Müsəlmanlar

Gözdəymə/nəzər varmı?

Sual: Xalq arasında gözdəymə ilə əlaqədar çox söz-söhbət gəzir. Hətta Rəsulullah əleyhissəlamın belə gözə gəldiyini, sehrləndiyini rəvayət edirlər. Bunlar nə dərəcədə doğrudur?

Cavab: Gözdəymə/nəzər inancı bütün dinlərdə və cəmiyyətlərdə vardır. Baxışların insanlara təsir etdiyi bir həqiqətdir. Bəzi adamların baxışlarından rahatsız, bazılarının baxışlarından isə xoş-hal ola bilirsiz. Ancaq xalq arasında anlaşılan mənada nəzər yoxdur. Yəni, biri mənə baxdığı üçün işim düz gətirmədi, xəstələndim və s. kimi inancların heç bir əsası yoxdur.

Belə batıl şeylərə inananlar aşağıdakı iki ayəni dəlil gətirməkdə və göz dəymənin qarşısını almaq məqsədiylə müxtəlif yerlərdə asmaqdadırlar:

Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman səni sanki gözləri ilə yeyəcək kimi baxır və “o tamamilə dəlidir!”- deyirlər. (Qələm, 68/51.)

“(Yaqub) dedi: ‘Ey oğullarım! (Şəhərə) bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Amma Allahdan sizə gələcək heç bir şeyə də mane ola bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər.” (Yusuf, 12/67.)

Halbuki ilk ayənin göz dəyməklə və göz dəymənin qarşısını almaqla heç bir əlaqəsi yoxdur. İkinci ayədən də Allahdan gələcək hər hansı bir şeyə mane olacaq bir gücümüzün olmadığını başa düşürük.

Gözdəymə haqqında bütün məzhəblər müxtəlif rəvayətlər nəql edirlər. Bunlardan biri belədir: Resulullah (s.a.v.) buyurdu: ‘Göz dəyməsi (nəzər) haqdır və insanı məzara, dəvəni qazana soxar.”  Acluni, “Kəşful-Xəfa”, c.2, s. 76; əl-Məclisi, “Biharul-Ənvar”, c. 60, s. 39.

Gözdəymənin, cadu və əfsunun olduğuna, hətta peyğəmbərimizin belə şeylərin təsirinə düşüb sayıqladığını ənənəçilər iddia etməkdə və öz təfsir, hədis kitablarında nəql etməkdədirlər.[1] Bu iddialarına da əsas dəlil olaraq Fələq və Nas surələrini sübut gətirirlər. Bu batıl düşüncə və məala sahib insanların gətirdiyi Fələq və Nas surələrinin məalı növbəti linkimizdə izah edilmişdir.

Arzu edənlər aşağıdakı linki tuşlasın:

Fələq surəsi

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] “Rəsulullah, Ləbid ibn Asam adında bir yəhudinin etdiyi cadu ilə əfsunlandı. Belə ki, Rəsulullah bir işi görmədiyi halda, ona görmüş kimi gəlirdi…” (Buxari, “Sehr”; Suyuti, “Durrul Mənsur, c.6, s. 417; Təbatabai, “əl-Mizan”,  Fələq surəsinin təfsiri.) Halbuki bu cür rəvayətlər Qurana tərs, Məkkə müşriklərinin dediklərini isə təsdiq mahiyyəti daşıyır. Çünki, Məkkə müşrikləri belə deyirdilər: “…Siz ancaq sehrlənmiş bir adama uyursunuz” (İsra, 18/47).