Müsəlmanlar
Müsabiqələrdə rəqibini öldürənə cəza verilirmi?

Müsabiqələrdə rəqibini öldürənə cəza verilirmi?

Sual: Boks, qaydasız döyüşlər və buna bənzər müsabiqələrdə şikəstlik və ölüm halları baş verir. Belə hallar baş verdiyi təqdirdə heç kimin cavabdehlik daşımadığına dair imzalar atılır. Bu risqi qəbul edərək rinqə çıxırlar. Bir yumruqla rəqibinin ölümünə səbəb olan birinə diyət ya da qisas cəzası tətbiq edilməlidirmi?

Cavab: Belə müsabiqələrin insan təbiətinə zidd olduğu üçün keçirilməsi belə doğru deyildir. Çünki, bu cür müsabiqələrin idmanla deyil, döyüşlə əlaqəsi vardır. Bu müsabiqədə zərərçəkmişə diyət ödənməlidir. Əgər bilərək ölümə səbəbiyyət vermişsə, qisas da tətbiq edilə bilər.

Buna oxşar məlumat üçün aşağıdakı linkə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6854.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.