Bəqərə surəsi 217-ci ayəsi dindən dönənlərin öldürüləcəyini deyir?
Müsəlmanlar > Adam öldürmək > Fitvalar > Təfsir Tarix: 16 Aralık 2016 Tövsiyə et Çap et
Sual: Bəqərə surəsinin 217-ci ayəsində keçən “fə yəmut” ifadəsi və “əməlləri dünyada puç oldu” qismi dindən dönənlərin öldürülmələrinə dəlil ola bilməzmi?

Cavab: Ayədə, dindən dönənlər barədə belə buyurulur:وَمَنْ يَرْتَدِدْ مِنْكُمْ عَنْ دِينِهِ فَيَمُتْ وَهُوَ كَافِرٌ فَأُولَٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۖ

“…Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar…” 

Bu ayədə ifadə edilən فَيَمُتْ=fə yəmut” kəliməsinin mənası öldürülərsə deyil, “ölsə” yəni, dinindən dönüb kafir olaraq ölsə ifadəsindən o vəziyyətdə ölərsə şərti var. Deməli, ölmədən əvvəl yenidən imana gəlməsi üçün fürsət verilməkdədir. Yox əgər dönməz və kafir olaraq ölərsə, o zaman əvvəl gördüyü əməlləri də puç olacağı bildirilir. Bu səbəblə ayədə: “İnanan sonra kafir olan, sonra yenə inanan və yenə kafir olanlar”- ifadəsi təkrarlanmaqdadır. Əgər məzhəblərin iddia etdiyi kimi; dindən dönən biri tövbəsi də qəbul edilmədən öldürülməli isə, Nisə surəsi 137-ci ayədəki bu ifadənin nə mənası qalır? “Şübhəsiz ki, iman gətirib sonra kafir olan, yenə iman gətirib sonra kafir olan, sonra da küfrlərini artıranları Allah bağışlamayacaq və (doğru) yola yönəltməyəcəkdir.”

Ənənənin əksinə; Quran, dinindən dönənlərin cəzasının nə olduğunu açıq şəkildə bu ayələrdə ifadə etməkdədir: “İslamdan başqa bir din axtaran şəxsdən, o (din) heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar. İman gətirdikdən, Elçinin həqiqi (peyğəmbər) olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz. Onların cəzası, şübhəsiz ki, Allahın, mələklərin və bütün insanların onları lənətləməsidir.” (Əli-İmran, 3/85-87.)

Son ayədə dindən dönənlərin cəzasının; Allahın, mələklərin və bütün insanların lənəti olduğu bildirilir. Bu cür adamlar, dünyada yaşadıqları müddətcə hüzurlu ola bilməzlər. Axirətdə isə əbədi əzab görmələri, onların lənətə məruz qalmalarıdır.

Suala cavab verdi: Professor Abdüləziz Bayındır.[1]

Dindən dönənlər barədə ətraflı məlumat üçün bu linkə tuşlayın:

http://www.muselmanlar.com/tedqiqatlar/6057.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Hansı peyğəmbərlərə səhifə göndərilib? 24.10.16 499 dəfə oxundu
2 Təfsirlərə baxmadan Quranı başa düşmək mümkündürmü? 23.11.16 474 dəfə oxundu
3 Bəqərə surəsi 217-ci ayəsi dindən dönənlərin öldürüləcəyini deyir? 16.12.16 416 dəfə oxundu
4 Tağut 28.04.17 1.604 dəfə oxundu
5 Təhrif nədir? 13.11.17 57 dəfə oxundu
6 Axirətdə insanlara işlədikləri günahlar soruşulacaqmı? 17.11.17 55 dəfə oxundu
7 Tövrat təkcə Musa əleyhissəlama verilən bir kitabdırmı? 24.11.17 34 dəfə oxundu
8 Quran, təhrif edilmiş Tövratı və İncili təsdiq edirmi? 26.02.16 642 dəfə oxundu
9 Təbbət surəsi 11.07.11 3.015 dəfə oxundu
10 Səhv məalları oxuyub səhv fikirlərə qapılanların məsuliyyəti nədir? 28.12.15 2.701 dəfə oxundu
11 Qureyş surəsi 28.07.12 2.242 dəfə oxundu
12 Nas surəsi 29.07.12 4.738 dəfə oxundu
13 “Allah, insanları cəhənnəmlik olsunlar”- deyə yaratdı? 22.08.16 826 dəfə oxundu