Zənn və Qeybət, bunlar eyni şeylərdir?
Müsəlmanlar > Fitvalar > Qeybət Tarix: 25 Haziran 2018 Tövsiyə et Çap et
Sual: Hücurat surəsi 12-ci ayədə “zənlərin çoxundan uzaqlaşın”- deyilir. Buna görə zənlərin azının zərəri yoxdurmu? Bu ayə, qeybət üçün də dəlil alınır. Zənn ilə qeybət eyni şeylərdimi?

Cavab: Quranda: “Zənlərin çoxundan uzaqlaşın” “Zənlərin bir qismi günahdır” ifadələri, zənn kəliməsinin özünün böyük bir məna ifadə etdiyini bildirir. Zənn özü, həm yaxşıya həm də pisə ehtimalı olan bir şeydir. Eyni zamanda içində batıl olan şeylərə, üzdən haqq donu geyindirilərək, təqdim edilən şeylərə də deyilir.

İki cür zənn vardır: 1. Hüsnü zənn=Yaxşı zənn; 2. Sui zənn=Pis zənn.

İman kimi məsələlərdə isə zənnə yer olmadığını ifadə edərkən: “Zənn, heç bir şəkildə haqqın yerini tuta bilməz.”- deyə buyrulmaqdadır. (Yunus, 10/36)

Zənnə əsaslanan şeyləri yayaraq; Allah və dini barədə artıq əksik danışmaq, insanlar arasında nifaq salmaq, birini digərinə pisləmək isə qeybət sayılır. Qeybətin isə yaxşısı olmaz. Allah, qeybəti insan ətini yeməklə bir tutur:

“Bir-birinizin eyibini axtarmayın, qeybət etməyin! Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.” (Hucurat, 49/12.)

Bənzər sual-cavab üçün aşağıdaki linkə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/2079.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Zənn və Qeybət, bunlar eyni şeylərdir? 25.06.18 130 dəfə oxundu
2 Ad çəkmədən bir nəfər haqqında danışmaq qeybət sayılır? 02.05.10 2.442 dəfə oxundu
3 İnsanları günahları ucbatından tənqid etmək nə dərəcə doğrudur? 16.11.15 764 dəfə oxundu