Müsəlmanlar

“Özünüzü təhlükəyə atmayın!” ayəsini necə başa düşməliyik?

Sual: Bəqərə surəsinin 195-ci ayəsində “Özünüzü təhlükəyə atmayın!” ifadəsindən qəsd edilən nədir?

Cavab: Bu ayənin əvvəlində döyüşdən bəhs edilməkdədir. O cümlədən “Allah yolunda xərcləyin” ifadəsi də yer alır. Yəni, savaşa hazırlıq görün, buyurmaqdadır. Əgər lazım olan hazırlığı görməsəniz, yəni, həm maddi həm mənəvi cəhətdən bir birinizə köməklik göstərməzsəniz, sizə qələbə çalmaq və torpaqlarınızı qəsb etmək üçün düşmənə fürsət vermiş olarsınız. Bu da öz növbəsində ayənin ifadə etdiyi kimi, özünüzü təhlükəyə atmış olursunuz deməkdir.

Oxşar sual cavab üçün aşağıdakı linkə baxa bilərsiz:

Döyüş əsnasında düşmənə qarşı intihar hərəkatı etmək olarmı?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.