Müsəlmanlar

Allah Təala, dünyanın hər bölgəsinə bir xəbərçi göndəribmi?

Sual: Allah Təala, dünyanın hər bölgəsinə bir xəbərçi göndəribmi?

Cavab: Furqan surəsi 51-ci ayədə Allah Təala:

“İş bizə qalsaydı (hər ümmətdən yox) hər bölgədən bir xəbərçi çıxarardıq.”– buyurur.

Mötərizə içərisinə aldığımız (hər ümmətdən yox) ifadəsi aşağıdakı ayələrə görədir:

“Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə), elçi göndərdik. Onlardan kimisini Allah hidayət yoluna qəbul etdi, kimisi isə azgınlığa layiq oldu. Yer üzündə gəzib dolaşın və görün yalan sayanların aqibəti necə oldu!” (Nəhl, 16/36.)

“Həqiqətən, Biz səni haqla müjdə verən və qorxudub xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərçi gəlmiş olmasın.” (Fatır, 35/24.)

Bu ayələr birlikdə oxunduğu zaman (Quranı Quranla təhlil etdiyimiz zaman) elçilərin hər bölgəyə deyil; hər bir ümmətə/cəmiyyətə göndərildiyi məlum olur.

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.