Axirətdə insanlara işlədikləri günahlar soruşulacaqmı?
Müsəlmanlar > Axirət > Fitvalar > Təfsir Tarix: 17 Kasım 2017 Tövsiyə et Çap et
Sual: Qəsas surəsi 78 və Rəhman surəsi 39-cu ayədə günahkarlara qiyamətdə günahları soruşulmayacağı bildirilməkdədir. Amma Hicr surəsi 92-ci ayədə isə soruşulacağından xəbər verilməkdədir. Bəs nə üçün bir tərəfdə sorulacağından, digər tərəfdə isə sorulmayacağından bəhs edilir?

Cavab: Axirətdə günahkarlara, dünyada nə etdikləri barədə soruşulmayacaq. Çünkü dünyada nə ediblərsə, böyük-kiçik nəzərdən qaçırılmadan əməl dəftərinə onsuz da tək-tək yazılıbdır. Buna görə nə elədikləri bir də təkrar onlara soruşulmayacaq; fəqət nə üçün günah elədikləri mütləq soruşulacaqdır. Ayələrdəki fərqlilik elə buradan qaynaqlanır. Yəni insanlar, dünyada elədikləri bütün işlərin hesabını axirətdə verəcəkdir.

Mövzuyla əlaqəli ayələr bunlardır:

“Biz, mütləq elçi göndərilən ümməti və göndərilmiş elçiləri sorğu-suala tutacağıq. Onlara (etdikləri əməlləri barədə) Öz elmimizlə bildirəcəyik. Onsuz da onlara uzaq deyildik.” (Əraf, 7/6-7.)

“Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq, Törətdikləri əməllər barəsində.” (Hicr, 15/92-93.)

“Onlar özlərinə verdiyimiz ruzidən heç nə dərk etmək qabiliyyətində olmayanlara pay ayırırlar. Allaha and olsun ki, atdığınız iftiralara görə mütləq sorğu-sual olunacaqsınız.” (Nəhl, 16/56.)

“(Mələklərə belə əmr olunacaq:) “Allah ilə öz aralarına yerləşdirdiyi yoldaşlarını, ibadət etdiklərini və zalımları toplayın bir yerə! Onları Cəhənnəm yoluna yönəldin. Orada saxlayın. Çünki onlar sorğu-sual olunacaqlar”. (Saffat, 37/22-24.)

“Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.” (Təkasur, 102/8.)

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Tağut 28.04.17 1.830 dəfə oxundu
2 Təhrif nədir? 13.11.17 76 dəfə oxundu
3 Axirətdə insanlara işlədikləri günahlar soruşulacaqmı? 17.11.17 114 dəfə oxundu
4 Tövrat təkcə Musa əleyhissəlama verilən bir kitabdırmı? 24.11.17 65 dəfə oxundu
5 Quran, təhrif edilmiş Tövratı və İncili təsdiq edirmi? 26.02.16 657 dəfə oxundu
6 Təbbət surəsi 11.07.11 3.076 dəfə oxundu
7 Səhv məalları oxuyub səhv fikirlərə qapılanların məsuliyyəti nədir? 28.12.15 2.715 dəfə oxundu
8 Qureyş surəsi 28.07.12 2.277 dəfə oxundu
9 Nas surəsi 29.07.12 4.766 dəfə oxundu
10 “Allah, insanları cəhənnəmlik olsunlar”- deyə yaratdı? 22.08.16 853 dəfə oxundu
11 Hansı peyğəmbərlərə səhifə göndərilib? 24.10.16 507 dəfə oxundu
12 Təfsirlərə baxmadan Quranı başa düşmək mümkündürmü? 23.11.16 485 dəfə oxundu
13 Bəqərə surəsi 217-ci ayəsi dindən dönənlərin öldürüləcəyini deyir? 16.12.16 429 dəfə oxundu