Müsəlmanlar

İslam dövlətində yaşayan qeyri-müsəlmanlardan cizyə alınmalıdırmı?

Sual: Fiqh kitablarında fəth edilən yerlərdən cizyə alındığını oxuyuruq. Siz, cizyə yoxdur dediniz. O halda fəth edilən yerlərdən nə kimi vergilər alınır?

Cavab: Fəth edilən yerlərin bir qismi sülhlə, bir qismi isə döyüşlə əldə edilmişdir. Döyüşlə əldə edilən yerlərin qənimətini almaqda bir problem yoxdur. Çünki, düşmən sizə qalib gəlsəydi, onlar da sizin qənimətlərinizi alacaqdı. Sülhlə alınan yerlərdə isə barış şərtlərinə rəayət edilməlidir. Məsələn, Osmanlı zamanında erməni əhalisi Osmanlı padişahına məktub göndərib deyirlər ki, sizin vergi məmurunuz bizdən artıq vergi alır.[1] Biz isə ona, Ömər (r.a.) dövründə Qüdsdə anlaşdığımız vergidən artığını ödəmək istəmirik. Məktuba cavab olaraq və padişahın imzasıyla həmin vergi məmuruna belə sərəncam verilir: “Ömər (r.a.), Qüds xalqı ilə vergi barədə nə cür müqavilə bağlayıbsa, o müqavilədən artıq vergi ala bilməzsən!”

Cizyə məsələsi isə daha sonra, Əməvilər dövründə meydana çıxmışdır. İslam hüququnda pozulmalar da Əməvilər dövründən artmağa başlamışdır. Bu pozulmalardan biri də qeyri-müsəlmanlardan baş vergisinin alınması, onların müsəlman olmalarının qəbul edilməməsi[2] olaraq göstərilə bilər. Halbuki, Qurani-Kərimə baxdığımız zaman, vergi yönündən müsəlmanla qeyri-müsəlman arasında heç bir fərq yoxdur.

Suala cavab verdi: Professor Abdüləziz Bayındır.[3]

Bənzər sual-cavab üçün bu linkə baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/6180.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Ömər (r.a.), Qüdsü fəth edərkən qarşılıqlı bir barış müqaviləsi imzalanır. Bu barış müqaviləsində təyin edilən verginin miqdarı müəyyən edilmişdir. Osmanlı padişahının vergi məmuru bu təyin edilən müqavilədən artıq vergi aldığı üçün ermənilər padişaha şikayət məktubu göndərirlər.

[2] Bunun səbəbini də vergidən qaçmaları olaraq göstərmişlər.

[3]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []