlərdən musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər.”

İnsanlar, Muhəmməd əleyhissəlamı Allahın kitabını oxuduqları zaman Allahın elçisi olduğunu idrak edə bilərlər. Əgər digər insanlara Allahın kitabı, elçisi haqda məlumat verilmədiyi halda onlar yuxarıdakı ayələrə əməl ediblərsə, əlbəttə cənnətə girəcəklər. Xəbərsiz olduqları təqdirdə, öz kitablarında olana rəayət etməklə mükəlləfdirlər. Əgər Allahın kitabından, elçisindən xəbərdar olub qəbul etməzlərsə, ayədə ifadə edildiyi kimi artıq yaxşı iş görənlərdən olmamış olurlar.

Bu səbəblə biz, insanları ilk əvvəl Muhəmməd əleyhissəlamın Allahın elçisi olduğuna inandırmaq üçün Allahın kitabını onlara götürməliyik. “Muhəmməd Allahın elçisidir!” sözünün isbatı öz yerini tapmalıdır.[1] Şüarla, Muhəmməd Allahın elçisidir, inanmalısan deməklə, iman şərti peyda olmaz. Hər əsrdə yüzlərlə saxta elçilər ortaya çıxır. Bütün bunların bir sənədi, əsası tələb edilməlidir. Muhəmməd əleyhissəlamın bir sənədi, əsası var idi ki, o da Qurani-Kərimdir. Onu və digər elçiləri saxtalarından ayıran ən mühüm xüsusiyyət, özlərinə kitab verilməsidir. Bu kitabı oxuyan kəs, rahatlıqla “Əşhədü ənla ilahə illəllah və əşhədü ənnə Muhəmmədən abduhu və rəsuluh!” deyə bilir. Əksi təqdirdə şüarla, şərtlə iman gətirən biri, təqlidi bir imana sahib olur.

Oxşar sual-cavab üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/7516.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Maidə, 5/83.