Müselmanlar
Tövrat ve İncil necə tahrif edilmişdir?

Tövrat ve İncil necə tahrif edilmişdir?

Sual: Əvvəlki kitapların təhrif edilməsini necə başa düşməliyik?

Cavab: Əlimizə hər hansı bir Tövrat mətninin tərcüməsini alıb oxuyanda, qarşımıza çıxan hər hansı uyğunsuz ifadələr üzərindən Tövratı mühakimə etmək doğru deyil. İbranicə çox yaxşı bilən tədqiqatçılarımızın bu kitabların orijinal mətnləri üzərində ciddi çalışmaları lazımdır.

Bununla bərabər bunu da ifadə edək ki Quran, əhli Kitabın əllərində olan kitabların içərisində, Allah kəlamı olmayan bölümlərin olduğunu da xəbər verir. Məsələn:

“Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin, insanlara o sehrli sözləri öyrədən şeytanlar kafir oldular…” (Bəqərə, 2/102.)

Suleyman (ə.s.)-ın səltənətində şeytanların oxuduqları bu gün Tövratın içində yer alan ifadələrdən biri belədir:

“Süleyman qocalanda, arvadları onu başqa ilahlara yönləndirdilər. Beləliklə Süleyman, atası Davud kimi ürəyini təkcə Tanrısı Rəbbə adayaraq yaşamadı. Saydalıların tanrıçası Aştoretə və Ammonluların iyrənc ilahı Molekə sitayiş etdi. Nəticədə Rəbbn gözündə pis olanı elədi. Rəbbin yolunda yürüyən atası Davud kim tam mənasıyla Rəbbi izləmədi… İsrailin Tanrısı Rəbb, özünə iki dəfə görünüb, “Başqa ilahlara sitayiş etmə!” deməsinə məhəl qoymayan Süleyman, Rəbbin yolundan azdı və Onun əmrinə uymadı. Bu səbəblə Rəbb Süleymana qəzəblənərək, “Səninlə bağladığım əhdi pozacam və əmrlərimə bilərək uymadığın üçün krallığını əlindən alaraq başqa birinə verəcəyəm.”- dedi. (1. Krallar, 11/4-11)

Tövrat nüsxələri içərisinə əlavə edilən bu kimi ifadələr, Tövratın ortadan qaldırıldığı mənasına gəlməz. Bir torba düyünün içinə bir ovuc daş atmaqla düyülər yox olmadığı üçün biz, nəyin düyü və nəyin daş olduğunu özümüz ayırd etməliyik. Doğru ələkdən istifadə edərsək, daşları da rahat seçə biləcəyik.

Oxşar sual-cavab üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/7343.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Bizi izləyin