Müselmanlar
Mələklər insanlara necə şəfaət edər?

Mələklər insanlara necə şəfaət edər?

Sual: Quran ayələrindən şəfaətin olmadığı deyil, Allahın icazə verdiklərinin şəfaət edəcəkləri mənası hasil olmazmı?

Cavab: Biz şəfaətin olmadığını deyil, şəfaətin məhşər yerində olmayacağını deyirik. Məsələn, cəhənnəmə gedənlərin müəyyən müddət sonra cənnətdəkilərin yanına yerləşdirilməsi, Allahın icazəsiylə olur.

Mələklər bizə axirətdə deyil, bu dünyada şəfaət edər. Mələklərin şəfaəti, bizi dəstəkləməsidir. Yəni, bizimlə bərabər olurlar, köməklik göstərirlər və qoruyurlar. Quranda bu barədə: “Allahın əmri ilə insanın həm qabağında, həm də arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır.” (Rad, 13/11.)

“Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə dəstək (xeyir-dua) verirlər.” (Əhzab, 33/56.)

Mələklərin şəfaəti; yanımızda olması, dəstək verməsi və xeyir-dua etməsi deməkdir. Bu işlərində Allahın icazəsi olmazsa mələklər də yanımıza gələ bilməzlər.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Şəfaətlə əlaqədar ətraflı məlumat üçün bu linki tuşlayın:

http://www.muselmanlar.com/dusunce-sahesi/6397.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []

Bizi izləyin