Hansı peyğəmbərlərə səhifə göndərilib?
Müsəlmanlar > Fitvalar > Təfsir Tarix: 24 Ekim 2016 Tövsiyə et Çap et
Sual: Səhifə; Adəm, Şit, İdris və İbrahim peyğəmbərlərə nazil olmuşdur? Quranda bunlarla əlaqədar nə cür məlumat vardır?

Cavab: Əla surəsində belə buyurulmuşdur:

إِنَّ هَٰذَا لَفِي الصُّحُفِ الْأُولَىٰ صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَىٰ

“Həqiqətən də bu, əvvəlki səhifələrdə; İbrahimin və Musanın səhifələrində bildirilmişdir .” (Əla, 87/18-19.)

“İbrahimin və Musanın səhifələri”, onlara verilən kitablar mənasınadır. Ayədə keçən “صُحُف” kəliməsi səhifə (صحيفة) kəliməsinin cəmidir. Səhifə, “üzərində yazı yazılan şey” mənasına gəlir. Kitab, səhifələrin cəmindən meydana gəldiyi üçün bəzi halda kitab anlamında suhuf deyilir. Nəcm surəsində də:

أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِي صُحُفِ مُوسَى  وَإِبْرَاهِيمَ الَّذِي وَفَّى

“Yoxsa Musanın səhifələrində və vəfalı olan İbrahimin (səhifələrində) olanlar barədə ona xəbər verilmədi?” (Nəcm, 53/36-37.)

O cümlədən Ta-ha surəsində:

وَقَالُوا لَوْلَا يَأْتِينَا بِآيَةٍ مِنْ رَبِّهِ ۚ أَوَلَمْ تَأْتِهِمْ بَيِّنَةُ مَا فِي الصُّحُفِ الْأُولَىٰ

“(Kafirlər): “Nə üçün o, Rəbbindən bizə bir dəlil gətirmir?”– dedilər. Məgər onlara əvvəlki səhifələrdə olanların açıq-aydın dəlili çatmadımı?” (Taha, 20/133.)

Burada əvvəlki səhifələrdən qəsd edilənin  əhli-Kitaba nazil olan “Tövrat”“İncil” olduğu açıqdır.

Nəticə olaraq, Quranda keçən və “səhifələr” mənasına gələn “suhuf” kəliməsi, bütün nəbilərə verilən vəhiylərə şamil edilməkdə olub, bu kəlimənin təkcə bir neçə vərəqdən ibarət olduğunu iddia etmək doğru deyildir.

Mənbə: Dr. Fatih Orum, “Təsdiq, Təbyin və Nəsx”, Süleymaniyə Vəqfi Yayınları, İstanbul, 2016, s. 112-113.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Quran təhrif edilə bilərmi? 14.05.18 218 dəfə oxundu
2 Tövrat və İncildə Muhəmməd əleyhissəlamın adı keçirmi? 27.08.18 151 dəfə oxundu
3 Quran, təhrif edilmiş Tövratı və İncili təsdiq edirmi? 26.02.16 801 dəfə oxundu
4 Təbbət surəsi 11.07.11 3.613 dəfə oxundu
5 Səhv məalları oxuyub səhv fikirlərə qapılanların məsuliyyəti nədir? 28.12.15 2.777 dəfə oxundu
6 Qureyş surəsi 28.07.12 2.635 dəfə oxundu
7 Nas surəsi 29.07.12 5.145 dəfə oxundu
8 “Allah, insanları cəhənnəmlik olsunlar”- deyə yaratdı? 22.08.16 981 dəfə oxundu
9 Hansı peyğəmbərlərə səhifə göndərilib? 24.10.16 550 dəfə oxundu
10 Təfsirlərə baxmadan Quranı başa düşmək mümkündürmü? 23.11.16 530 dəfə oxundu
11 Bəqərə surəsi 217-ci ayəsi dindən dönənlərin öldürüləcəyini deyir? 16.12.16 497 dəfə oxundu
12 Tağut 28.04.17 3.452 dəfə oxundu
13 Təhrif nədir? 13.11.17 127 dəfə oxundu
14 Axirətdə insanlara işlədikləri günahlar soruşulacaqmı? 17.11.17 173 dəfə oxundu
15 Tövrat təkcə Musa əleyhissəlama verilən bir kitabdırmı? 24.11.17 170 dəfə oxundu
16 Tövrat, Zəbur və İncil ümumbəşər kitablardırmı? 23.07.18 187 dəfə oxundu